Azərbaycan tarixi



Yüklə 0,62 Mb.
səhifə192/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   188   189   190   191   192   193   194   195   ...   269
Azərbaycan tarixi mühazirə

İnqilabın I mərhələsi. 05 avqust 1906-cı ildə Müzəf­fərəddin şah konstitusiyanın qəbulu və məclisə seçkilər haqqında fərman imzaladı, lakin fərman yerinə yetirilmədi. Buna cavab olaraq 1906-cı ilin 20 sentyabr tarixdən Təbrizdə inqilabi hərəkat yenidən fəallaşdı. “Sam­samxana” məscidində ruhanilər bəstə oturdular, mitinq və nümayişlər keçirildi. Təbrizdə inqilabi hərəkata hələ 1904-cü ildə yaradılan “İctimaiy­yune - amiyyun” (“Mücahid”) sosial-demokrat qrupu və “Gizli mərkəz” başçılıq edirdi. Xalqın təzyiqi nəticəsində şah seçkilərin keçirilməsinə icazə verdi.1906-cı ilin sentyabrında Təbrizdə seçkiləri həyata keçirmək üçün “Əncüman” (“Şura”) yaradıldı. O başqa cür “Azərbaycan əyalət əncümanı” adlanırdı. Yerlərdə bu əncümanın yerli şuraları yaradıldı. “Əncüman” inqilab nəticəsində yaranan hakimiyyət orqanı idi. 1906-cı ilin payızında “Əncüman” silahlı mücahid dəstələri yaratmağa başladı. 1906-cı il dekabrın 30-da Müzəffərəddin şah konsti­tusiyaya imza atmağa məcbur oldu.1907-ci ilin yanvarında Müzəf­fərəddin şahın ölümündən sonra hakimiyyətə gələn Məmmədəli şah konstitusiyanı tanımaqdan imtina etdi və bu silahlı üsyana səbəb oldu.
Təbriz silahlı üsyanı (1907-ci il, fevral). Üsyan 08 fevral 1907-ci il tarixdə başladı.Üsyana “Gizli mərkəz” rəhbərlik edirdi.Üsyan nəticəsində Təbrizdə hakimiyyət “Azərbaycan əyalət əncümanı”nın əlinə keçdi. Cənubi Azərbaycan İran inqilabının mərkəzinə çevrildi. Azərbaycan deputatları Tehrana gəldilər və hakimiyyətin “Azərbaycan əyalət əncümanı”na verilməsi tələblərini şaha təqdim etdilər. Onların tələbləri yerinə yetirildi və Cənubi Azərbaycanda real hakimiyyət Azərbaycan əyalət əncümanına verildi. Tezliklə Azərbaycan əyalət əncümanı öz silahlı dəstələrini təşkil etdi, bir sıra demokratik tədbirlər həyata keçirdi. 07 oktyabr 1907-ci il tarixdə Məmmədəli şah konstitusiyaya imza atdı.
1905 -1911-ci illər İran inqilabının II mərhələsi. 23 iyun 1908-ci il tarixdə Məmmədəli şah rus kazaklarının köməyi ilə Tehranda əksinqilabi çevriliş həyata keçirdi. Milli Məclis dağıdıldı. Tehrandan sonra kazak və İran feodal atlı dəstələri Təbrizə hücum etdilər. Meydan çayının sağ sahili əksin­qilabçılarda, sol sahili inqilabçılarda qaldı. İnqilabi qüvvələr Təbrizin Əmirəxiz məhəlləsində Səttarxanın ətarafında cəmləş­dilər. 01 iyul 1908-ci ildə əksinqilabi qüvvələr Səttarxanın və Bağırxanın qüvvələrinə qarşı hücuma keçdilər. Şəhər mühasirəyə alındı.
İnqilabi qüvvələri təşkil etmək üçün “Hərbi Şura” yara­dıldı. Başçısı Səttarxan təyin olundu. 1908-ci ilin oktyabrında əksinqilabi qüvvələr Təbrizdən qovuldu. Bu qələbəyə görə xalq Səttarxanı “Sərdare - milli” (millət sərkərdəsi) və Bağırxanı “Salari-milli” adlan­dırdı. 1908-ci ilin noyabrından 1909-cu ilin yanvarınadək, Makudan savayı, bütün Cənubi Azərbaycan əksinqilabi qüvvələrdən təmizləndi. 1909-cu ilin yanvarından əksinqilabi qüvvələr hücuma keçdi. 1909-cu ilin aprelin 25-də Rusiya İrana qoşun yeritdi. Mücahidlər tərksilah edilməyə başlandı. 1909-cu ilin yayı Gilanda və İsfahanda inqilabi hərəkat genişləndi və iyulda Məmmədəli şah devrildi. Şah taxtına Sultan Əhməd çıxarıldı. Konstitusiya bərpa edildi. Danışıqlar aparmaq üçün Səttarxan və Bağırxan Tehrana dəvət olunub orada həbs edildilər. 1911-ci ilin deka­brında rus qoşunları Təbrizə hücum edib inqilabçılara divan tutdular. 1905-1911-ci illərin İran inqilabı Rusiya və İngiltərənin müdaxiləsi ilə yatırıldı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin