Kanada modelinin əsas xüsusiyyətləri aşağıdakılardır:
1. Qanunverici baza
Kanada üçpilləli mərkəzləşdirilməmiş vergi sisteminə malikdir. Kanadanın vergi siyasəti Maliyyə Nazirliyinin “Büdcə siyasəti və iqtisadi təhlili” söbəsi tərəfindən hazırlanır. Bu çərçivədə federal hökumətin, əyalət hökumətinin və bələdiyyələrin vergi sistemi fəaliyyət göstərir. Kanadanın konstitusiyasında hər üç sistem tərəfindən yığılan vergilərin tipi müəyyənləşdirilib.
Kanadada 5000-ə yaxın bələdiyyə mövcuddur ki, burada şəhərlər, kəndlər, tuansiplər (xüsusi ərazi subyektləri), qraflıqlar və xüsusi xidmət rayonlarının (special servicedistricts) səlahiyyətləri də dəqiqləşdirilib. Federal hökümətin səlahiyyətlərinə sülh və müharibə, milli təhlükəsizlik, dövlət borcunun tənzimlənməsi, dövlət mülkiyyətinin idarə olunması, pul-kredit siyasəti və bank sisteminin formalaşdırılması və bütün səviyyədə vergi məsələlərinin həlli daxildir. [15]
Kanadada müxtəlif əyalətlərdə həyat səviyyəsinin bərabərləşdirilməsinə yönəldilən tədbirlər - federal büdcədən geridə qalmış əyalətlərin büdcələrinə dotasiya proqramları həyata keçirilir. Bu ödənişlərin miqdarı heç də hər il təsdiq olunmur. Belə qərarlar əyalətlər üzrə adambaşına düşən gəlirlər əsasında hesablanaraq qəbul olunur. [34]
Kanadada Maliyyə dəstəyi planını çox vaxt sosial kömək proqramı da adlandırırlar. Belə ki, federal büdcə sosial kömək proqramı çərçivəsində (CAP) əyalətlərdə bu sahəyə çəkilən bütün xərclərin 50 faizini öz üzərinə götürür.Əyalət bu yardımı almaq üçün müxtəlif meyarlara cavab verməlidir. Bundan basqa,əyalətlərdə ən vacib sosial proqramlar maliyyələşdirilir.
Kanadada federal büdcə tərəfindən ayrılan köçürmələr müxtəlif əyalətlərin büdcə gəlirlərinin formalaşmasında fərqli paya malikdir. Belə ki, Alberta əyalətinin gəlirlərinin 14 faizi, Nyufaundlend əyalətinin büdcə gəlirlərinin isə 42 faizi federal büdcədən ayırmalar hesabına formalaşır.[34]
Kanadada müxtəlif səviyyəli büdcələrin borc vəsaitləri cəlb etmək hüququ mövcuddur. Federal qanunvericilik cəlb edilən borc vəsaitlərinin həcminə məhdudiyyət qoymur. Federal qanunvericilikdən fərqli olaraq əyalətlərin qanunvericiliyi regional büdcələrin kəsirini örtmək üçün cəlb edilən borc vəsaitinin həcminə müəyyən məhdudiyyətlər qoyur. Məsələn, Alberta əyalətinin qanunvericiliyinə görə, regional büdcənin kəsirini örtmək üçün cəlb edilən borc vəsaitinin həcmi əyalət üzrə proqnozlaşdırılan vergi daxilolmalarından çox ola bilməz. Eyni zamanda federal hökümət büdcə kəsirini maliyyələşdirmək üçün müxtəlif mənbələrdən istifadə edir. Federal büdcənin kəsiri daxili və xarici bazarlarda borc kağızları yerləşdirməklə və ya Kanada Pensiya Fondunun vəsaitlərindən kredit kimi istifadə etməklə maliyyələşdirilir. Regional büdcələrin də borc vəsaiti cəlb etmək üçün daxili bazarda borc kağızları yerləşdirmək və Kanada Pensiya Fondunun vəsaitlərindən kredit kimi istifadə etmək hüququ mövcuddur. Bələdiyyələrin yerli büdcələri isə mövcud qanunvericiliyə əsasən cari xərclərə gəlirləri tarazlaşdırmalıdır.
Avropa ölkələrində büdcələrarası münasibətlərin qurulmasına nəzər yetirsək Avropa Birliyinə üzv ölkələrin sərhədlərinin «əriməsi» və vergi sisteminin harmonizasiyası və həmin ölkələrdə bu prosesin vahid ssenari üzrə aparıldığı qənaətinə gələ bilərik. Bu ölkələr sırasında istisna olaraq Almaniya təcrübəsi fərqlənir. Digər ölkələrin timsalında isə Fransa modelini nəzərdən keçirək. Almaniya modeli aşağıdakı kimi xüsusiyyətlərə malikdir: [34]
“Maliyyə konstitusiyası”. Almaniyanın Konstitusiyasının böyük bölmələrindən biri məhz belə adlanır. 1919-cu ildə aparılan vergi islahatları nəticəsində əyalətlərin
maliyyə suverenliyi ləğv edilmişdir. O vaxta qədər alman vergi sistemi amerikan modelində olduğu kimi mərkəzləşdirilmiş xarakterə malik idi. Maliyyə konstitusiyası federasiyanın bütövlükdə və onu təşkil edən ərazilərin məcmu gəlirlərində rasional iştirak qaydalarını müəyyən edir. Bu zaman 4 vəzifənin həllinə nail olunur:
1. Gəlirlərin bölüşdürülməsi;
2. Vergiqoyma sahəsində qanunverici səlahiyyətlərin bölüşdürülməsi;
3. Vergi daxilolmalarının bölüşdürülməsi;
4. Maliyyə sferasında idarəetmənin təşkili.
İnzibati idarəetmə quruluşuna görə Almaniya Federativ Respublikası 16 əyalətdən ibarətdir. Bu əyalətlərin hökumətləri dövlət hakimiyyətinin ikinci pilləsini təşkil edir. [34]
Almaniya qanunvericiliyi yerli büdcələrin cari əməliyyatlar üzrə kəsirinin kredit vəsaitləri ilə örtülməsini qadağan edir. Kredit resursları yalnız investisiya məqsədləri üçün istifadə oluna bilər. Borcun maksimum həddi üçün xüsusi qayda da müəyyənləşdirilib. Belə ki, bələdiyyələr yalnız borca xidmət göstərə bildikləri halda kredit götürə bilərlər. Borca xidmət potensialı isə xüsusi sənədlər əsasında qiymətləndirilir.
Almaniyada əyalətlər arasında maliyyə bərabərləşdirilməsi şaquli və üfüqi metodlarla tənzimlənir. Şaquli tarazlaşdırma tənzimləyici xarakterli ümumi vergilər vasitəsilə həyata keçirilir. Konstitusiyaya görə, federal hökümət və torpaqlar arasında vergilər bərabər bölünür. Bu səbəbdən də ilk növbədə, yerli büdcələrin ehtiyacları müəyyən edilir, bundan sonra yerdə qalan məbləğ dövlət hakimiyyətinin iki pilləsi arasında bərabər şəkildə bölünür. Bu tip tarazlaşdırma əməliyyatları federal büdcədən ayrılan transferlər (subsidiya və dotasiyalar) vasitəsilə həyata keçirilir.
Dostları ilə paylaş: |