Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə3/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
1   2   3   4   5   6   7   8   9   ...   15
referat 4884

3.Əbu Hamid Əl-Qəzali
Heç mübaliğəsiz bu xorasanlının İslam aləmində görülən ən güclü şəxsiyyət və ən yaxşı beyinlərdən biri olduğu söylənə bilər. Ona verilən "Huccet-ul-İslam" (İslamın dəlili, sübutu) ləqəbi də bunu göstərir. Əbu Həmid Muhammed Qəzali Hicri 450 / Miladi 1059-cu ildə şair Firdovsinin Xorasandakı vətəni olan Tus civarında bir qəsəbədə Qəzələdə doğulmuşdur. O və qardaşı Əhməd atalarını itirdikləri sırada hələ kiçik yaşda bir uşaq idilər. (Qardaşından daha sonra bir sufi olaraq bəhs ediləcəkdir) Fəqət ölümündən öncə onları bir dostunun vəsiyyətinə əmanət etmişdir. Müdrik (hakim) bir mütəsəvvif (sufi) bu zat onlara ilk meyillərini təmin etdi. Daha sonra gənc Əbu Həmid Nişapura getdi. Nişapur o sırada Xorasanın və İslam aləminin ən vacib mədəniyyət mərkəzlərindən biri idi. Qəzali burada dövrünün Əşari məktəbi ustadı olan İmam-ul-Haremeyni tanıdı və onun şagirdi oldu.

Sonrakı dövrdə kəlamın nəhəng nümayəndələrindən biri də Əbu Hamid Əl-Qəzali (1058-1111) olmuşdur. Əl-Qəzali və adları çəkilmiş digər mütəkəllimlərin əsas vəzifəsi Şərq peripatetizminin nümayəndələrinə qarşı ideoloji mübarizə olmuşdur. Məhz bu mütəkəllimlərin sayəsində kəlam öz inkişafının zirvəsinə çatmış və İslamın gerçək fəlsəfəsinə çevrilmişdir.

Əl-Qəzalinin yazdığı əsas əsərlər bunlardır: “Filosofların məqsədi”, “Filosofların ardıcılsızlığı”, “Xoşbəxtlik eliksiri”. Bu əsərlərində o, Allahın dünyanı heç nədən yaratması (kreasionizm), insanın bədən və ruhunun Allah tərəfindən yaradılması və ruhun əbədi olması ideyalarını əsaslandırmışdır. O belə bir ideya ilə razılaşır ki, Allah möcüzə törədə bilər. Eyni zamanda dünyanın əbədiliyi və onun qanunauyğun inkişaf etməsi ideyasına qarşı çıxır, sübut etməyə çalışır ki, hiss üzvlərinin məlumatlarına əsaslanan insan heç zaman idrakın həqiqiliyinə əmin ola bilməz. Həqiqət yalnız mistik idrakla əldə oluna bilər. Fəlsəfə ilə məşğul olan Əl-Qəzali belə bir nəticəyə gəlir ki, irrasional (təhtəlşüuri) anlayış olan imanla rasionalist (zəkaya əsaslanan) nəzəriyyənin məhsulu olan fəlsəfə heç bir zaman ortaq məxrəcə gələ bilməz.



  1. Yüklə 46,33 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin