Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm və Menecment Universiteti Beynəxalq münasibətlər kafedrası



Yüklə 46,33 Kb.
səhifə8/15
tarix06.01.2022
ölçüsü46,33 Kb.
#113706
1   ...   4   5   6   7   8   9   10   11   ...   15
referat 4884

a)Yaspers: Sərhəd situasiyası. Yaspers belə hesab edirdi ki, insan mövcudluğunun universal şərti kommunikasiya (ünsiyyət), digər şəxsiyyətlərlə (insan və ya Allah) qarşılıqlı təsirlərdir: “İnsanı insan edəcək hər şey və insan üçün hər şey kommunikasiyada əldə olunur”. Lakin, bu kommunikasiya xarakterinə görə müxtəlif olur: avtobusa minərkən siz sürücü və ya digər sərnişinlə kommunikasiya quruqsunuz. Amma bu kommunikasiyada siz heç də unikal, bənzərsiz şəxsiyyət kimi daxil olmursunuz. Siz burada şəhər nəqliyyatının adi sərnişini rolunu oynayırsız. Siz həyatınızda çoxsaylı belə rollar oynayır, fərqli maskalar taxırsınız –tələbə və ya şəhər poliklinikasının pasiyenti, teatr tamaşaçısı və ya restoran müştərisi. Burada sizi, sizin yerinizi tutaraq və sizin sosial maskanızı taxaraq istənilən digər insan əvəz edə bilər. Belə kütləvi kommunikasiya insanlar arasındakı fərqi “yuyur”, onları bir-birinə bənzər edir. Lakin digər kommunikasiya növü də var ki, orada siz əvəzedilməzsiz, sizin kommunikasiya tərəfdaşınız üçün siz özünüz, sizin təkrarolunmaz fərdiyyətiniz, şəxsiyyətiniz maraqlıdır. Belə kommunikasiyanı Yaspers “ekzistensial” kommunikasiya adlandırır.


Yüklə 46,33 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin