Азярбайъан шифащи халг ядябиййатына даир тядгигляр ●



Yüklə 1,4 Mb.
səhifə19/91
tarix01.01.2022
ölçüsü1,4 Mb.
#103165
1   ...   15   16   17   18   19   20   21   22   ...   91
Oηar M.Füzulidə “sağaltmaq, yaxşılamaq”, Yunis İmrədə “islah et­mək, yaxşılaşdırmaq, yoluna qoymaq” mənalarında işlənmişdir (6, 90-91).

Q.Bağırov yazır: “...onar – ön+ər felinin özülü sayılan on, ön, un, onq kökü hər dilin daxili qanuni inkişafına əsasən bəzi fonetik dəyişikliyə məruz qalmasına baxmayaraq (oöu; nqηn), bir omonim söz kimi əsas məna çalarları etibarı ilə bir-birinə yaxın mənaların (sağaltmaq; dirçəltmək; islah etmək, düzəltmək, avand olmaq (iş), bərpa etmək və s. mənaların) ifadəsinə xidmət etmişdir. On//ön felinin keçər-keçməzliyi də ta qədimdən belə müvafiq şəkilçilər ilə (ar//ər; il; qıl; ül) formalaşıb gəlmişdir (6, 91). Oηar qədim türk dilində “sağalmaq, yaxşılaşmaq” mənasında işlənmişdir (22, 368) və bu söz öη sözü əsasında yaranmışdır. Qədim türk dilində öη “sağalmaq, yaxşılaşmaq” (uluçşitğsə, popravlətğsə) mənasını bildirir (22, s. 367).

E.Əzizov öηəlmək sözünün “yaxşılaşdırmaq, sağalmağa başlamaq” mənasını bildirdiyini və “öηəl” sözü ilə “öηər” sözünün eyni mənalı söz olduğunu göstərir.

Fikrinin davamı kimi qeyd edir ki, öηəl// öηər feli eyni mənada (yax­şı­laşdırmaq, sağalmağa başlamaq – İ.B) Azərbaycan dilinin Tovuz, Xanlar ( Göygöl – İ.B) və Kəlbəcər şivələrində işlənir (10, 252).

Ə.Tanrıverdi oηmaz sözünün işlənməsi, etimologiyası üzərində dayanır və qeyd edir ki, oηmaz “Kitabi-Dədə Qorqud” dastanında “düzəl­məz” mənasında işlənmişdir. Fikrini təsdiq üçün dastandan “Allah-allah diməyincə işlər oηmaz” cümləsini nümunə kimi göstərir (18, 270). Ə.Tan­rı­verdi həmin sözü öηarmaz sözünün fonetik variantı hesab edir. O, Q.Bağırovun öηar feli ilə bağlı etimoloji təhlilinə istinad edərək yazır ki, “Dastan”dakı “öηmaz” sözü “öηarmaz” felinin dəyişikliyə uğramış şəklidir – fikrinə gəlmək mümkündür. Lakin “Dastan”da “öηmaz” və “öηəlmək” sözlərinin paralel işlənməsi (oη// öη) “onmaz” sözünə başqa istiqamətdən yanaşmağı tələb edir. Qeyd edək ki, həmin paralellik qərb ləhcəsində eynilə saxlanmışdır.

Belə ki, qərb ləhcəsində “öηalmaq” (Uşağın işdəri oηalmer) və “öηəlmək” (Yeηi-yeηi öηəler) sözləri qədim forma və mənasına uyğun işlənir. Qərb ləhcəsində “öηalmaq” sözü qeyri-qəti gələcək zamanın inkarında işlədilərkən (2-ci və 3-cü şəxslərdə) “öηalmaz” formasına düşür. Bu mənada “Dastan”dakı “öηmaz” sözü “öηnalmaz” felinin fonetik dəyi­şikliyə uğramış şəklidir fikri real görünür (“al” heca düşümü mümkündür) (18, 271).

Qərbi Azərbaycanın Çəmbərək şivəsində öηarmaq sözü işlənir və bu söz “düzəlmək, işi düz gətirmək” mənasında işlənir (7, 291).

Yuxarıda qeyd olunanları ümumiləşdirərək bu qənaətə gəlirik ki, “Kitabi-Dədə Qorqud” dastanındakı

Qara tonlu kafərə at dəpərəm,

İşümi sən öηar! – dedi cümləsinin (şeir parçasındakı misrada) işlən­miş öηar “düzəlmək, işi gətirmək” mənasında işlənmişdir. Məhz buna görə də həmin cümlə müasir Azərbaycan dilinə uyğunlaşdırılarkən öηar “düzəlt” kimi verilməli və həmin misra

Qara donlu kafərə qarşı at çaparam,

İşimi sən düzəlt! – dedi

formasında uyğunlaşdırılmalıdır.

“Kitabi-Dədə Qorqud”da işlənmiş hər bir söz dilimizin tarixini əks etdirir, onun mükəmməlliyini, incə mətləbləri ifadə etmə gücünə malik olduğunu göstərir. Bu sözlərin böyük əksəriyyəti müasir dildə ya olduğu kimi, ya da müəyyən fonetik dəyişikliyə uğramaqla işlədilir. Dastanda işlənmiş sözlərin bir hissəsi isə dialekt və şivələrimizdə qalır və bu gündə istifadə edilir. “Kitabi-Dədə Qorqud” dastanı müasirləşdirilərkən dilimizin qədimliyini saxlamaqla yanaşı, dialekt və şivələrimizdə işlənən sözlərdən və yaxud həmin sözün müasir Azərbaycan dilində işlənən qarşılığından düz­gün istifadə etmək lazımdır. Məhz bunun sayəsində “Kitabi-Dədə Qorqud” dastanının orijinal mətnindəki məzmununun tam mənim­sənil­məsi, anlaşılması təmin oluna bilər.



Yüklə 1,4 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin