Azərbaycan tarixi


Azərbaycan xanlıqlarının sosial – iqtisadi həyatı



Yüklə 0,62 Mb.
səhifə142/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   138   139   140   141   142   143   144   145   ...   269
Azərbaycan tarixi mühazirə

13.3. Azərbaycan xanlıqlarının sosial – iqtisadi həyatı


İqtisadi həyat. Xanlıqlarda əhalinin əksəriyyətinin əsas məş­ğuliyyəti əkinçilik və maldarlıq idi. Bu dövrdə ayrı- ayrı bölgələr bəzi təsərrüfat sahələri üzrə ixtisas­laşmışdılar. Qubada, Qarabağda, İrəvanda, Gəncədə, Şəkidə dənli bitgilər, Lən­kəran xanlığı və Şir­vanın Bərgüşad mahalında çəltik, Dərbənd, Quba , Bakı xanlıqlarında zəfəran, qızılboya bitkisi becərilirdi.
Xanlıqlar dövründə aqrar münasibətlərdə elə bir ciddi dəyikliklər baş verməmişdi. Əvvəlki torpaq mülkiyyət formaları qalmaqda idi. Dövlət və saray torpaqları birlikdə xan torpaqları adlandırılırdı. Mülk sahibləri öz mülklərinin tam sahibləri idilər. Tiyul xan tərəfindən ayrı-ayrı şəxslərə xidmət müqabilində verilən torpaqlar idi. Vəqf torpaqları məscid və mədrəsələrə məxsus idi.
Şəhərlər. Sənətkarlıq və ticarət. Xanlıqlar dövründə sənətkarlıq və ticarət xanlıqların paytaxtında və mərkəzi şəhərlərdə inkişaf edirdi. XVIII əsrin birinci yarısında dağılmış şəhərlər bərpa edildi, Pənahabad (Şuşa) kimi yeni şəhər yarandı. Şəhərlərin dirçəldiyini göstərən mühüm amillrdən biri onlarda əhalinin artması idi. Əhalisinə görə Təbriz Azərbaycanda yenə ən böyük şəhər idi. Burada toxuculuq, xüsusən xalçaçılıq inkişaf etmiş­di. Metaliş­ləmə sahəsində İsmayıllının Lahıc qəsəbəsi şöhrət qazan­mışdı.Quru karvan yolu və Volqa-Xəzər su yolu ilə ticarət əlaqələri saxlanılır, Hindistan, İran, Rusiya, Osmanlı və başqa dövlətlərlə ticarət işləri aparılırdı.
XVIII əsrin ikinci yarısında Azərbayanın özünəməxsus pul sistemi var idi. Xan­lıqların mərkəzi şəhərlərində zərbxanalar fəaliyyət göstərirdi. Burada mis və gümüş pullar kəsilirdi. Əsas pul vahidləri abbası, tümən, şahi və s. idi.
Sosial zümrələr. Xanlıqlarda hakim zümrəyə xanlar, sultanlar, məliklər, bəylər, ağalar, elat başcıları, qolbəyilər, maaflar daxil idilər.
Kəndlilər cəmiyyətin əsas istismar olunan və əsas istehsalçı təbə­qəsi idi. Onlar hüquqi və mülki vəziyyətinə görə rəiyyət, rəncbər, elat və s. bölünürdülər. Rəiyyət kəndlilər divan, mülk və vəqf torpaq­larında çalışırdılar. Onların müəyyən hissəsinin kiçik torpaq payı da var idi. Dövlət torpağında çalışan rəiyyətin vəziyyəti mülk torpağında çalışan­ların vəziyyətinə nisbətən yüngül idi. Torpağı olmayan kəndli rəncbər adlanırdı və onlar hakim zümrənin torpağında çalışır, əldə edilən məh­sulun çox az bir hissəsi onlara çatırdı.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin