Azərbaycan şifahi xalq ədəbiyyatına


Çevrilmə ­– eyni zamanda dönərgəlik, yəni obrazın öz ilkin şəklinə mü­vəqqəti qayıtması kimi təzahür edir



Yüklə 1,74 Mb.
səhifə99/110
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#104066
1   ...   95   96   97   98   99   100   101   102   ...   110
Çevrilmə ­– eyni zamanda dönərgəlik, yəni obrazın öz ilkin şəklinə mü­vəqqəti qayıtması kimi təzahür edir. Dönərgəlik öz mahiyyəti etibarilə çevrilmədir. Lakin bunun digər formalardan fərqi ondan ibarətdir ki, burada ob­raz yeni bir obraza çevrilmir, əksinə, müvəqqəti olaraq əvvəlki şəklinə qayıdır, daha sonra yenə də sonrakı şəklinə dönüşür. Yəni bu obrazlar, əslində, şəklini dəyişmiş, bir şəkildən o biri şəklə keçmiş obrazlardır. Ancaq bu obrazlar hərdən müvəqqəti olaraq öz köhnə şəkillərinə qayıdırlar. Bu hala biz daha çox əfsanə­lərdə təsadüf edirik. Burada qurd-arvad, ilan-arvad obrazları var. Nümunələrə ba­xaq: “Zalxa adında bir qız gecə paltarsız, başıaçıq çıxır eşiyə. Qurd xırxasını atır bunun üsdünə. Zalxa doqquz il qurddarınan gəzir, nəqqədər adam yeyir. Bir gün ittər bının xırxasın yırtıllar, bı da çevrilir adam olur” (2, 106).

“Bir kişi dostugilə gəlir. Çörəh yeyillər, içillər, axşam olur. Kişi durur get­sin, dostu deyir ki, ə kişi, getmə, gecədi, bir şey olar. Kişi deyir ki, yox gedə­cəm, at altımda, tüfəng belimdə, nədən qorxacam? Dostunun arvadı bını eşidir. Demiyəsən, bı arvad bizdən yeylərdənimiş. Arvad durup çıxır eşiyə, donun dəyi­şip qurt donuna düşür. Durur kişinin yolu üstünə. Bınnar tutaşır. Kişi görür ki, yox, bacarmayacax, birtəhər pıçaxnan bı adamcılın döşünnən yaralayır. Adamcıl aradan çıxır. Kişi də ta gedəmmiyip qeyidir dostugilə, başına gələni danışır.



Bu dəmdə arvad gəlir. Kişi baxır ki, arvadın döşü yaralanıp. Məsələni an­nı­yır. Qeyidip dostuna deyir ki, bə o adamcıl sənin arvadındı. Mən onu yara­la­mışam.

Dostu heş zad demir. Durup ev-eşiyi axtarır. Kərmə qalağında arvadın donunu tapır, yandırır. Arvad qışqırır, özünnən gedir. Əncax ta əli hara yetəcək. Donu yanannan sora adam adamçıllıxdan çıxır, adam olur” (2, 106).



Göründüyü kimi, bu əfsanənin süjetinin əsasında çevrilmə motivi durur. Arvadın əsli (ilkin halı) qurddur. O, zamanla qurda çevrilə bilir. Lakin donu yan­dırıldıqdan sonra daha qurd ola bilmir, birdəfəlik adam olaraq qalır. Qeyd edək ki, burada mövcud olan çevrilmə totemist, animist konsept olaraq da izah edilir.

Bu motivə nağıllarda da təsadüf olunur. Bu vaxt çevrilmə libasdəyişmə adlanır.


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin