Dialoq-vücudnamə örnəyi
Modern vücudnamələr arasında ata ilə övlad arasında mükalimə şəklində qurulan bir maraqlı nümunə də diqqəti cəlb edir. Həmin nümunədə yeni doğulmuş qız körpəsi ilə valideyn qayğısını öz üzərində hiss edən gənc atanın ömür mərhələləri dilə gətirilir. Bu nümunə anonimdir və nəsrlədir, daha çox övlad-valideyn münasibətlərini ifadə edir:
0 yaşında
Baba :
Ne kadar da güzel. Şimdi bu küçücük şey benim kızım mı...?
Gözleri de bana ne kadar çok benziyor...
Kızı :
Bu gözlerini benden hiç ayırmayan adam babam olsa gerek...
Əlli beş yaşa qədər bu şəkildə atanın qız övladı ilə bağlı müxtəlif qayğılarını və düşüncələrini əks etdirən bu nümunədə valideynin körpəsi ilə birlikdə yaş səciyyəsi verilir. Təbii ki, burada əsas diqqət körpənin üzərində cəmləşir və onun uşaqlıq, yeniyetməlik, gənclik yaşlarını, daha sonra evlilik həyatını, ana olmasını təsvir edən yaş mərhələləri vücudnamədə yer alır. Təbii ki, hər yaşın da özünün gətirdiyi qayğılar və valideynin narahatlığı, iki nəsil arasında zidd dünyagörüş kimi məsələlərə də toxunulur:
10 yaşında
Baba :
Gittikçe yaramaz oluyor, kime çekti bu kız...?
Kızı :
Ben babama aşığım...
Büyüyünce babam gibi erkekle evlenecegim...
Babam bu ay harçlığımı arttırır mı...?
15 yaşında
Baba :
Ne kadar da çabuk büyüdü...
Eve de gittikçe geç kalmaya başladı, bu gidişle başına kötü bir şey gelecek... Sanırım daha sert konuşmalıyım...
Kızı :
Babam yüzünden arkadaşlarımla istediğim kadar vakit geçiremiyorum...
Bana baskı uygulamasından nefret ediyorum...
Ne zaman özgür olacağım...?
Əslində, daxili monoloq şəklində qurulan bu vücudnamədə müəyyən yaş mərhələsindən sonra artıq övlad atası ilə bağlı qayğılarını dilə gətirir, onun yaşlanmasından, səhhəti ilə bağlı problemlərdən ötrü narahat olmağa başlayır. Getdikcə mənəvi baxımdan təzad yaşayan valideynlə övlad arasındakı uçurum daha da dərinləşir, ata qızının onu bəyənmədiyini hiss edir:
40 yaşında
Baba :
Kızım, benim entellektüel düzeyimi yeterli bulmuyor...
Ona göre çağın gerisinde düşünüyormuşum...
Oysa küçükken derslerine hep ben yardım ederdim...
Anlayamadığı bütün problemleri bana sorardı...
Şimdi beni beğenmiyor...
Bir daha onunla asla politik tartışmalara girmeyecegim...
Kızı :
Babam giderek daha da çocuk gibi davranıyor...
Sürekli bir şeylerden yakınıyor...
Gerçi son zamanlarda sağlığı da iyi değil ama...
Ya ona bir şey olursa...?
Zaten hiçbir zaman dilediği gibi bir evlat da olamadım...
Əslində, klassik vücudnamələrdə də artıq qocalıq, ahıllıq yaşına daxil olan insanın övladı, oğul-uşağı tərəfindən qınaq yeri, gülüş hədəfi olması, hətta bəzən sanki bu dünyada artıqlıq etməsi ilə bağlı müxtəlif fikirlər səsləndirilir6. Bu da nəsillər arasında ziddiyyətdən qaynaqlanan problemlərlə bağlıdır. Lakin təəssüf ki, valideyni itirdikdən sonra övlad onun yoxluğunu görüb, dəyərini daha yaxşı anlamağa başlayır, sonrakı peşmançılıq isə faydasız qalır. Təhlilə cəlb etdiyimiz vücudnamənin sonunda da özünün əlli yaşında atasını itirən qız peşmançılığını ifadə edir:
55 yaşında
Kadın :
Sen gideli, seni daha iyi anlıyorum babacığım...
Keşke seni hiç üzmeseydim demeyeceğim,
Çünkü "keşke"lerin hiçbir şeyi değiştiremeyeceğini biliyorum....
Yine de beni duyuyorsan, lütfen seni
üzdüğüm her gün için çok, ama çok pişman olduğumu bil olur mu?
Digər vücudnamələr kimi, bu nümunənin də sonluğunda həyat və varlıq, mənəvi məsələlərlə bağlı ibrətamiz bir hissənin verilməsi diqqətəlayiqdir. Göründüyü kimi, artıq dialoq tamamilə monoloqa çevrilir, ata həyatda olmadığı üçün sadəcə öz-özünə peşmançılığını bildirən qadının fikirləri səsləndirilir.
Dostları ilə paylaş: |