Quru üsul. Quru üsulda istehsal sxeminin seçilməsi xammalın fiziki və kimyəvi xassələrindən
asılıdır. Portlandsement klinkerinin bu sxem üzrə istehsalı aşağıdakı əməliyyatlardan ibarətdir .
Daşqıranlarda xırdalandıqdan sonra əhəngdaşı və gil 1% nəmliyə qədər qurudulur və
üyüdülərək xammal unu halına salınır. Xammal qarışığının üyüdülməsini və qurudulmasını bir
qurğuda – seperator dəyirmanında aparmaq daha məqsədəuyğundur. Bu üsul daha səmərəli olduğuna
görə quru üsulla işləyən əksəriyyət zavodlarda tətbiq olunur. Xammal kimi əhəngdaşı və gil istifadə
edərkən quru üsulla portlandsementin istehsal sxemi şəkil 2.2-də göstərilmişdir.
Verilmiş tərkibli xammal qarışığı almaq üçün əvvəlcə xammal komponentləri dəyirmana
dozalanmış halda verilir, sonra isə xüsusi siloslarda korrektivləşdirilir. Hazır tərkibli xammal unu bir
neçə pillədən ibarət olan siklonlu istilikdəyişdiricilərə verilir. Qarışığın bu istilikdəyişdiricilərdə
qalma müddəti 25...30 san. olur. Siklonlardan material sobaya verilir, orda yandırıldıqdan sonra
soyuducuya ötürülür. Soyudulduq
dan sonra nəqledicilər vasitəsi ilə anbara göndərilir.
Quru üsulla istehsalda digər texnoloji əməliyyatlar – hidravlik əlavələrin və gipsin
hazırlanması, sementin üyüdülməsi, onun saxlanması və alıcıya göndərilməsi yaş üsulda olduğu
kimidir.
Xammal qarışığının toz halında hazırlanması texnoloji sxemi mürəkkəbləşdirir. Enerjitutumlu
qurğuların sayı artır. Quru üsulda sanitar şərtlərə əməl etmək və ətraf mühitin mühafizəsini təmin
etmək çətindir. Lakin bu üsulun böyük müsbət cəhəti klinkerin yanması zamanı sərf olunan istiliyin
(3,4...4,2 Mc/kq) az olmasıdır. Bundan başqa tullantı qazların həcmi 35...40 % azalır və uyğun olaraq
tozdan təmizləmənin qiyməti azalır. Quru üsulun vacib üstünlüyü 1 m
3
soba qurğusundan daha çox
klinker çıxımıdır. Bu isə quru üsulla tikilmiş sobanın məhsuldarlığının yaş üsula nisbətən 2...3 dəfə çox
olmasına imkan verir. Ona görə də quru üsulla istehsalın geniş tətbiqi sement sənayesinin vacib
məsələlərindən biridir. Ancaq onu da qeyd etmək lazımdır ki, tətbiq olunan xammalın nəmliyi quru üsulun
tətbiqini məhdudlaşdırır. Nəmliyi 20...25 %-dən yüksək olan xammalın quru üsulla emalına
(qurudulmasına) istilik sərfi xeyli çox tələb olunduğundan bu üsulun tətbiqi səmərəsiz olur.
6