I FƏSİL. İDARƏETMƏ SİSTEMİNDƏ İŞGÜZAR ETİKADAN İSTİFADƏNİN NƏZƏRİ ƏSASLARI
1.1.Müasir işgüzar etikanın idarəetmədə mahiyyəti
Azərbaycan Respublikasının iqtisadi və sosial inkişafının sürətləndirilməsi sahəsində öz təxirəsalınmaz həllini gözləyən ən mühüm problemlər əhalinin məşğuliyyət səviyyəsinin yüksəldilməsi şəraitində bazar münasibətləri formalaşdırmaqdır. Biznes etikası hər bir təşkilatın idarə olunmasında onun mədəniyyət səviyyəsini yüksəldilməsinin ən mühüm amilidir. Biznes etikasına işgüzar etika da deyilir. İşgüzar etika inkişaf etmiş ölkələrdə qeyri-hökumət və hökumət qurumlarında işçilərin davranışını nizamlayan vacib sənəddir. Etika elmi fəlsəfi fikirlərə aiddir. Etikanın tədqiqat mövzusu mədəniyyət, mənəviyyat davranış bir sözlə etikadır. Əxlaq insanın cəmiyyətdə düzgün davranış qaydalarını əks etdirən fəlsəfi bir anlayışdır.
İşgüzar etika-düzlüyə vicdanlığa mövcud qanunvericiliyi müəyyən olunmuş qaydalar və əməllər əsasında bazarda səmərəli fəaliyyət göstərmək bacarığına əsaslanan işgüzar etikadır.
Bazar iqtisadiyyatı şəraitin də işgüzarlıq fəaliyyətinin nəticələrinin birinci növbədə biznesmenin insanlarla onun tabeliyində olan işin təşkilində asılılığı, psixoloji faktorların önəmliliyini artırır.
XVIII-XIX əsrlərdə iqtisadçı alimlərin əsərlərində sahibkarlığın idarəetmə təşkilati, psixoloji tərəfləri geniş şəkildə tədqiq edilmişdir. Şotlandiyalı fransız iqtisadçısı olan Riçard Kantilyon sahibkar risk mühitində çalışan təsərrüfat subyekti adlandıraraq və onu eləcədə uzaqgörən, risk etməyi bacaran və eyni zamanda gələcəyə doğru gedən bir fərd kimi qəbul edirdi. O, riski idarəetmə fəaliyyətin əvvəlində son yekunların qeyri-müəyyənliyi şəklində xarakterizə edərək onu sahibkarın mühüm funksiyalarından biri kimi qeyd edilmişdir. İqtisad elminin klassik alimləri D.Rikardo və A.Smit bazar iqtisadiyyatının işləmə mexanizmini geniş tədqiq edərək onu öz-özünə tənzimləyən sistem kimi göstərmişdir.
XX əsrin axırlarına doğru bütün Qərb ölkələrində işgüzar sektorlarının, ayrı-
ayrı təşkilatların fəaliyyət sferasında sosial məsuliyyətin yüksəldilməsi təmayülü güclənməyə təkan verilir, bununla yanaşı, həmdə işçilər arasında etik dəyərlərə də münasibət getdikcə zəifləyir. Buna görə də bu problemli məsələni aradan götürülməsi zərurəti yaranır, «işgüzar etika» və yaxudda «biznes etikası» anlayışı aktuallaşır. Bu, hal-hazırda azad bazar iqtisadiyyatı şəraiti yeni formalaşan bir sıra ölkələrin, eyni zamanda Azərbaycanın işgüzar fəaliyyəti üçün də daha mühüm məsələlərdən biridir. Onu da deyək ki, işgüzar etika anlayışı ilə yanaşı həm də peşə etikası anlayışı arasında ümumi xüsusiyyətlər olsa da, onlar bir-birinlərindən xeyli fərqlənir.
İşgüzarlıq etikasının xüsusiyyətlər: 1912-ci ildən işgüzarlığın əsas prinsipləri müəyyən edilir:
- Hakimiyyətə hörmət
- Düzgünlük
- Şəxsi mülkiyyət hüququna hörmətlə yanaşma
- İnsanlara hörmət
- Məqsədyönlülük
İşgüzar etika biznes sahəsinə xasdır və eyni zamanda hər bir şirkət öz işini daha da irəli çəkmək, cəmiyyət içində nüfuz qazanmaq üçün özünün mövcud proqramlarını, yanaşma və metodlarını müəyyən etməyə çalışır. İşçilərin etik davranış səviyyəsinin artırlıması üçün dünyanın qabaqcıl şirkətlərinin mövcud olan yanaşmalar vardır ki, onlarda aşağıdakılardır:
· Etik normativlərin hazırlanması. Müəssisə və yaxud təşkilatın etik normalarının ümumi qəbul edilmiş dəyərləri və normativləri aid sistemlər müəyyən edilir. Misal üçün, hədiyyələrin ötürülməsi və təqdim edilməsi, rüşvət, fırıldaq, qanunun pozulması, tutduğun mövqedən süi-istifadə, maraqların toqquşması zəminində münaqişələr, informasiyalardan qərəzli məqsədlər üçün istifadə, şirkətin sirlərinin açılması («kommersiya sirri»), siyasi təşkilatlara qeyri-qanuni yollarla maliyyə ayrılması və s. məsələlər diqqət mərkəzində saxlanılır. Həmçinin, etik qaydalar «Etik davranış Kodeksi» şəklində də tərtib edilir.
· Etika komitələrinin təşkili. Əsasən bu komitələrə, təşkilatın yüksək vəzifəli şəxsləri, təşkilatdakı yüksək pay sahibləri və eləcədə digər maraqlı tərəflər aid edilirlər. Onlar əsasən barışdırıcı hakim rolunda çıxış edirlər, mübahisəli etik məsələlərdə rəsmi mülahizələrlə «təşkilatın vicdanı» meyarına əsaslanaraq fəaliyyət göstərirlər.
· İctimai yoxlamaların aparılması. Sosial məsuliyyət proqramının reallaşdırılmasının gedişi və eləcə də biznesin aparılmasında etik tərəfləri, idarəetmə həllərinin qəbul olunması, əməkdaşlar arasındakı münasibətlər və s. ilə əlaqəli hesabat hazırlanıb, ictimaiyyətə təqdim olunur. Bundan əlavə, əldə olan hesabatların hazırlanmasına təşkilatdankənar nüfuzlu tədqiqat qurumları cəlb olunur.
· Bütün işçilərə etik davranış qaydalarının öyrədilməsi. Peşə hazırlığı və ixtisasartırma proqramlarında işgüzar etika kursu vacib yerlərdən birini tutur.
· Liderliyin şəxsi nümunəsi. Müasir biznesdə təşkilatın (şirkətin, müəssisənin) lideri mənəvi lider hesab edilir, ümumi atmosferi o yaradır və eləcədə etik davranış səviyyəsini müəyyən edir. Yüksək etik davranış nümayiş etdirən şirkət rəhbərinin şəxsi nümunəsi hər bir işçidə hər zaman yeni etik qaydalara əməl olunmasına stimul yaradır.
Etika dedikdə ilk öncə insan davranışının təməli olan əxlaq dəyərlərinin məcmusu başa düşülür [17, səh.23]. Başqa sözlə desək, etika “nəyi necə etməli olduqlarını” müəyyənləşdirmələri üçün insanlara istiqamətləndirəcək prinsip, dəyərlər və standartlardır. Eyni zamanda etika bir prosesdir. Həmin bu proses müddətində yerinə yetirilən işlər və eyni zamanda qəbul olunan qərarlar müəyyən dərəcədə nüaslara söykənməlidir. Başqa bir tərəfdən isə, fəlsəfənin əxlaqı öyrənən hissəsi də etika adlanır. Fəlsəfənin bu bölməsi insanların qurduqları qrup və fərdi münasibətlərin təməlini təşkil edən qaydaları, dəyərləri, normaları yalnış və ya doğru, pis və ya yaxşı kimi məzmunundan öyrənir. Etik-davranış qaydalarının əsas məqsədi cəmiyyətdə və dövlətdə qanunsuz istifadə və hətta korrupsiyanı aradan götürmək, vicdanlılıq dəyərinin reallaşdırılmasını təmin etməkdir. Etika dövrümüzdə bir çox peşələrin icra olunması zamanı riayət edilməsi mühüm olan vacib dəyərlərdən biri hesab edilir. Məhkəmə prosesində, siyasətdə, biznesdə, idarəçilikdə, təhsildə, mətbuat və nəşrdə, elmdə, incəsənətdə, tibbdə vəzifənin icra olunması ilə əlaqəli cəmiyyət üçün vacib olan ümumi etik dəyərlər və eləcədə həmin vəzifə ilə bağlı ümumbəşəri qəbul edilmiş bir sıra etik qayda və dəyərlər daha çıx nəzərə çarpır.
Etika – insan davranışını əks etdirən prinsiplərin məcmusudur [3, səh.52]. Bu anlayışı biznes sferasına qədər genişləndirsək deyə bilərik ki, işgüzar etika əsasən özündə biznes sahəsində fəaliyyət göstərən insanların davranış qaydalarını əks etdirir.
İşgüzar etika əməkdaşların işgüzar münasibətlərini, eyni zamanda onların davranışlarını işgüzar sferada ümumi olaraq qəbul edilmiş davranış prinsiplərinə müvafiq olub-olmama nöqteyi-nəzərindən qiymətləndirməyə və nəzərdən keçirməyə şərait yaradır. Bu tip prinsiplərə əsaslanma cəmiyyətin təkamülünə aktiv tərzdə təsir etmək, öz vətəndaş vəzifəsini yetərincə həyata keçirmək üzrə peşəkar potensiala sahib olan biznesmenlərə yardım edir.
Bununla yanaşı işgüzar etikada strukturunu müəyyən edən elementlər formasında çıxış edən əxlaqi prinsipləri ayırd etmək məqsədəuyğundur.
Bunlar içərisində ən əsas olanları aşağıda göstərilmişdir:
Dostları ilə paylaş: |