Şəkil 2. Quru üsulla sement istehsalı xəttinin texnoloji sxemi 1-
əhəng daşı bunkeri; 2-çənəli daşqıran; 3- çəkicli daşqıran; 4- gil bunkeri; 5- daşqıran; 6- xammal
anbarı; 7- Aerofol dəyirman; 8- çökdürücü siklon; 9- aralıq silos; 10- seperator; 11- xammal
d
əyirmanı; 12- homogenləşdirici silos; 13- ehtiyat silosu; 14- siklonlu istilikdəyişdiricili fırlanan
soba; 15- soyuducu; 16- klinker, gips v
ə əlavə silosları; 17- sement dəyirmanı; 18- sement silosu.
Kombinəedilmiş üsul. Bu üsulda xammal qarışığı yaş üsulda olduğu kimi hazırlanır,
susuzlaşdırılır və dənəvər hala salınır, sonra isə quru üsulla işləyən sobalarda yandırılır.
Portlandsementin kombinəedilmiş üsulla istehsal prosesinin ardıcıllığı istehsal sxemində
göstərilmişdir.
Xammal dəyirmanından 35...40 % nəmlikli şlam çıxdıqdan sonra korrektivləşdirilir və 16...20
% nəmliyə qədər süzgəclərdə süzülür. Sonra süzülmüş şlam dənələr halına Salınır və yandırılmaq
üçün sobaya göndərilir. Kombinəedilmiş üsulla portlandsementin istehsalı zamanı sonrakı əməliy-
yatl
ar yaş üsulda olduğu kimidir. Bu üsulda yaş üsula nisbətən 30 % yanacaq sərfi, 10 % isə kapital
qoyuluşu azalır, ancaq elektrik enerjisinin sərfi 15...20 % artır. Belə sxem yüksək nəmlikli xammalla
işləyən müəssisələrdə yanacaq sərfinin azaldılmasının ən real yoludur. Ona görə də yaş üsulla işləyən
müəssisələrin kombinəedilmiş üsula keçirilməsi məqsədəuyğundur.
Beləliklə, portlandsementin istehsal üsullarından hər birinin öz üstünlüyü və mənfi cəhətləri
vardır. Ona görə də bu və ya digər üsulun seçilməsi sement sənayesinin inkişafının texniki-iqtisadi
göstəriciləri ilə əlaqələndirilir.
7
Kombinəedilmiş üsulla portlandsementin istehsal sxemi 3.