Azərbaycan respublikasi təHSİl naziRLİYİ Naxçıvan Dövlət Universiteti


Mövzu 2. Milli hesablar sistemi haqqında anlayış, onun tərkibi və təsnifatları



Yüklə 42,76 Kb.
səhifə2/10
tarix05.01.2022
ölçüsü42,76 Kb.
#111104
1   2   3   4   5   6   7   8   9   10
Mövzu 2. Milli hesablar sistemi haqqında anlayış, onun tərkibi və təsnifatları.

Мilli Hesablar Sistemi (MHS) – iqtisadiyyatda ümumi məc-mu istehsalı ölçmək üçün, bir növ mühasibat hesabatı sistemi rolunu oynayır. Оnun əsas vəzifəsi milli məhsul və milli gəlirin yaranması və istifadəsi prosesinin kompleks təhlili və informa-siya təminatıdır. Ümumi şəkildə MHS mühasibat hesabları for-masında ikili qeyd prinsipi üzrə doldurulan cədvəllərdir. BMT-nin müasir MHS-nin standart hesablarının sayı altı yüzə yaxın-dır, iqtisadi situasiya, alət və inkişafdan asılı olaraq dəyişir.

Bütövlükdə MHS-in hesabları üç sinifə ayrılır:


  • birinci sinif hesabları (konsolidə hesablar) – iqtisadiyyatı bütövlükdə əhatə edir və əsas makroiqtisadi nisbətləri xarakte-rizə edir. Buraya ÜDM-in aqreqsiya olunmuş hesabları aiddir.

  • ikinci sinif hesabları – birici sinif hesablarının ayrı-ayrı məhsul və xidmətlərin istehsalı, ehtiyatları və istifadəsi üzrə bölgüsünü xarakterizə edir.

  • üçüncü sinif hesabları – birnici sinif hesablarının iqtisa-diyyatın ayrı-ayrı sektorlarının gəlir və xərclərinin nisbətləri kə-simində bölgüsünü və kapital məsrəflərinin maliyyələşmə mən-bələrini xarakterizə edir.

Ən yüksək səviyyədə aqreqasiya olunmuş MHS dörd balans cədvəli kimi təsvir oluna bilər:

  1. Ümumi Daxili Məhsul;

  2. Milli gəlir və onun bölgüsü;

  3. Kapital məsrəflərinin maliyyələşdirilməsi;

  4. Xarici əməliyyatlar.

Ed Van Klifor tərəfindən ilk dəfə terminoloji qaydada işlədi-lən Milli Hesablar Sisteminin iki modeli məşhurdur:

  • Norveç modeli: REFİ – real financial;

  • İngilis modeli: SAM – sosial accounting matrix.

Hal-hazırda BMT tərəfindən hazırlanmış standart hesab sis-temlərinin əsasını ingilis modeli təşkil edir, bu variantın müəl-lifi R.Stoundur.

MHS ölkənin ümumi məhsul və milli gəlirinin maddi istehsal və xidmət sferalarında yaradılmasını qəbul edir, istehsal sferası-nın aşağıdakı tərkibini məqbul hesab edir:




Yüklə 42,76 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin