Mövzu3. Milli Hesablar Sisteminin sxemi.
MHS ölkənin əsas iqtisadi proseslərini fazala-ra nəzərən pilləli şəkildə əks etdirir. Belə fazalar aşağıdakılar-dır: 1) gəlirlərin istehsalı və yaranması; 2) gəlirlərin bölgüsü və yenidən bölgüsü; 3) yaradilmiş gəlirin istehlaka və yığıma isti-fadə edilməsi; 4) кapital qoyuluşunun maliyyələşmə mənbələri; 5) investisiya.
Verilən hesablar iqtisadiyyatın sektorları üzrə ümumiləşdiri-lir və təhlil edilir. Bu sektorlar yerinə yetirdiyi funksiyalara görə qruplaşdırılır. MHS üzrə iqtisadiyyatı əsas sektorları aşağıdakı-lardır:
əmtəə istehsalı və xidmətləri ilə məşğul olan və bazarda sаtan qeyri-maliyyə korporasiyaları və müəssisələri;
maliyyə təşkilatları və korporasiyaları;
ev təsərrüfatına xidmət edən özəl qeyri-kommersiya təşkilatları;
dövlət idarəetmə orqanları;
ev təsərrüfatı (istehlakçı və sahibkar kimi);
xarici iqtisadi əlaqələr daxil olmaqla qalan sahələr.
Sektorlar arasındakı əlaqələr əmtəələrlə, xidmətlərlə, gəlir və maliyyə ilə əlaqədar bütün əməliyyatları əhatə edir. Sonda bü-tün informasiyalar tam halda milli iqtisadiyyat üçün aqreqasiya-laşdırılır. MHS dövri olaraq təkmilləşdirilir. 1993-cü ildə BMT özünün 1968-ci ildə daxil etdiyi hesabları əvəz edən yeni stan-dartlar təsdiq etmişdir. Azərbaycan Respublikasında statistik məlumat-lar üzrə hesabatları və iqtisadi analiz metodlarını dün-ya praktikasına uyğunlaşdırmaq məqsədi ilə MHS keçilməsi üçün Respublika Prezidentinin 1992-ci ilə xüsusi fərmanı оl-muşdur.
MHS-in vəzifələri və göstəricilər sistemi haqqında anlayış. MHS iqtisadi dövriyyəni dolğun əks etdirən modeldir. Belə ki, о, dövriyyəni, istehsalı, gəlirlərin yaranmasından son maliyyə nəticələrinin əldə edilməsinə qədər izləməyə imkan verir. Yəni dövriyyəni – aktiv və passiv dəyişməsinin tərkib hissəsi kimi göstərir. MHS müxtəlif əməliyyatların makrosəviyyələrdə təhli-li üçün inflyasiyanın nizama salınması prinsiplərini və sxemini qurmağa imkan verir.
Bu cədvəl МHS-in özünü iqtisadi əməliyyatlar və bu əməliy-yatları həyata keçirən təsərrüfat subyektləri haqqında məlumat-ların nizama salınmasının xüsusi forması kimi göstərir. МHS-in göstəriciləri təsərrüfat subyektlərinin hər qrupunun vəziyyətini və iqtisadi prosesləri arasındakı qarşılıqlı əlaqələrini əks etdirir.
МHS iqtisadiyyatın strukturunu, iqtisadi proseslərin əsas nə-ticələrinin və ümumi təsvirinin üzə çıxarılması üçün informasi-yaların nizama salınmasını qabaqcadan nəzərə alır. Əlavə ola-raq, iqtisadiyyatın bölmələri, sahələri, əməliyyatlar üzrə institut-sional vahidləri, həmçinin aktiv və passivlər, əmtəə və xidmət-lər, təyinatı üzrə dövlət idarəetmə orqanları xərclərini, vergilər və subsidiyalar və s. təsnifat sistemlərindən istifadə olunur. Qeyd etmək lazımdır ki, institutsion vahidlər və təsərrüfat sub-yektləri hüquqi şəxslərdən, ev təsərrüfatlarından ibarətdir.
Dostları ilə paylaş: |