Azərbaycan respublikasinin kənd təSƏRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti fakultə



Yüklə 26,18 Kb.
səhifə1/6
tarix06.06.2022
ölçüsü26,18 Kb.
#116654
  1   2   3   4   5   6
Murtuz Kurs İşi


AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

FAKULTƏ : Aqrotexnologiya
KAFEDRA : Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
İXTİSAS : Qida məhsulları mühəndisliyi
KURS : 3
QRUP : 163

KURS IŞI


FƏNN : Yeni formalı qida məhsullarının texnologiyası
MÖVZU: Sağlamlığın iş qabiliyətini və insanın uzun ömürlülüyün mühafzə etmək üçün qidalanmanın əsas prinsipləri və əhəmiyyəti
İŞLƏDİ : Məmmədzadə Murtuz
QƏBUL ETDİ : Visali Rahilə


GƏNCƏ-2020

Plan:


1.Giriş
2.İnsanın sağlamlığına,uzun ömürlüyünə qəbul etdiyi qidanın əhəmiyyəti.
3.Yapon tədqiqatçılarının funksional məhsullarının keyfiyyətinin fizioloji təsiri haqqında.
4.Funksional inqredirntlər qida məhsullarının əsas qrupları.
5.Balanslaşdırılmış,adekvat,sərkərli qidalanma prinsipləri və əhəmiyyəti.
6.İnsan sağlamlığında vitaminlərin rolu.
7.Nəticə
8.Ədəbiyyat.


Giriş
XX əsrin sonunda “sağlam qidalanma” haqqında yeni dünya konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyanın əsasını “probiotiklər və funksional qidalanma” proqramı təşkil edir.
Funksional qida məhsulları dünya miqyaslnda geniş şöhrət qazanmışdır. Funksional məhsulların hazırlanmasına dair ilk layihələrə 1984-cü ildə başlanılmış, 1987-ci ildə isə artıq 100 adda məhsul istehsal olunmuşdu. Hal-hazırda funksional məhsullar ümumi məhsulların 5%-ni təşkil eir. Mütəxəssislər belə hesab edirlər ki, funksional məhsullar profilaktiki təbabətin ənənəvi dərman preparatlarının 40-50%-ni əvəz edir.
Kimyəvi tərkibinə görə tam keyfiyyətli olmayan qida xammalının istifadəsi, texnoloji işlənməsi və digər səbəblər nəticəsində insan orqanizmi lazım olan miqdarda əvəzolunmayan komponentləri qəbul edə bilmir.
Tərəvəzlərdə nutrientlər optimal nisbətdə olur. Məlum olmuşdur ki, tərəvəzlərin qida rasionuna daxil edilməsi, orqanizmdən zərərli maddələrin kənarlaşmasına kömək edir.
Bu gün qida sənayesi bütün dünyada qibtə ediləcək bir təşəbbüslə üçüncü minilliyin yeni funksional qida məhsullarının yaradılması üçün çalışmaqdadır. Bu məhsullar antikanserogen, antioksidant, iltihaba qarşı, xolesterin nizamlayıcısı və digər bu kimi xeyirli xüsusiyyətlərə malik olmalıdır.
Sağlam qidalanmada dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
1. Qida məhsulları insan sağlamlığına zərər vurmamalıdır
2. Uşaqların səmərəli qidalanması və onların sağlamlıqlarının vəziyyəti dövlətin əsas diqqət predmeti olmalıdır
3. Havanın, su hövzələrinin və torpağın davamlı çirklənməsi ilə əlaqədar olaraq qidalanma insan orqanizmini ətraf mühitin əlverişsiz şəraitindən mühafizə etməlidir
4. Qidalanma tək insan orqanizminin qida maddələrinə və enerjiyə olan fizioloji təlabatını ödəməməli, eyni zamanda profilaktiki və müalicə məsələlərini də həll etməlidir.

Yüklə 26,18 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin