GİZLİ MİKROFON (candid microphone) – Bax: G i z l i k a m e r a.
GİZLİ REKLAM (candid advertisement) – Reklam məqsədi güdən, lakin reklam kimi açıq elan olunmayan görüntülər, ayrıca süjet, subtitr və s.
GORHER (gorher)– Kompüterdə menyu sistemi vasitəsilə mətn fayllarının axtarışı və ötürülməsi üsullarından biri. G. protokolu və onun proqram təminatı informasiyanın harada yerləşməsini bilmədən istifadəçiyə informasiya resursları ilə işləməyə imkan verir.
GÖRÜNMƏ (vision)– Obyektin, yaxud hadisənin qavrayışında saxtalıq anını ifadə edən anlayış. G.-nin iki mənbəyi var. Bir tərəfdən, hadisə səviyyəsində olan predmet, yaxud prosesin obyektiv xassələrinin məcmusu, digər tərəfdən, bu xassələrin subyekt tərəfindən izahı üsulu, yaxud onlar haqqında məlumatın alınması prosesində dəyişdirilməsidir.