Azərbaycan respublikasinin kənd təSƏRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti fakultə



Yüklə 26,18 Kb.
səhifə4/6
tarix06.06.2022
ölçüsü26,18 Kb.
#116654
1   2   3   4   5   6
Murtuz Kurs İşi

Adekvat qidalanma :
Bu gün qida texnologiyasının bazisi balanslaşdırılmış qidalanma nəzəriyyəsidir. O, enerji və plastik komponentlərə olan təlabata görə vitaminlər, əvəzolunmayan aminturşular, mikroelementlər vəs. çatışmazlığından yaranan xəstəliklərin aradan qaldırılmasının elmi cəhətdən əsaslandırılmasına imkan vermişdir.
Onun əsasında bütün əhali qrupları üçün fiziki yükü, iqlimi və s. həyat şəraitini nəzərə almaqla müxtəlif rasionlar yaradılmışdır. Bu nəzəriyəyə uyğun olaraq bitkiçilik və heyvandarlıq məhsullarının müasir emal texnologiyaları qurulmuşdur.
Eyni zamanda balanslaşdırılmış qidalanma nəzəriyyəsinin nəticəsində bir sıra fövqaladə ciddi səhvlər olmuşdur:
1. Birbaşa maddələr mübadiləsində iştirak edən məhsulların maddələrlə zənginləşdirilməsi ilə yaxşılaşdırılmış qidanın yaradılması və həmçinin ballast və zərərli birləşmələrin kənar edilməsi. Ancaq bu yol bir çox pozğuntulara gətirib çıxarır ki, bu da bəşəriyyətin xəstəlikləri kimi xarakterizə olunur.
2. Elementli (monomer) qidalanma. Qidanın maksimum dərəcədə faydalı olması ideyası, həyatı təmin etmək üçün, emala və tərkibinin korreksiyasına və s. ehtiyac olmayan kompleks maddə yaratmaq ideyasını formalaşdırmışdır. Sorulan elementlər qarışığından xüsusilə monomerlərdən ibarət olan optimal qarışıqlardan ideal qidanın sənaye istehsalına keçmə təsəvvürü yaranmışdır.
3. Birbaşa (parenteral) qidalanma. 1908-ci ildə Fransız kimyaçısı Bertlo tərəfindən formalaşmış belə bir fikir vardır ki, gələcəyin əsas məsələlərindən biri, qana nutrientlərin birbaşa mədəbağırsaq sistemindən kənar yeridilməsidir.
Səmərəli qidalanma :
Adekvat qidalanma nəzəriyyəsi müddəalarının praktiki olaraq həyata keçirilməsi səmərəli qidalanma nəzəriyyəsini təşkil edir və aşağıdakı qanunları özündə əks etdirir:
1. Orqanizmin bütün həyat fəaliyyəti növlərində sərf etdiyi enerji ilə daxil olan qidanın enerjisi (enerji dəyəri) arasındakı tarazlığa riayət olunması.
2. Ayrı-ayrı qida komponentlərinin optimal nisbətlərinin hər hansı bir fərdin və ya əhali qrupunun təlabatları ilə uyğunluğu.
3. Qidada əvəzolunmayan qida maddələrinin olması.
4. Qidada müdafiəedici komponentlərin olması.
5. Qidanın həzmi və mənimsənilməsinə kömək edən orqanoleptik dəyərin təminatı.
6. Qidanın, qida və bioloji dəyərini azaltmayan və qidada zhərli maddələr yaratmayan rasional texnoloji işlənmə metodlarının tətbiqi.
7. Qida qəbulunun gün ərzində bioritmə, əmək və digər fəaliyyət növlərinin xarakter və rejiminə uyğun bölünməsi. Qidalanma rejiminin əsasını qidalanmanın müntəzəmliyi, gün ərzində hissəhissə qidalanma, hər qida qəbulu zamanı məhsulun səmərəli seçilmə prinsipinə əməl olunması və gün ərzində qidanın səmərəli paylanması prinsipləri təşkil edir.
8. Rasionun profilaktiki istiqaməti nəzərə alınmaqla orqanizmin yaşının və hərəkət aktivliyinin uçotu. Səmərəli qidalanmanın həyata keçirirlməsində kombinə edilmiş qida məhsulları mühüm rol oynaya bilər. İnsanın bu və ya digər qida məhsullarını kifayət qədər qəbul etməməsi ilə əlaqədar olaraq mürəkkəb resept tərkibli kombinə edilmiş qida məhsullarının yaradılmasına kəskin ehtiyac yaranmış olur.

Yüklə 26,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin