Azərbaycan respublikasi əlyazması hüququnda OĞuz qrupu türk diLLƏRİNDƏ fonetik uyğunluq və norma



Yüklə 222,04 Kb.
səhifə6/40
tarix02.02.2022
ölçüsü222,04 Kb.
#114030
1   2   3   4   5   6   7   8   9   ...   40
G samiti türk dilində Azərbaycan dilində olduğu kimi söz başında fəal işlədilir: gelin, gün, geçit, gerçek, genc, giymek, görev, görüntü, gövde və s.

Sözün ortasında da g samiti Azərbaycan dilində olduğu kimi işlənir: engel, gönge, bilgi, dülger, belge, çekirge və s.

Azərbaycan dilində g samiti təkhecalı sözlərin sonunda işlənmir. Türk dilində təkhecalı söz sonunda g samiti ğ samitinin tələffüzünə çevrilir ki, bu da şifahi nitqin genetik dil strukturuna təsirinin nəticəsi hesab oluna bilər: değer, değerli, değişken, değmek, düğün, düğme, eğlence, eğmek, eğri. Təkhecalı söz sonunda Azərbaycan dilinin yerli şivələrində g samitinin işlənməsinin izlərinə rast gəlmək olur: gögər, (göyər), dügü (düyü), gögərçin, bəgənmək, bögürmək.

Azərbaycan dilində fars mənşəli bəzi sözlərin sonunda g samitinin işlənməsinə rast gəlmək olur: rəng, çəng, dəng, qəşəng, pələng, fişəng. Türk dilində isə belə hala rast gəlmək olmur. Söz sonunda g samitinin daim k səsi ilə keçidinə üstünlük verilir: renk, çenk, rengarenk, çelenk, denk.



Türk dilində dil-diş t samiti sözün müxtəlif mövqelərində işlənə bilir: tapışan, tanışmak, tartışmak, taşımak, tavuk, temiz, tepe; at, bat, batak, bit, bitişik, boyut və s.

Türk dilində d samiti də sərbəst fonem kimi işlədilir: dad, dağ, dağcı, dağlı, dede, evlidir, evde, öd, ödül, edemek, oda və s.

Türk dilində Azərbaycan dili ilə müqayisədə söz sonundakı d samitinin t variantına keçidi müşahidə edilir: dərd (Azərb.), dert (türk), dörd (Azərb.), dördt (türk), ard (Azərb.), art (türk), söyüd (Azərb.), söğut (türk) keçid (Azərb.), geçit (türk), öyüd (Azərb.), öğüt (türk).

Onu da nəzərə almaq lazımdır ki, söz sonunda t samitinin d - ya keçidi genetik dil strukturuna nitqin təsiridir. Bu keçid Azərbaycan dilində nitq təsiri kimi normalaşmışdır. Türk dilində isə belə bir keçid Azərbaycan dilindəkindən az intensiv olduğuna görə genetik struktur öz sabitliyini saxlayır.



Ç samiti də türk dilində sərbəst və sabit bir fonem kimi sözün müxtəlif mövqelərində işlənə bilir: Çağ, çağdaş, çakal, çalı, çalış, çamaşır, çanak, çanta, çapraz, çardak, çarpşma, çarşaf, çatı, çatol, çayır, çiçek, çekiç, saraç, avuç və s.

Azərbaycan dili ilə müqayisədə türk dilində ç samiti ənənəvi struktura görə daha sabitdir. Məsələn, Azərbaycan dilində nitq prosesinin təsiri ilə bəzi ç başlanğıclı sözlərdə c variantına üstünlük verildiyi halda türk dilində ç sabitliyi mühafizə olunur: çaydurmak (türk), caydırmaq (Azərb.), çamaşır (türk), camaşır (Azərb), çızık (türk), cızıq (Azərb.), çam (türk), cam (Azərb.), çift (türk), cüt (Azərb.), çekiç (türk), çəkic (Azərb.).

Bu nümunələrdən də göründüyü kimi, Azərbaycan dilində nitq aktivliyi daim türk dili fonetik sisteminə nisbətən daha artıq mütəhərrik olmuşdur.

Türk dilində c samiti söz əvvəlində və sözün daxilində sait səsdən, saitləşən ğ səsindən və sonor səslərdən sonra norma kimi işlənir: can, canlı, cep, ceviz, civciv, cıvıltı, cıvıldamak, cüzdan, yabancı, yağcılık, yakıcı, yalancı, keçici, yapıcı, yaratıcı, yardımcı və s.

Dil-diş samitlərindən ş samiti də sözün müxtəlif yerlərində işlənə bilir: şarkı, şaşı, şaşılık, şaşırmak, şaşkınlık, şenlik, şiş, şişkin, şişmek, yarış, barış, kaçış, vuruş, düşünüş, giriş, görüş, güneş, gülüş, gümüş və s.

J samiti Azərbaycan dilində olduğu kimi türk dilində də söz başında işlənmir. Yəni fonetik prinsip üzrə söz başında işlənməklə sözyaratma prosesində j samiti iştirak etmir. J samiti Azərbaycan dilində olduğu kimi, söz əvvəlində və ümumiyyətlə söz tərkibində alınmalarda işlədilir: jağuar, jenerator, jest, jimnast, jokey, jubile, judo, juri, jiroskop, jilet, jeolojik, furaj, qaraj, montaj, tiraj, füzebyaj, mesaj, şarj, plaj, proje, projektor və s.

S samiti də türk dilində sərbəst işlənir: saç, saçma, sağ, sağır, soksı, saksağan, salkım, sarmak, gögüs, ses, sesle, bas, basın, bes, beslemek.

Türk dilində z samiti də sərbəst bir fonem kimi işlənir. Z samiti türk dilində müstəqil sözlərin əvvəlində demək olar ki, işlənə bilmir. Bu səs, daha çox təqlidi sözlərin yaranmasında iştirak edir: zıplamak, zımpara, zıkzak, zarzar.

Söz əvvəlində z samiti daha çox alınmalarda işlədilir: zafer, zahiri, zalim, zaman, zarar, zarf, zarif, zayıf, zebra, zenqin, ziyaret, zorluk, zodiyak, zülal və s.

Türk dilinə məxsus təkhecalı sözlərin sonunda və çoxhecalı söz tərkibində z samitinin sərbəst işlənməsi normaya çevrilmişdir: göz, söz, biz, deniz, diz, buz, domuz, düz, düzen, gözetiçi, gözleme, gizli, boynuz, bozmak, bozuşmak, acıklamaz, ağız, ağızlık və s.

Z samiti Azərbaycan dilində də daha çox təqlidi sözlərin əvvəlində işlənir. Görünür, hər iki dildə z samitinin söz əvvəlində sözyaratma imkanları formalaşmamışdır. Söz sonunda z samitinin daha çox işlənməsi isə bu dillərin aqlütinativliyinə müvafiq olaraq bu səsin söz sonu üçün sözyaratma aktivliyinin üstün olmasının göstəricisidir. Ümumiyyətlə, aqlütinativ dillərdə sözönü sözyaratma elementləri kimi kipləşən və kar samitlərin işlənməsi daha xarakterik olmuşdur [82].

Aqlütinativ dillərdə novlu cingiltili samitlərin sözyaratmadakı zəifliyi sonor samitlərdə daha çox müşahidə edilir. Dil-diş tələffüz yerinə məxsus sonor samitlərdə də bu keyfiyyət özünü göstərir. Belə ki, məsələn, Azərbaycan dilində olduğu kimi, türk dilində də sözün başlanğıcında sonor r samiti işlənmir. Bu səs titrəyicilik keyfiyyətinə görə ğj səsləri ilə eyniləşir. Azərbaycan və türk dillərində titrəyici novlu samitlər söz əvvəlində sözyaratma prosesinə daxil ola bilməsə də söz sonunda aqlütinativliyin tələbi üzrə fəal işləklik mövqeyinə malik ola bilmişlər. R samiti türk dilində də ancaq alınma sözlərin əvvəlində işlənir: rabita, radar, radikal, rahat, şadyo, rahip, rakaş, rakkas, razı, reaktör, redaktör, refah, rejim, reklam, reng, resim, resmi, ressam, restoran, revizyon, rezevr, rica, ritm, roman, rütbe, rüzgar, rüya və s.

R samiti sözün başqa yerlərində intensiv işlənir: kar, var, ver, bir, olur, ağır, ayır, ayırım, ayırma, bağırsak, bağlar, bitirmek, birleşik, borc, deprem, dergi, derin, dışarı, dolandırıcı, doldurmak və s.

Novlu sonor l samiti də söz əvvəlində zəif işlənir. Söz əvvəlində l samiti ilə təqlidi sözlərdə təsadüf olunur: lop, loppultu, lappıldı, leke, lekelemek, lüle və s.

L samiti də r samiti kimi, bir qayda olaraq, təqlidi sözlərin əvvəlində işlənir: lider, lirik, litre, büks, lütf, lakar, lale, lounba, lanç, lanet, laübali və s.

Aqlütinativliyə görə l samiti söz sonunda sözün digər yerlərində aktiv işlənir: dil, bel, bil, bilik, al, asıklı, açıklık, açlık, ilgili, açılmak, ayrıl, boşal, bozul, büzül, dağıl, düzenli, çözül və s.

Türk dilində dil-diş sonor n samiti də söz əvvəlində mənafərqləndirici səs kimi aktiv eyildir. Yalnız bəzi ne, neden, neçin, nasıl, niye, neyin, nine, ninni kimi sözlərin əvvəlində işlənə bilir. N samiti də əsas etibarı ilə alınma sözlərin əvvəlində işlənir: nezaket, naxış, nal, noni, namus, nane, nankör, nasir, naylon, nazik, nefes, nefret, nehir və s.

Dodaq samitləri də müəyyən məqamlarda Azərbaycan və türk dilləri arasında işləkliyə və normalaşmaya görə fərq əmələ gətirir. P samiti Azərbaycan dilində olduğu kimi türk dilində də söz əvvəlində sərbəst və sabit norma üzrə işlənir: pamık, papak, para, parça, parmak, pas, paslı, pay, pazar, pil, pırıltı, pişirmek, püskürmek, pusu və s.

Söz əvvəlində bəzi sözlərin tələffüz norması üzrə Azərbaycan və türk dilləri arasında fərqlənmə də müşahidə edilir. P başlanğıclı bəzi sözlər Azərbaycan dilində btələffüzü üzrə normalaşmışdır: parmak (türk), barmaq (Azərb.), pazar (türk), bazar (Azərb.), pişirmek (türk), bişirmək (Azərb.).

Türk dilində b başlanğıclı bozulmak sözü isə Azərbaycan dilində p başlanğıcı üzrə normalaşmışdır: bozulmak (türk), pozulmaq (Azərb.).

Türk dilindəki bükmek və bütün sözlərinin b başlanğıcı isə Azərbaycan dilinin nitq areallarında p tələffüzü ilə ifadə olunur: pükmək, pütün.

Türk dilində novlu kar dodaq samiti olan f səsi Azərbaycan dilində olduğu kimi, əsas etibarı ilə təqlidi sözlərdə işlənir: fırlamak, fırtına, fısıldamak, fısıltı, fitil və s.

F samiti də türk dilində daha çox alınma sözlərdə işlənir: faaliyet, fabrika, fanatik, fark, fazla, federal, felaket, felsefe, fena, fetih, fidye, figür, fıkra, fikir, final və s.


Yüklə 222,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin