Azərbaycan tarixi


Eramızdan əvvəl IV-II minil­liklərdə Azərbaycan ərazi­sində tay­fa birləşmələri, ilk döv­lət qurumları



Yüklə 0,62 Mb.
səhifə16/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   12   13   14   15   16   17   18   19   ...   269
Azərbaycan tarixi mühazirə

2.1.Eramızdan əvvəl IV-II minil­liklərdə Azərbaycan ərazi­sində tay­fa birləşmələri, ilk döv­lət qurumları.


Azərbaycan ərazisində ən qədim soylar. Soy dedikdə bir neçə tayfa­nın(nəslin) bir­ləş­məsi nəzərdə tutulur. Xüsusi mülkiyyətin yaran­ması ilə soy daxilində parçalanma getmiş və o ayrı-ayrı tayfalara bölün­müşdür. Dəmir alətlərdən istifadə təsər­rüfatda əmək məhsul­darlığının artmasına gətirdi və icma təsərrüfatı ayrı-ayrı şəxsi təsər­rüfatlara bölün­dü. Tayfa daxilində sosial təbəqələşmə başladı. Yüzmin illərlə mövcud olan qəbilə icması qonşuluq icması ilə əvəz olundu. Nəticədə, müxtəlif səbəblərdən (iqlim şəraiti, torpağın keyfiyyəti, ailə üzvlərinin sayı və s.) təsərrüfatların inkişaf səviyyəsində bəra­bərsizlik yarandı. Beləliklə tayfa üzvləri arasında əmlak bərabərsizliyi yarandı ki, bu da idarə orqanlarının, güc strukturlarının yaranmasına, bir sözlə dövlətin yaranmasına gətirdi.
Dövlətin yaranması prosesi heç də bütün xalqlarda eyni vaxtda baş verməmişdir. Məsələn, şərqi slavyan xalqlarında (rus, ukrayna, belarus) bu proses eramızın VIII – IX əsrlərində baş vermişsə, Azərbaycan ərazi­sində dövlət qurumlarının yaranma prosesi artıq e.ə. III minillikdə başlamışdır ki, bu da həm Azərbaycanın münbit, əlverişli iqlim şəraiti ilə, həm də onun qonşuluğunda Şumer sivilizasiyasının mövcudluğu ilə izah olunur.
İlk Tayfa ittifaqları. Sinifli cəmiyyət Azərbaycanın bütün ərazi­sində eyni vaxtda yaranmamışdı. Azərbaycanın cənubunda sinifli cəmiyyət e.ə. IV minilliyin sonu - III minil­liyin əvvəllərində meydana gəl­­mişdi. Bunun səbəbi Cənubi Azərbaycan ərazilərinin inkişaf etmiş Mesopotamiya ilə qonşuluqda olması, onunla siyasi, iqtisadi və mədəni sahədə əlaqələr qurması idi. Azərbaycanın şərq və şimal hissələri bu ölkədən və onun təsirindən uzaq olduğuna görə burada sinifli cəmiyyət və dövlət qurumları gec yaranmışdır.
E.ə. III-II minilliklərdə Azərbaycanın cənubunda Urmiya gölü hövzəsində lullubi, kuti, su, turukki, şimalında Mil-Qara­bağda qarqar, Naxçı­van ərazisində naxçe tayfaları yaşamışlar. Azərbaycanın cənu­bundakı tayfalar haqqında ilk yazı məlumat Şumer və Akkad mixi yazı­la­rındadır. Lullubi, su, turukki tayfaları Urmiya gölünün cənubunda, kutilər isə gölün qərbində məskun­laşmışdılar. Su və turukkilər lullubi tayfa ittifaqına daxil idilər.
E.ə. III minilliyə aid Şumer və Akkad mixi yazılarında Aərbaycan ərazisində yaşayan qədim soyların adları göstərilir. Azərbaycanda mövcud olmuş ən qədim soylar kimi lullubi, su, kuti, turukki tayfalarını göstərmək olar. Bu tayfalar Cənubi Azərbaycanın Urmiya gölünün hövzəsində, Sumer və Akkadın qonşuluğunda yaşayırdılar. E. ə. III minil­likdə bu soylar Azər­baycan ərazisində Aratta, Lullubi, Kuti, Turuk­kum kimi dövlət qurumları yaratmışlar.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin