Ona görə də xammal qarışığının tərkibini korrektivləşdirmək
üçün xüsusi texnoloji
əməliyyatlardan istifadə olunur. Sonra şlamın tərkibi yoxlanılır, əgər verilmiş göstəricilərə uyğun
olarsa, onda yandırmaq üçün fırlanan sobalara verilir. Sobada gedən
fiziki-kimyəvi proseslər
nəticəsində klinker alınır. Alınmış klinker soyuducuda soyudulur və anbara verilir. Anbarda olan
mineral-
aktiv əlavələr 1 % nəmliyə qədər qurudulur, gips isə xırdalanır. Klinker, gips və mineral-
aktiv əlavələr kürəli dəyirmanda birlikdə üyüdülərək sement alınır. Sement dəyirmandan siloslara
verilir, oradan isə açıq halda, ya da qablaşdırılmış halda alıcıya göndərilir. Yaş üsulun həm müsbət,
həm də mənfi cəhətləri vardır.
Su mühitində materialların xırdalanması asanlaşır və qarışdırılması yaxşılaşır.
Nəticədə,
elektrik enerjisinin s
ərfi azalır, daha eynicins qarışıq alınır və nəhayət, sementin markası yüksəlir.
Bundan başqa yaş üsulda şlamın nəqli asanlaşır və əməyin sanitar-gigiyenik şəraiti yaxşılaşır. Bütün
bunlarla yanaşı şlamın tərkibinə verilmiş 30...50 % su istilik enerjisinin sərfinin kəskin artmasına
səbəb olur. Yaş üsulda istilik sərfi quru üsula nisbətən 30...40 % çoxdur. Bundan başqa yaş üsulda
sobaların ölçüləri böyük və metaltutumu çox olur.
Dostları ilə paylaş: