Zorakı kollektivləşdirmə və onun nəticələri. Bolşeviklərin ikinci iqtisadi islahatı kənd təsərrüfatının kollektivləşdirılməsi idi. Kollektivləşdirmədə tələsikliyə yol verilməsi, zorakılıq, yerli, tarixi, milli xüsusiyyətlərin nəzərə alınmaması nəticəsində tariximizə əzablı və dəhşətli dövr kimi daxil oldu. Kollektiv təsərrüfatlar 1920-cı ilin yayndan yaradılmağa başladı, Hələ 1920-ci ildə ölkədə çörək böhranı başlandı, 1929-cu ildə ərzaq payı (kartoçka) sistemi yenidən tətbiq edildi.
Mərkəz Azərbaycanda kollektivləşməni 1933-cü ilin yazına qədər təxirə salmışdı. Lakin Azərbaycan rəhbərliyi 1930-cu ilin yazına kimi kollektivləşməni başa çatdırmağı qərara aldı. 1930-cu ildə Azərbaycanda həyata keçirilən kollektivləşmənin mahiyyəti kənddə çoxukladlılığı və xırda kəndli təsərrüfatını məcburi ləğv etmək idi. Kollektivləşmənin gedişində qolçomaqlara və onların tərəfdarlarına divan tııtulurdu. 1928-ci ilə kimi sovet dövləti qolçomaqları məhdudlaşdırmaq siyasəti yeridirdi: qolçomaqlar üzərinə yüksək vergi qoyuldu, artıq taxıl zorla müsadirə edilirdi, onların öz torpağını, texnikasını icarəyə vermək hüququ məhdudlaşdırılırdı. 1930-cu ildən kütləvi kolxoz hərəkatına başlandıqdan sonra elliklə kollektivləşmə əsasında qolçomaqları bir sinif kimi ləğv etmək siyasətinə keçildi. Respublikada minlərlə qolçomaq ailəsinə qanunsuz divan tutuldu.
1930-cu ildə kollektivləşdirmə xəttinin həyata keçirilməsinə başlandı. Kollektiv təsərrüfatlar üç formada yaradılırdı:1) TOZ-lar (Tovarişestvo obrabotki zemli - torpağı birgə becərmə birliyi). Azərbaycanda 1930-cu ildə kollektivləşmə zamanı yaradılmışdı. «Torpağı birgə becərmə birlikləri»ndə kəndlilər birlikdə ancaq torpağı əkib becərməni həyata keçirirdilər; 2) kommunalardaistehsal, hətta məişət ən yüksək səviyyədə ümumiləşdirilirdi. Yaranmış kommunalar uzun müddət fəaliyyət göstərə bilmədi; 3) kənd təsərrüfatının kollektivləşdirilməsinin əsas formalarndan biri kənd təsərrüfatı artelləri idi. Kollektiviəşdirmə dövründə əsas istehsal vasitələrinin, yəni torpaq, avadanlıq, iş heyvanları və sairənin ümumiləşdirilməsi artel adlanırdı. Kənd təsərrüfatının əsas formalarından biri olan artelllər daha geniş yayılmışdı. Azərbaycanda kollektivləşmənin daha sürətlə getdiyi sahə pambıqçılıq idi.1930-cu ildən başlayaraq elliklə kollektivləşmə həyata keçirildiyi rayonlarda torpağm icarəyə verilməsi və muzdlu əməkdən istifadə qadağan olundu. 1930-cu ilin yazında Bərdə və Qasım İsmayılov (Goranboy) rayonlarında ilk maşın - traktor stansiyaları (MTS) yaradıldı.
1937-ci ildə Azərbaycan kəndində kolxoz quruculuğu tam həyata keçirildi. Həmin il bütün kəndli təsərrüfatlarının 86,5 faizi, əkin sahələrinin 93.5 faizi kolxozlarda birləşdirilmişdi.Azərbaycanda kollektivləşmənin gedişində kobud səhvlər və zorakılıqlar baş alıb getdi. Bu isə kolxoz hərəkatına qarşı mübarizəni gücləndirdi. 1930-cu ildə sovet və partiya orqanlarına qarşı üsyanlar baş verdi. Nuxa-Zaqatala üsyançıları - yoxsullar, varlılar, hətta kommunistlər hakimiyyəti iki həftə ələ aldılar. Üsyan amansızlıqla yatırıldı. Eyni hadisə həmin il Naxçıvanda, Gəncənin Bitdili kəndində baş verdi, hökumət qoşunu ilə yoxsullar arasında toqquşma oldu.
Kolxoz quruluşu sosial-iqtisadi cəhətdən qüsurlara malik idi. 1950-ci illərə qədər pasportu olmayan kəndlilər işlədikləri təsərrüfatdan kənara gedə bılməzdilər.