Maliyyə hesabatının əsas elementləri isə IASC konseptual sxeminə əsasən aşağıdakı kimi müəyyən edilir:
1) Aktivlər (assets) potensial iqtisadi üstünlük kimi nəzərdən keçirilir. IASC konseptual sxeminə görə həmin iqtisadi üstünlük əməliyyatların həyata keçirilməsi, yaxud baş vermiş hadisə nəticəsində əldə edilir və gələcəkdə şirkət tərəfindən nəzarət olunur. Bu zaman sözügedən konsepsiyaya görə aktivi müəyyən edən üç element nəzərdən keçirilir:
a) aktiv gələcəkdə mümkün gəlirin, yaxud mənfəətin əldə olunmasım təmin edir;
b) müəssisə tərəfindən yaradılır, yaxud nəzarət edilir;
c) əvvəllər həyata keçirilmiş tranzaksiyalardan sonra yaranır.
IASC konsepsiyasma görə passivlər (liabilities) gələcəkdə şirkətin iqtisadi üstünlüklərinin mümkün azalması ehtimalını yaradan öhdəliklər kimi nəzərdən keçirilir.
Xüsusi vurğulamaq yerinə düşər ki, iqtisadi üstünlüklərin mümkün azalması ehtimalı digər şirkətlərdən aktivlərin satın alınması, yaxud həmin şirkət tərəfindən aparılmış əməliyyat (baş vermiş hadisə) nəticəsində aktivlərin əldə edilməsi zamanı yaranır. Bu zaman passivlər üç vacib elementi özündə birləşdirir:
a) passivlər gələcəkdə mümkün itkilərin olmasını nəzərdə tutur;
b) gələcək iqtisadi hərəkətləri müəyyən edən hazırkı borclardan yaranır;
c) keçmiş sövdələşmələrin, yaxud hadisələrin nəticəsi kimi xarakterizə olunur.
IASC konsepsiyasına görə resursların aktivlərə, öhdəliklərə və xüsusi kapitala aidiyyatım müəyyənedərkən təkcə onların hüquqi formasını deyil, həm də iqtisadi məzmununu nəzərə almaq lazım gəlir.
"Mənfəət və zərərlər haqqında" hesabat (Profit and Loss Statement) müəssisənin gəlir və xərclərini əks etdirməklə yanaşı, şirkətin maliyyə-təsərrüfat fəaliyyətində menecment qərarlarının effektivliyini ifadə edir və xüsusi kapitalın məbləğinin dəyişməsinə təsir göstərən amilləri detallaşdırır. Sözügedən hesabat forması cari dövrdə pul daxilolmalarının məbləğini, eləcə də məsrəf və xərclərin siyahısını (vergilər və digər ödəmələr daxil edilməklə) özündə əks etdirir.
"Mənfəət və zərərlər haqqında" hesabat forması çoxpilləli və birpilləli formatda ola bilər. Əksər müəssisə və şirkətlər çoxpilləli formatdan (multiple-step format) istifadə edir, daha doğrusu, xalis mənfəətin məbləği məhsul satışından yaranan ümumi pul gəlirlərindən xərcləri çıxmaqla müəyyən olunur. Birpilləli forma (single-step format) ümumi pul gəlirlərindən ümumi xərcləri çıxmaqla xalis mənfəətin məbləğini hesablamağa imkan verir. Avropa iqtisadi Birliyinin Dördüncü Direktivinin 23,24,25 və 26-cı maddələri "Mənfəət və zərərlər haqqında" hesabatın dörd variantda təklif olunan sxem üzrə tərtib edilməsini nəzərdə tutur. Birlik üzvü olan ölkələrin uçot və vergi qanunvericiliyində "Mənfəət və zərərlər haqqında" hesabatın birdən artıq formasının tərtib edilməsi nəzərdə tutularsa, bu halda müəssisə öz arzusu ilə həmin formalardan birini seçə bilər. Avropa İqtisadi Birliyinə üzv ölkələrdən fərqli olaraq ABŞ, Kanada və Yaponiyada "Mənfəət və zərərlər haqqında" hesabat formalan ciddi şəkildə reqlamentləşdirilmir.
Yeri gəlmişkən onu da qeyd edək ki, "Mənfəət və zərərlər haqqında" hesabaün tərtib edilməsi formasından və mexanizmindən asılı olmayaraq, həmin hesabatda gəlir və xərc maddələri mütləq qaydada əks etdirilir. IASC konsepsiyasında gəlir və xərclərə aşağıdakı tərif verilir:
1) Gəlirlər (revenues) - hesabat dövründə xüsusi kapitalm həcminin artımına səbəb olan aktivlərin şirkətə artımla daxil olması, yaxud öhdəliklərin azalması hesabına iqtisadi faydanın çoxalması kimi şərh edilir.
2) Xərclər (expenses) - xüsusi kapitalm həcminin azalmasına səbəb olan aktivlərin azalması (şirkətdən çıxması), yaxud öhdəliklərin artması hesabına iqtisadi faydanın azalması kimi xarakterizə olunur. Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, xarici təcrübədə müəssisənin maliyyə vəziyyətini qiymətləndirərkən "Mənfəət və zərərlər haqqında" hesabata xüsusi əhəmiyyət verilirsə, ölkə praktikasında bu istiqamətdə aparılan təhlilin əsas informasiya mənbəyi mühasibat balansı hesab edilir.
"Pul vəsaitlərinin hərəkəti haqqında" hesabat (Cash Flow Statement) forması konkret hesabat dövrü ərzində nağd pul vəsaitlərinin müəssisəyə daxil olması və müəssisədən köçürülməsi proseduralarım əks etdirir, eləcə də şirkətin nağd pul vəsaitləri axınına təsir göstərən bütün fəaliyyət istiqamətlərini yekunlaşdırır.
"Pul vəsaitlərinin hərəkəti haqqında" hesabat forması təhlilin subyektlərinə şirkətin likvidliyi, gələcək dövrlərdə istifadə üçün kifayət qədər pul vəsaitlərini toplamaq qabiliyyəti, borcların örtülməsi və dividendlərin ödənilməsi üçün pul vəsaitlərinin kifayətliliyi, hesabat dövrünün əvvəlinə və sonuna pul vəsaitlərinin və onların ekvivalentlərinin məbləğinin dəyişməsi səbəbləri, cari, investisiya və maliyyə fəaliyyəti çərçivəsində formalaşan pul axınları arasmdakı nisbət haqqında dürüst və etibarlı informasiya verir.
Bəzi Qərb ölkələrində "Pul vəsaitlərinin hərəkəti haqqında" hesabat əvəzinə fondlarm hərəkəti haqqında hesabat, yaxud maliyyə vəziyyətinin dəyişməsi haqqında hesabat (Fuds Flow Statements) tərtib olunur. Sözügedən hesabat forması permanent (işçi) kapitalm (working Capital) həcminin müəyyən edilməsi ilə yanaşı, xüsusi dövriyyə vəsaitlərinin mənbələrini və onlardan istifadəni əks etdirir. İşçi kapitalm həcmi həmin hesabat formasının məlumatları əsasmda cari (dövriyyə) aktivlərlə cari öhdəliklər arasındakı fərq (working Capital = current assets-current liabilities) kimi müəyyən edilir.
Nəzərə alsaq ki, dövriyyə aktivlərinin dəyişməsi müəssisənin maliyyə vəziyyətinə birbaşa təsir göstərir, onda bu göstəricinin "işçi kapital" kimi müəyyən edilməsi və təhlili, fikrimizcə, şirkətin maliyyə vəziyyətinin qiymətləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. Şübhəsiz ki, həmin vəsaitlərin çatışmazlığı müəssisənin öz öhdəliklərini (qısamüddətli borclarını) ödəmək qabiliyyətinə mənfi təsir göstərir və bu da son nəticədə müflisləşməyə gətirib çrxanr. Xüsusi dövriyyə kapitalının artıqlığı isə müəssisənin həmin resurslardan səmərəsiz və qeyri-məhsuldar istifadə etdiyini göstərir. 1989-cu ildən başlayaraq Qərb ölkələrində fondlarm hərəkəti haqqında hesabat forması pul vəsaitlərinin hərəkəti haqqında hesabatla əvəz olunur. 1 yanvar 1979-cu ildən 31 dekabr 1993-cü ilə qədər qüvvədə olan 7 saylı "Maliyyə vəziyyətində dəyişikliklər haqqında hesabat" adlı Beynəlxalq Uçot Standartı (IAS 7) 1994-cü il yanvarın 1-dən etibarən "Pul vəsaitlərinin hərəkətihaqqında hesabat" adlı standartla əvəz edilir. 1988-ci ildə ABŞ-da FASB sözügedən hesabatın "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"la əvəz olunması haqqında qərar qəbul edir. Bir faktı xüsusi vurğulamaq yerinə düşər ki, səhmdar cəmiyyəti formasında fəaliyyət göstərən əksər şirkətlər "Səhmdar kapitalının hərəkəti haqqında hesabat" (Statement of Stockholders) tərtib edir və burada hesabat ilində səhmdar kapitalında baş vermiş dəyişikliklər öz əksini tapır.
"Səhmdar kapitalının hərəkəti haqqında hesabat" forması mühasibat balansının passivinin müvafiq bölməsinin strukturu və məzmununu daha ətraflı açıqlayır. Yeri gəlmişkən onu da qeyd edim ki, sözügedən hesabatın səhmdar formalı bütün şirkətlər tərəfindən tərtib edilməsi məcburi sayılmır. "Səhmdar kapitalının hərəkəti haqqında hesabat" formasında səhmdar kapitalına təsir göstərən əməliyyatların daha ətraflı təsviri verilir və məhz buna görə də Qərb ölkələrində əksər şirkətlər tərəfindən "Bölüşdürülməmiş (reinvestisiya edilmiş) mənfəət haqqmda hesabati'm (Statement of retained earmings) əvəzinə adı çəkilən hesabat forması tərtib olunur.
Məlum həqiqətdir ki, "Bölüşdürülməmiş mənfəət haqqmda hesabat" forması bölüşdürülməmiş, yaxud reinvestisiya edilmiş mənfəətin hesabat dövründə hərəkət istiqamətlərini göstərir və aşağıdakı qaydada tərtib edilir:
1) ilk öncə dövrün əvvəlinə bölüşdürülməmiş mənfəətin məbləği göstərilir;
2) sonra fondlardan köçürülmüş məbləğlər toplanılır;
3) yekun nəticədən ödəniləcək dividendlər və fondlara köçürüləcək məbləğlər çıxılır. Bu prosedura üzrə aparılan hesablamalardan sonra alman yekun rəqəm ilin sonuna bölüşdürülməmiş mənfəətin ümumi məbləğini əks etdirir.
Qeyd etmək lazımdır ki, "Reinvestisiya olunmuş mənfəət haqqmda hesabat" forması aynca tərtib oluna, yaxud "Mənfəət və zərərlər haqqmda" hesabata müstəqil bölmə kimi daxil edilə bilər. İri şirkətlər yuxarıda adları çəkilən maliyyə hesabatı formalarından başqa illik hesabata analitik xarakterli əlavə informasiyalar daxil edir:
1) hesabata dair qeydlər;
2) idarə heyətinin hesabatı;
3) yerinə yetirilən işlərin vəziyyəti haqqmda məruzə;
4) auditor arayışı (rəyi);
5) rəhbər heyətin siyahısı;
6) pay iştirakçılarının siyahısı;
7) şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini əks etdirən hesablamalar və diaqramlar;
8) daxili və kənar istifadəçilər üçün xüsusi maraq doğuran digər hesabatlar və məlumatlar; Əgər şirkətə digər müəssisə və firmalar daxildirsə, onda ana şirkətin hesabatına, bir qayda olaraq, törəmə müəssisələr haqqmda məlumatlar daxil edilir.