GİZLİ KAMERA (candid camera) – 1) Sənədli filmdə (bəzən verilişdə) təbiiliyə nail olmaq məqsədi ilə hadisənin və ya müsahibin kameranın hiss edilmədiyi şəraitdə çəkilməsi; 2) Vacib və mühüm şəraitin başqa variantlarda işıqlandırılması mümkün olmadıqda tətbiq edilən üsul. Burada söhbət sənədləşdirilməsi və birbaşa ifşası mümkün olmayan cinayət hadisələri və irimiqyaslı maxinasiyalardan gedir. Jurnalistlər G.k.-dan yalnız çıxılmaz şəraitlərdə istifadə edirlər. G.k.-nın tətbiqi özlüyündə məqsəd, yaxud material üzərində işin dramaturji forması ola bilməz. Bir çox ölkələrdə qəbul olunmuş qanuna görə, G.k. ilə çəkilmiş görüntüdən və gizli mikrofonla yazılmış lentdən istifadə şəxsiyyətin toxunulmazlığı prinsipinə xələl gətirə bilməz; 3) Amerikanın XX əsrin 60-cı illərində Avropada geniş yayılan sənədli TV seriyası. Bu serialların çəkilişi zamanı gizli kameralardan və mikrofonlardan istifadə edilirdi.