Mövzu 4. Əsas makroiqtisadi göstəricilər.
İqtisadi təhlildə ən çox iki vacib göstəricidən istifadə edilir: ümumi məhsul və milli gəlir.
MHS mərkəzində ümumi daxili məhsul (ÜDM) dürür. İkinci makroiqtisadi göstərici ümumi milli məhsuldur (ÜMM). Onla-rın hər ikisi iqtisadiyyatın hər iki sferasında maddi istehsal və xidmətlərdə fəaliyyətin nəticələrini əks etdirir. Hər ikisi, bir il (kvartal, ay) müddətinə əmtəə və xidmət istehsalında bütün son məhsul həcmini dəyər kimi müəyyən edir. Bu göstəricilər cari, qüvvədə olan qiymətlərdə və sabit qiymətlərlə (hər hansı baza ilinə nisbətdə və ya xarici sabit valyutaya nisbətdə) hesablanır. ÜMM və ÜDM arasında əsas fərq aşağıdakıdır:
ÜDM - ərazi əlamətinə görə hesablanır. Bu, müəssisələ-rin milli mənsubiyyəti nəzərə alınmadan ölkə ərazisində yerlə-şən maddi nemətlər və xidmətlər sferaları məhsullarının məcmu dəyərini göstərir.
ÜMM – bu, milli müəssisələrin yerləşməsindən asılı ol-mayaraq (öz ölkəsində və ya xaricdə) milli iqtisadiyyatın hər iki sferasında bütün məhsul və xidmətlərin məcmu dəyəridir. Be-ləliklə, ÜMM ÜDM-dən faktor gəlirlərinə görə fərqlənir.
Аdətən, ÜMM hesablamaq üçün ÜDM göstəricisinə xaricdə оlan müəssisələrin və fiziki şəxslərin mənfəət və gəliri ilə ölkə-də olan xarici işçilərin və xarici investorların mənfəət və gəlirlə-rinin fərqi əlavə edilir. Bu fərq stabil və liberal iqtisadiyyatlı ölkələrdə böyük olmur. Qərbin aparıcı ölkələri üçün bu fərq ÜDM-in 1%-dən çox olmur. Bizim ölkədə ÜDM və ÜMM göstəricilərinə 1993-cü ildən keçilib. Bu göstəricilər əvvəlki iş-lədilən ümumi ictimai məhsul (ÜİM) və milli gəlir (МG) göstə-ricilərini MHS-də əvəz edir. ÜİM sovet iqtisadi statistikasında ən əsas göstərici kimi maddi istehsal sferasında istehsal edilmiş bütün əmtəələrin məcmu dəyərlərini əks etdirirdi. Bu göstərici-yə xammal xərcləri, materiallar, yanacaq və s. xərclər daxil idi (yəni, təkrar istehsaldan azad deyildi). Мilli gəlir göstəricisi keçmiş SSRİ-də, о cümlədən Azərbaycanda da ancaq istehsal sferası bazasında hesablanırdı. Bu göstəricilərin hesablanma metodologiyasının MHS-dən köklü fərqi o nəticəyə gəlməyə əsas verir ki, keçmiş SSRİ-də və Azərbaycanda hesablanan ÜİM və MG ancaq təxminən ÜMM və ÜDM-i xarakterizə edə bilərdi.
ÜMM və ÜMM-in hesablanmasında ən başlıca tələb - bir il müddətində istehsal olunmuş bütün əmtəə və xidmətlərin ancaq bir dəfə nəzərə alınmasıdır. Daha doğrusu, hesablamada bir ne-çə dəfə аlinib-satılan aralıq məhsullar daxil edilməyərək ancaq son məhsul nəzərə alınır.
Son məhsul. Bu, istehlakçıların təzədən satış üçün deyil, an-caq son istifadə üçün aldıqları əmtəə və xidmətlərdir.
Dostları ilə paylaş: |