Azərbaycan tarixi


Cənubi Azərbaycan 1920-1930-cu illərdə



Yüklə 0,62 Mb.
səhifə222/269
tarix31.05.2022
ölçüsü0,62 Mb.
#116443
1   ...   218   219   220   221   222   223   224   225   ...   269
Azərbaycan tarixi mühazirə

19.6. Cənubi Azərbaycan 1920-1930-cu illərdə.

1920-ci ildə Ş.M.Xiyabani üsyanı yatırıldıqdan sonra demokratik hərəkatı canlan­dırmaq üçün təşəbbüslər edildi. 1921-ci ildə Xiyabaninin ölümünün ildönümü münasibətilə mitinq keçirildi. Azərbaycan Demokratik Firqəsinin Təbriz təşkilatının gizli konfransı oldu və 9 nəfərdən ibarət yeni Komitə seçildi. 1922-ci ilin sentyabrında Cənubi Azərbaycanda yerləşən jandarm hissələri mayor Lahutinin başçılığı ilə mərkəzi hökumətə qarşı üsyan qaldırdı. Demokratların bir hisssı də onlara qoşuldu.


Cənubi Azərbaycan demokratları məğlub olandan sonra ölkəni böhrandan çıxarmaq təşəbbüsünü varlı təbəqə ələ keçirdi. 1921-ci ilin fevralında İranda dövlət çevrilişi baş verdi. Polkovnik Rza xan hərbi nazir oldu. 1923-cü ildə isə baş nazir vəzifəsini tutdu. O, Azərbaycanda iri feodalların və tayfa başçılarının bir hissəsini məhv etdi. Cənubi Azər­baycanda hakim siniflər öz mövqelərini möhkəmləndirmək üçün Rza xanı müdafiə etdilər. 1924-cü ildə yeni parlament seçildi. Parlament 1925-ci ildə Qacarlar sülaləsini devrilmiş elan etdi. Həmin ilin dekabrında Müəssislər Məclisi Rza xanı Pəhləvi soyadı ilə şah seçdi.
1920-ci illərin ikinci yarısı və 1930-cu illərdə Rza şah Pəhləvinin həyata keçirdiyi iqtisadi, siyasi, inzibati və mədəni islahatlar dövləti xeyli möhkəmləndirdi. İranın xarici ölkələrdən asılılığı azaldı. Lakin bu islahatlar xalqın ehtiyaclarını nəzərə almırdı. Ölkədə baş vermiş iqtisadi siyasi və mədəni irəliləyiş 1930-cu illərin sonuna yaxın durğunluq və irtica ilə əvəz olıındu.
1930-cu illərdə əmək münasibətlərini tənzimləyən qanunlar qəbul edildi və bu qanunlar kağız üzərində qaldı. Fəhlələr rəsmən həmkarlar təşkilatında birləşə bilərdilər. Lakin hökumət həmkarlar təşkilatını təqib etdi və onun açıq fəaliyyətini dayandırdı.
Birinci Dünya müharibəsindən sonra Cənubi Azərbaycanın iqtisadiyyatı qısa müd­dətdə bərpa olundu. Cənubi Azərbaycan İranın tərkibində kənd təsərrüfatı məhsulu bazası kimi qaldı. Rza şah rejiminin təsiri nəticəsində Cənubi Azərbaycanın iqtisadi inkişaf sürəti İranın digər rayonlarına nisbətən getdikcə gerilədi. 1930-cu illərin əvvəllərindən başlayan İran-SSRİ, o cümlədən Cənubi Azərbaycanla Azərbaycan SSR arasında iqtsadi əlaqələr zəiflədi. 1929-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı nəticəsində SSRİ ilə İran arasında iqtisadi əlaqələr zəiflədi ki, bu da birinci növbədə Cənubi Azərbaycanın kənd təsərrü­fatına zərbə vurdu. 1920-1930-cu illərdə Rza şah Pəhləvinin apardığı iqtisadi siyasət Cənubi Azərbaycanın kənd təsərrüfatı regionuna çevrilməsinə, sənaye inkişafının mərkəzlərini farsların yaşadığı region­lara köçürürülməsinə yönəlmişdi. Bu səbəbdən Cənubi Azərbaycanda sənayedə daha çox əl əməyinə əsaslanan xırda sənət emalatxanaları çoxluq təşkil edirdi. Təbriz, Zəncan və Ərəbildə toxuculuq, yun, iplik, kibrit fabrikləri və şəkər zavodları fəaliyyət göstərirdi. Ancaq sənaye müəssisələrinin sayının yetərincə olmaması səbəbindən Cənubi Azərbaycan xammalı İranın digər regionlarındakı sənaye müəssisə­lərinə daşınırdı və bu proses sonrakı onilliklərdə də davam etmişdir. Kənd təsərrüfatı sahəsində aparılan islahatlar nəticəsində yerli azərbaycanlı mülkədarların ağalığı bir qədər məhdudlaşdırıldı və bu ağalıq mərkəzi hökumət məmurlarının əlinə keçdi. Kənddə sosial təbəqələşmə daha da gücləndi. Sərhədlər bağlandığına görə, Şimali Azərbaycan, Mərkəzi Asiya və Qafqaza işləməyə gedə bilməyən, torpaqsız qalan kəndlilər iş dalınca şəhərlərə axışdılar. Bu isə şəhərlərdə işsizlərin sayının artmasına gətirib çıxardı.
Rza şah Pəhləvinin apardığı islahatlar feodal hərc-mərcliyinə, özbaşınalığa son qoysa da, mahiyyət etibarı ilə fars şovinizminin maraqlarına xidmət edirdi. 1920-1930-cu illərdə dövlət səviyyəsində zorla farslaşdırma siyasəti həyata keçirilmişdir və bu mürtəce siyasət ilk növbədə o dövrdə İran əhalisinin yarısını təşkil edən Azərbaycan türklərinə qarşı yönəlmişdir. Tarixi ədəbiyyatda paniranizm adlanan bu siyasət farsların qatı millətçi hissəsinin şovinist nəzəriyyəsi, ayrı-seçkilik ieologiyasıdır və bu gün də davam etməkdədir. Paniranizm ideologiya­sının ən fəal təbliğatçıları Şəfəq Rzazadə və Seyid Əhməd Kəsrəvi kimi ziyalılar idi. Onlar öz əsərlərində sübut etməyə çalışırdılar ki, guya Cənubi Azərbaycan türk əhalisi əslində fars mənşəlidir və səfəvilər dövründə qılınc gücünə türkləşdirilmişlər. Dolayı yolla, Azərbaycan türk əhalisinə guya öz həqiqi soy kökünə, irançılığa qayıtmaq təbliğ olunurdu. Bu siyasətin nəticəsi olaraq azərbaycanlılara ana dilində təhsil almaq, qəzet və jurnallar nəşr etdirmək, hətta ictimai yerlərdə, dövlət müəssisələrində ana dili-türk dilində danışmaq qadağan olunmuşdur. Rza şah Pəhləvinin farslaşdırma siyasəti azərbaycanlılara tarixini, mədəniyyətini unutdurmağa yönəlsə də, bu siyasət əks nəticə verdi: Azərbaycan türklərinin milli şüur və öznüdərketməsi gücləndi, onlar XX əsrin 40-cı illərinə formalaşmış milli şurla daxil oldular.

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   269




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin