Azərbaycan respublikasinin kənd təSƏRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti fakultə


-Funksional inqredirntlər qida məhsullarının əsas qrupları



Yüklə 26,18 Kb.
səhifə3/6
tarix06.06.2022
ölçüsü26,18 Kb.
#116654
1   2   3   4   5   6
Murtuz Kurs İşi

-Funksional inqredirntlər qida məhsullarının əsas qrupları.
FQM-nın çox hissəsi süd məhsullarının payına (~65-70%) düşür. Onlara entipitlər, aşağı laktozalı və laktozasiz məhsullar,asidofil qarışıqlar, probiotik məhsullar, bioloji aktiv əlavələr, zülalsız məhsullar, nutrientlərlə zənginləşdirilmiş məhsullar aiddir. Funksional məqsədli süd əsaslı məhsullar şərti olaraq yaş kateqoriyalarına bölünür. Süd əsaslı funksional qida məhsullarının insan orqanizminə yeridilməsinin 2 üsulu: quru və maye üsulları vardır. Bundan başqa probiotik xüsusiyyətli maye məhsullar ayrı qrupa daxildir. Funksional məqəsədli məhsulların tərkibinə aşağıdakı inqredientlər daxildir:
- B, C, D və E vitamin qrupları;
- Təbii karotinoidlər (karotinlər və ksantofillər), ən vacib rola 𝛽 − karotinlər malikdir;
- Mineral maddələr (Ca, Mg, Na, K, Fe, Se, Kr);
- Ballast maddələr-buğda, alma və portağalın sellüloza, hemisellüloza, liqnin və pektin formasında qida lifləri və həmçinin qurudulmuş kasnı kökündə və yer almasında olan inulin polifruktozan;
- Bitki və heyvan mənşəli protein hidrolizatlar;
- Doymamış yağ turşuları (onların siyahısına yarımdoymamış omeqa – 3 yağ turşuları da daxildir);
- Katexinlər, antosianlar;
-Bifidobakteriyalar (bifidobakterin, laktobakterin, kolibakterin, bifikol preparatları).
Funksional qida məhsullarının yaradılması üçün işlənmələr zamanı xammalın kimyəvi tərkibi, qida dəyəri, xüsusi texnoloji işlənmə üsulları haqda məlumata malik olunmalıdır.
-Balanslaşdırılmış, adekvat, səmərli qidalanma prinsipləri və əhəmiyyəti.
Balanslaşdırılmış qidalanma :
A.A.Pokrovskinin balanslaşdırılmış qidalanma nəzəriyyəsinə görə, orqanizmin normal həyat fəaliyyətinin təmin edilməsi yalnız enerji və zülalın adekvat miqdarından yox, həm də çox saylı əvəzolunmayan qidalanma amillərinin qarşılıqlı əlaqələrinə riayət etməkdən asılıdır.
Rasionda ayrı-ayrı maddələrin nisbətini müəyyənləşdirən balanslaşdırılmış qidalanma konsepsiyası kimyəvi prosesləri xarakterizə edən mübadilə reaksiyalarının cəmini əks etdirir.
Təkamülün bütün mərhələlərində qida assimilyasiyası proseslərini müəyyən edən əsas qanunauyğunluqlar, orqanizmin ferment sistemlərinin qidanın kimyəvi strukturuna uyğunluğu ilə müəyyən olunur və bu uyğunluğun pozulması bir çox xəstəliklərə səbəb olur. Bu qaydaya qida assimilyasiyasının bütün səviyyəsində və qida maddələrinin çevrilmələrində - mədə-bağırsaq sistemində həzm olunmada, sorulmada, qida maddələrinin toxumalarda hərəkətində, hüceyrənin qidalanma prosesində, həmçinin mübadilə məhsullarının kənar olunmasında riayət olunmalıdır.

Yüklə 26,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin