Azərbaycan tarixi


Cənubi Azərbaycan XX əsrin əvvəllərində



Yüklə 0,62 Mb.
səhifə191/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   187   188   189   190   191   192   193   194   ...   269
Azərbaycan tarixi mühazirə

17.5. Cənubi Azərbaycan XX əsrin əvvəllərində.


XX əsrin əvvəllərində Cənubi Azərbaycanda inqilabi hərəkat, Səttarxan. 1905-1907-ci illərdə Rusiyada baş verən xalq-demokratik inqilabı qonşu ölkələrə də təsirsiz ötüşmədi. 1905-ci ilin payızından inqilabi hərəkat İranda başladı.İnqilab həm İran despotizminə, həm də xarici müstəmləkəcilərə qarsı yönəlsə də, əsas məqsədi İranda şah reji­mini konstitusiyalı monarxiyaya çevirmək olan bu inqilab tarixə “məşrutə”, yəni konstitusiya uğrunda inqilab kimi düşmüşdür.Bütün dövrlərdə olduğu kimi, bu inqilab dövründə də İran cəmiyyətinin düşünən beyni,onu irəli aparan lokomotiv rolunu yenə də Cənubi Azərbaycan oynayırdı.
1905-1911-ci illər İran inqilabı iqtisadi, siyasi, sosial-mədəni səbəb­lərdən baş versə də, sosial-iqtisadi səbəblər əsas idi. XX əsrin əvvəllərində İranda kəndlilərin feodallar tərəfindən istismarı gücləndi, xarici kapital, əsasən Rusiya və İngiltərə İranda hegemonluq edirdi. Ölkənin Rusiya və İngiltərənin yarımmüs­təm­ləkəsinə cevrilməsi təhlü­kəsi yaran­mışdı. Vergilər ilbəil artırılırdı, möhtəkirlik baş alıb gedirdi, maliyyə sistemində böhran güclənmişdi. Bütün İranda oldugu kimi, Cənubi Azərbaycanda da narazılıq artırdı. Forma­laşmaqda olan yerli İran burjuaziyası xarici kapitala qarşı mübarizəyə qalxaraq ölkədə qanun-qayda yaradılmasını, xüsusi mülkiyyətin qorunmasını, ölkədə xarici kapitalın nüfu­zunun məhdudlasdırılmasını tələb edirdi. Bütün bunlar ölkədə sosial-iqtisadi, siyasi vəziyyəti dəyişmək uğrunda xalq inqilabının baş verməsinə sərait yaratdı.
İnqilab 1905-ci il 12 dekabrda Tehranda başladı.Ənənəvi olaraq ilkin mübarizə metodu kimi bazarlar bağlandı və tacirlər, sənətkarlar, burjua nümayəndələri, liberal ruhlu ruhanilər müqəddəs yerlərdə bəstə oturdular.Qəndin qiymətinin artmasına etiraz olaraq başlayan inqilabi hərəkat tezliklə İranın bütün böyük şəhərlərini-Təbrizi, Girmanı, Şirazı və başqa şəhərləri bürüdü.Məzmununa görə xalq inqilbı olan bu hərəkatda İran cəmiyyətinin bütün təbəqələri- burjua nüma­yəndələri, tacirlər, sənətkarlar, liberal ruhlu ruhanilər, fəhlələr və kəndlilər iştirak edirdilər.İnqilabın əsas tələbləri – məşrutənin (konsti­tusiyanın) qəbul edilməsi, milli məclisin çağırılması, xarici məmurların vəzifədən azad eilməsi və xarici kapitalın ölkədən qovulması idi.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin