Şəkil 4. Konuslu daşqıranların sxemi
a-
asılmış vallı; b-konsol vallı; 1-tərpənməz konusvari gövdə, 2-tərpənən konus, 3-val, 4-stəkan, 5 və
6-çarx, 7-nov, 8-
valın dayağı
Bu daşqıranların xırdalayan hissələri tərpənməz konusvari gövdə (I)
və gövdənin daxilində
yerləşmiş (3) yellənən vala möhkəm bərkidilmiş tərpənən konusdur (2). Valın aşağı ucu (4) stəkana
ekssentrik oturdulur və (5,6) konusvari çarxlarla fırlanır. Stəkanın fırlanması nəticəsində tərpənən konus
daşqıranın şaquli oxu ətrafında yellənərkən dövri olaraq tərpənməz konusa yaxınlaşır və uzaqlaşır. Bu
zaman konuslar arasındakı yarıqda yerləşən material əzilir. Xırdalanmış məhsul maili nova (7) tökülür və
daşqırandan xaric edilir, yaxud bilavasitə daşqıranın altında yerləşmiş nəqledici mexanizmə tökülür.
Konuslu daşqıranlar çənəli daşqıranlardan xırdalanma prosesinin fasiləsizliyinə və beləliklə,
yüksək məhsuldarlığına görə fərqlənir. Konuslu daşqıranlar sement zavodlarında bərk əhəngdaşının,
klinkerin və alüminat posasının orta və narın xırdalanması üçün tətbiq olunur. Bu daşqıranlarda
xırdalanma dərəcəsi 20 və daha çox olur. Konuslu daşqıranların məhsuldarlığı aşağıdakı formulla
hesablanır:
Q=6,8 D
2
b·n,
burada, Q–
daşqıranın məhsuldarlığı, m
3
/saat; D–
xırdalayıcı konusun diametri, m; b–çıxış yarığının
eninin
ən kiçik qiyməti, m; n – xırdalayıcı konusun fırlanma tezliyi, dövr/dəq.
Konuslu daşqıranların texniki göstəriciləri cədvəl 2.3-də verilmişdir.
Dostları ilə paylaş: