Azərbaycan Tibb Universiteti
Bioloji kimya kafedrası
Fənni üzrə
İşçi tədris proqramı
(sillabus)
|
“Təsdiq edirəm”
Bioloji kimya kafedrasının müdiri
prof. Əzizova G.İ.
________________________
|
SİLLABUS
Statik biokimyadan mühazirə və laborator məşqələlərinin təqvim-mövzu planları. dərslərə, kollokviumlara və imtahana hazırlaşmaq üçün suallar. statik biokimyadan PREZENTASIya mövzularI
Fənnin kodu:
|
2406.02
|
Fənnin növü:
|
Məcburi
|
Fənnin tədris semestri:
|
III, IV (müalicə-profilaktika, ictimai səhiyyə, hərbi-tibb, stomatologiya, fakültələri)
IV,VI (əczaçılıq fakültəsi)
|
Fənnin krediti:
|
4
|
Fənnin tədris forması:
|
əyani
|
Fənnin tədris dili:
|
Azərbaycan, rus, ingilis
|
Fənni tədris edən müəllimlər:
|
Bioloji kimya kafedrasının professor-müəllim heyəti
______________________________
|
Kafedranın əlaqə nömrəsi:
|
(012)440 80 77
|
E.mail:
|
biochemistry@amu.edu.az
|
BAKI – 2019
Proqram bioloji kimya kafedrasının əməkdaşları – dos. Ş.İ.Həsənova, baş müəl. S.R.Quliyeva, ass. E.E.Hüseynova tərəfindən hazırlanmışdır (kafedra müdiri, prof. G.İ.Əzizovanın ümumi redaktəsi ilə).
Proqram II kurs müalicə-profilaktika, hərbi-tibb, ictimai səhiyyə, stomatologiya və III kurs əczaçılıq fakültələrinin tələbələri üçündür.
2019/2020-ci tədris ilinin payız semestrində II kurs müalicə-profilaktika, hərbi-tibb, stomatologiya, ictimai səhiyyə və III kurs əczaçılıq fakültələrinin tələbələri üçün statik biokimyadan laboratoriya məşğələlərinin təqvim-mövzu planı
№
|
Məşğələlərin mövzusu
|
Prak-tikum, 2010
|
1
|
2
|
3
|
|
Qrupla, daxili-nizam intizamla və təhlükəsizlik texnikası qaydaları ilə tanışlıq. Orqanizmin kimyəvi tərkibi haqqında ümumi məlumat, aminturşuların struktur xüsusiyyətləri – 4 s.
|
|
|
Aminturşuların və zülalların quruluşu, fiziki-kimyəvi xassələri – 4 s.
Lab. işi: Aminturşu və zülallara aid rəngli və çökmə reaksiyaları. Zülalların izoelektrik nöqtəsinin təyini.
|
8-13
16-25
|
|
Sadə zülallar. Bioloji aktiv peptidlər – 2 s.
Lab. işi: Biuret üsulu ilə qan serumunda miqdarı ümumi zülalın təyini. Qan serumunda albuminlərin miqdarı təyini.
|
61-63
65-66
74-76
|
|
Mürəkkəb zülallar, nümayəndələri və əhəmiyyəti – 4 s.
Lab. işi: Fosfo-, qliko-, xromoproteinlərə aid reaksiyalar.
|
37-40
|
|
Nuklein turşularının struktur xüsusiyyətləri. Matris biosintezi – 4 s.
Lab. işi: Nukleoproteinlərin hidrolizi.
|
44-45
|
|
Kollokvium: Aminturşuların, sadə və mürəkkəb zülalların, nuklein turşularının biokimyəvi xüsusiyyətləri – 4 s.
|
|
|
Fermentlərin quruluşu, xassələri, təsir mexanizmi. – 4 s.
Lab. işi: Fermentlərin termolabilliyi, spesifikliyi və fermentlərin aktivliyinə optimum pH-ın təsiri.
|
179-184
|
|
Fermentlərin və kofermentlərin təsnifatı, aktivliyinin tənzimedilmə yolları. Fermentlərin aktivlik vahidləri – 2 s.
Lab. işi: Amilazanın fəallığına aktivator və inhibitorların təsiri. Xolinesteraza fermentinin prozerinlə inaktivləşməsi.
|
186-187
|
|
Enzim-vitaminlər – suda həll olan B qrupu vitaminləri, struktur-biokimyəvi xüsusiyyətləri və funksiyaları. C vitamini, strukturu, antioksidant funksiyası – 4 s.
Lab. işi: B1, B2, B5, B6, C vitaminlərə aid reaksiyalar.
|
195-203
|
|
Kollokvium: Fermentlər və suda həll olan vitaminlərin struktur- biokimyəvi xüsusiyyətləri – 2 s.
|
|
|
Hormonların struktur-biokimyəvi xüsusiyyətləri: ümumi anlayış, təsnifat növləri, sintezinin və sekresiyasının tənzimi. Hormonların təsir mexanizmi. Bəzi hormonların biokimyəvi xüsusiyyətlərı – 4 s.
Lab. işi: Adrenalin, insulin və tiroksinə aid reaksiyalar.
|
209-213
218
|
|
Steroid hormonların və yağda həll olan vitaminlərin biokimyəvi xüsusiyyətlərı – 2 s.
|
|
|
Kollokvium: Hormonlar və yağda həll olan vitaminlər – 4 s.
|
|
|
Karbohidratların və lipidlərin biokimyəvi xarakteristikası – 4 s.
Lab. işi: Karbohidratlara aid reaksiyalar. Yağların emulsiyalaşdırılması. Öd turşularının təyini. Xolesterinə aid keyfiyyət reaksiyaları.
|
79-82
128-130
|
|
Yekun dərs. Semestr ballarının hesablanması – 2 s.
|
|
Cəmi: 50 saat
2019/2020-ci tədris ilinin payız semestrində II kurs müalicə-
profilaktika, hərbi-tibb, stomatologiya, ictimai səhiyyə və
III kurs əczaçılıq fakültələrinin tələbələri üçün statik
biokimyadan mühazirələrin təqvim-mövzu planı
№
| Mühazirələrin mövzusu |
Sa-at
|
1
|
Biokimya fənni, məqsədi və vəzifələri, perspektivləri, qısa inkişaf tarixi və tibbdə rolu. Həyatın əsası olan zülalların fiziki-kimyəvi xassələri, struktur xüsusiyyətləri,
|
2
|
2
|
Zülalların müxtəlifliyi. Hemoqlobin, heterogenliyinin növləri, kooperativlik effekti. İmmunqlobulinlər. Nuklein turşularının növlərinin struktur xüsusiyyətləri. Matris biosintezi: replikasiya, transkripsiya.
|
2
|
3
|
Zülalların biosintezi, mərhələləri, tənzimi, zülalların foldinqi. Şaperonların iştirakı. Ferrmentlərin biokimyəvi xüsusiyyətləri: kimyəvi təbiəti, xassələri, təsir mexanizmi, tənzimedilmə yolları.
|
2
|
4
|
Ferment və kofermentlərin təsnifatı. Suda həll olan vitaminlərin struktur biokimyəvi xüsusiyyətləri. Tibbdə fermentlərin və onların inhibitorlarının istifadəsi. Tibbi enzimologiya.
|
2
|
5
|
Hormonların biokimyəvi xüsusiyyətləri: ümumi anlayış, sintezinin, sekresiyasının və hormonal siqnalın ötürülmə mexanizmləri. Bəzi hormonların metabolizmi, hiper- və hiposekresiyası zamanı metabolizm dəyişiklikləri.
|
2
|
Dostları ilə paylaş: |