Azərbaycan respublikasinin kənd təSƏRÜfati naziRLİYİ azərbaycan döVLƏt aqrar universiteti fakultə


-İnsanın sağlamlığına,uzun ömürlüyünə qəbul etdiyi qidanın əhəmiyyəti



Yüklə 26,18 Kb.
səhifə2/6
tarix06.06.2022
ölçüsü26,18 Kb.
#116654
1   2   3   4   5   6
Murtuz Kurs İşi

-İnsanın sağlamlığına,uzun ömürlüyünə qəbul etdiyi qidanın əhəmiyyəti.
Sağlamlığı, iş qabiliyyətini və insanın uzunömürlüyünü mühafizə etmək üçün səmərəli qidalanmanın 3 əsas prinsipinə riayət etmək vacibdir: enerji balansı, orqanizmin qida maddələrinə təlabatının lazimi miqdarda və nisbətdə ödənilməsi, qidalanma rejimi.Texniki inkişafla bağlı, ekoloji vəziyyətin kəskin pisləşməsi insanın qəbul etdiyi qidanın keyfiyyət tərkibinə təsir etmişdir. Halhazırda “sivilizasiya xəstəliklərinə”-həddən artıq yorulma, yüksək qan təzyiqi, ateroskleroz, qəbzlik, babasil, piylənmə, diabet, öddaşı xəstəliyi və s. aid edilir.
Rusiyada aparılan tibbi elmi tədqiqatlar göstərmişdir ki, son illər bir sıra əhali təbəqələrinin, xüsusilə az gəlirlilərin qidasında zülal və enerji çatışmazlığı müşahidə olunmaqdadır. Eyni zamanda müəyyən olunmuşdur ki, insanların piylənmədən əziyyət çəkməsi maddələr mübadiləsinin pozulmasının nəticəsidir. Orta ömür 30%-dək qısalımaqla kişilərdə bu göstərici 57 il, qadınlarda isə 72 ildir. Son illərdə yaşlı insanların xəstələnməsi halları ürək-damar,onkoloji xəstəliklər, diabet, insult, katarakta və qlaukoma, osteoporoz, bəzi beyin xəstəlikləri, əsəb sistemi,(məsələn parkinson
-Yapon tədqiqatçılarının funksional məhsullarının keyfiyyətinin fizioloji təsiri haqqında.
Yapon tədqiqatçıları funksional məhsulların 3 əsas keyfiyyətini qeyd edirlər: qida dəyəri, xoşagələn dad və müsbət fizioloji təsir.Adi gündəlik qida məhsullarına nisbətən funksional məhsullar sağlamlığa faydalı olmalı və insan orqanizminə heç bir zərər verməməlidir. Qeyd edilməsi vacibdir ki, bu tələb tək onun inqredientinə yox, eyni zamanda bütövlükdə məhsula aiddir.
Sağlam qidalanma məhsulları dərman olmayıb, xəstəni müalicə edə bilmir, ancaq o, əlverişsiz yaşayış mühitində xəstəliyin və qocalmanın qarşısını ala bilir. Tədqiqatçılar pozitiv qidalanmanı müəyyən xəstə insanlar dairəsi üçün adi rasionla, pəhriz qidalanma arasında orta qidalanma kimi qəbul edirlər.
Pozitiv qidalanma konsepsiyası özündə istehsalın, işlənmələrin nəzəri əsasını, realizəsini və funksional məhsulların istifadəsini birləşdirir.Bütün pozitiv qidaların tərkibində ona funksional xüsusiyyət verən inqredientlər olur. D.Potter 7 əsas funksional inqredientlər müəyyən etmişdir: qida lifləri (həll olan və həll olmayan), vitaminlər (A, B, qrupu, D və s.), mineral maddələr (Ca, Fe), yarımdoymamış yağlar (bitki yağları, balıq yağı, omeqa-3 yağ turşuları),antioksidantlar: beta-karotin və vitaminlər (askorbin turşusu - C vitamini və alfa tokoferol-E vitamini), oliqosaxaridlər (faydalı bakteriyalar üçün faydalı substrat kimi), həmçinin mikroelement, bifidobakteriya və s.
Qida lifləri – qidalanmada və pəhrizdə vacib rol oynayır. Onlar çoxlu sayda üzvi birləşmələrin qarışığı olub, qəribə kimyəvi struktura və fiziki xüusiyyətlərə malikdir.Ənənəvi olaraq qida lifləri, bitki polisaxaridləri və liqnin kimi müəyyən olunmuş və onlar insanın həzm sistemində metabolizmə uğramır. Həll olan qida lifləri nümayəndəsinə pektin, həll olmayanlara isə sellüloza aiddir.

Yüklə 26,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin