Azərbaycan texnologiya universiteti Tələbə-Eldarlı Özal



Yüklə 229,31 Kb.
səhifə1/6
tarix01.01.2022
ölçüsü229,31 Kb.
#106885
  1   2   3   4   5   6
Sərbəst İş 3 (Ünsiyyət)


AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ 

Tələbə-Eldarlı Özal 

Müəllim-Mustafayeva Mətanət 

İxtisas-İnformasiya Texnologiyaları. 

Qrup-4120a 

Kurs-1 

Mövzu-  Ünsiyyət. Ünsiyyətin formaları. Peşəkar ünsiyyətin əsas cəhətləri.

Gündəlik həyatda biz müxtəlif şəraitlərdə və müxtəlif insanlarla ünsiyyətdə oluruq. İnsanlar arasında qarşılıqlı məlumat mübadiləsinə ünsiyyət deyilir. Ünsiyyət zamanı biz başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq. Ünsiyyət nitq vasitəsi ilə baş verir. Biz başqalarını dinləyir, onların yazdıqlarını oxuyur, öz fikirlərimizi yazırıq və danışmaqla ifadə edirik. Deməli, ünsiyyət zamanı dörd nitq



Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edır. Ünsiyyət formal qeyri-formal xarakter daşıya bilər. Formal ünsiyyət hər kəsin müəyyən bir təşkilatda, müəssisədə olan rəsmi statusu ilə şərtlənən ünsiyyətidir. Məsələn, rəhbər-işçi münasibəti. Qeyri-formal ünsiyyət isə şəxsi xarakter daşıyır, əlverişli şərait olduqda öz-özünə təşəkkül edir. Məsələn, bir müəssisədə işləyən 70 nəfərin hamısının yalnız formal ünsiyyətdə olduğunu düşünmək düzgün deyil. Bu işçilərlə yaxından tanış olduqda onların bir çoxunun asudə vaxtlarını birlikdə keçirdiklərini və hətta fürsət düşdükdə ailə mərasimlərində də birlikdə iştirak etdiklərini görmək olar. Formal və qeyri-formal ünsiyyətlər adətən bir-birini üzvi şəkildə tamamlayır və kollektivin iş həyatını da səmərəli edir.



Ünsiyyət mədəniyyətinin əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Ünsiyyət mədəniyyəti insan münasibətlərinin daxili gözəlliyində öz ifadəsini tapır. Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabilini dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə, ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə şərik olmaq – bunlar ünsiyyətin əlifbasıdır. Hamı bu əlifbanı öyrənməli, mənimsəməlidir.



  • Peşəkar ünsiyyətin əsas cəhətləri

Eyni sahədə çalışanların ünsiyyəti geniş mənada ünsiyyətdən fərqli olaraq ünsiyyət prosesində məqsəd və öz həllini tələb edən konkret vəzifələr irəli sürür. Peşəkar ünsiyyət zamanı tərəf müqabili ilə əlaqələri kəsmək mümkün deyil. Bu ünsiyyət nəinki insanların təşkilat daxilində, iş vaxtında həyata keçirilən qarşılıqlı fəaliyyətini, eləcə də muzdlu işçilərin və fərdi işə götürənlərin qarşılıqlı fəaliyyətini əhatə edir, təkcə iş yeri daxilində deyil, ən müxtəlif işgüzar qəbullarda, seminarlarda, sərgilərdə və s. baş verir. Bu zaman tərəfdaşların hər birinin statusu müəyyən edilir. Məsələn, həmkarlar, rəhbər və tabeçiliyində olan şəxslər, müştəri, biznes tərəfdaşları və s. Peşəkar ünsiyyəti şəxsin iş yoldaşı haqqındakı təsəvvürləri də müəyyən edir. Bu zaman həmkarının şəxsi keyfiyyətləri ilə birgə onun işə yanaşması, motivləri və s. da aydınlaşdırılır. Bu iki cəhət (ictimai münasibətlərin xarakteri və iş yoldaşı haqqında təsəvvürlər) birlikdə peşəkar ünsiyyət prosesini müəyyən edir. Peşəkar ünsiyyət prosesində ünsiyyət iştirakçılarının işə yanaşmasının eyni olması onun səmərəli olmasının mühüm şərtidir.

Belə olduqda adamlar birgə qərar qəbul edir və onu həyata keçirmək üçün fəaliyyətə başlayırlar. Peşəkar ünsiyyət müxtəlif formalarda ola bilər: mübahisə, diskussiya, polemika, işgüzar söhbət, peşəkar danışıqlar, müşavirə, kütlə qarşısında çıxış, telefon danışıqları, işgüzar məktublaşma və s.





  • Ünsiyyət üsulları

Peşəkar ünsiyyət müxtəlif formalarda ola bilər: mübahisə, müzakirə, polemika, işgüzar söhbət, peşəkar danişiqlar, müşavirə. Kütlə qarşısında çıxış, telefon danışıqları, işgüzar məktublaşma və s.




Yüklə 229,31 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin