GÖRÜNMƏZ ŞÜALARDA KİNOÇƏKİLİŞ (invisible ray shooting) – Spektrin görünməz şüalarının (ultrabənövşəyi, infraqırmızı, qamma-şüaların, rentgen şüalarının və s.) fotoqrafik təsirinə əsaslanan kinoçəkiliş üsulları. Bu üsullarla çəkilişlər obyektlərin adi gözlə, yaxud adi kinoçəkilişlə üzə çıxarılması mümkün olmayan detallarını, rənglərini və materiallarını aşkar etməyə imkan verir.
GÖRÜNTÜNÜN SÜNİ DƏYİŞKƏNLİYİ (solarisation)– Videotəsvirin xüsusi effektlərlə açıq rənglərin əksəriyyət təşkil etdiyi romantik bir şəkildə verilməsi.