Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Azərbaycanda transmilli biznesin inkişafında investisiya amili



Yüklə 0,71 Mb.
səhifə10/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   6   7   8   9   10   11   12   13   ...   55
279762823 (1)

1.3. Azərbaycanda transmilli biznesin inkişafında investisiya amili
Xarici investorları Azərbaycana cəlb etmək məqsədilə həyata keçirilən hüquqi fəaliyyət Azərbaycanda 1992-1995-ci il dövründə baş verən iqtisadi böhran 1995-ci ildən etibarən həyata keçirilən iqtisadi proqnozlarla qısa bir zamanda qarşısı alınmış, 1991-1994-cü ildə 13-17% büdcə kəsiri 3-4%-ə enmiş, 1994-cü ildə 1800% çox olan inflyasiya 1996-cı ilə 20%, 1997-ci ildə 13% enmişdir.
1997-1999-cu illəri əhatə edən 3 illik yüksəliş proqramı ilə 1995-1996-cı illərdə xarici kapital qoyuluşları 150 mln dollar olmuşdur. 1995-ci ildə qəbul edilən “Özəlləşmə proqramı” 56147 müəssisənin özəlləşməsini həyata keçirmişdir. 1995-1997-ci ildə həyata keçirilən özəlləşdirmə və xarici sərmayələrin qorunma­sının təminatı ilə birlikdə çıxarılan 100-ü aşan hüquqi qanunlarla xarici sərma­yəçilərin ölkəyə olan inam və güvənini artırmışdır. BVF-nin Azərbaycanı xarici sərmayəçilər üçün riskli olan ölkə qrupunda çıxarması beynəlxalq arenada əsas hadisələrdən biri olmuşdur. 1996-1998-ci illərdə BVF-nun xarici sərmayəçilərin stimullaşması məqsədi ilə Azərbaycana tövsiyə etdiyi tədbirlərdən bürokratizmin minimuma endirilməsi, bank əməliyyatlarının liberallaşması və bu işlərin beynəlxalq tələblər uyğunlaşmasının həyata keçirilməsini göstərə bilərik.
Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi məqsədilə sərmayəyə ehtiyac duyulan infrastrukturun modernləşdirilməsində sərmayələr önəmli bir həddə çatmışdır.
Sərmayələrə ehtiyac olan sahələrə enerji, kimya, neft-kimya, metallurgiya, maşınqayırma, tikinti materialları, yeyinti sənayesi, infrastruktur hesab olunur. Azərbaycanda xarici sərmayələri stimullaşdıran və beynəlxalq sahədə qəbul edilən əsas amillər aşağıdakılar hesab olunur:
- yerli sahibkarlara verilən vergi güzəştlərin xarici sərmayəçilərə tətbiq edilməsi;
- istehsal və xammal təminatında asanlıq və sərbəstlik;
- kapital gəlirlərinin və digər qazancların transferində sərbəstlik;
- beynəlxalq güvənlik.
Ölkədə peşəkarların təcrübəsinin tətbiqinin asanlaşması. Bu əsas amillərin Azərbaycanda nə qədər həyata keçirilə bilməsi üçün hüquqi əsaslarının araşdırılması vacibdir.
Bizim ölkəmizdə hökumətimiz bazar iqtisadiyyatına keçid dövründən indiyədək aldığı qərarlarla, qəbul etdiyi qanunlarla xarici sərmayəçilərin respublikaya daha çox sərmayə qoymasını təmin etməkdədir. Əsas hadisələrin
- xarici sərmayələrin qorunması haqqında qanunu;
- BVF və DB üzvlük;
- “Özəlləşdirmə proqramı”na başlanması;
- 1993-cü ildə DB-nin dəstəyi ilə xarici kapital qoyuluşlarına dəstək və koordi­nasiyası məqsədilə sərmayələr üzrə tədbirlər görmək, potensial sərmayə­çilərlə görüş­mək məqsədilə İqtisadiyyat Nazirliyinə bağlı “Xarici sərmayə” şöbəsinin yaradılması;
- Azərbaycanda ixrac edilən hər cür məhsula ixrac vergisindən muaf tutulması;
- azad zona yaradılması.
Azərbaycanda xarici sərmayəçilər bir sıra çətinliklərlə qarşılaşırlar. Məsələn, vergi ödəyicilərinin hər 3 aydan bir vergi bəyannaməsi vermə məcburiyyətinin olması, vahid mühasibat sisteminin olmaması, idxal qiymətlərinin gömrük siyahı­sında tez-tez dəyişməsi, vergi sisteminin liberallaşmaması, ikiqat vergi ödəmələrinin qarşısının alınması üçün tədbirlərin görülməməsi, məlumat, əlaqə sisteminin tam olmaması, beynəlxalq bank xidmətlərinin yetərsiz olması, şirkətlərin istehsalda istifadə etdikləri hər cür xammaddə və köməkçi materialların idxalında gömrük vergisinin tətbiq olun­ması, tam olaraq (100%) xarici kapital qoyuluşlu müəssisələrə və eyni zamanda 30% xarici kapital qoyuluşlu müəssisələrə iki illik vergi muafiyyəsinin tətbiq olunması və s.
Azərbaycanda bütün bunları nəzərə alaraq 1995-ci ildən etibarən lazım olan hüquqi tədbirlər görülmüşdür. Gömrük, vergi, əmək, torpaq, dövlət xidməti və antimonopol sahədə qəbul edilən qanunlar ilə bir reforma həyata keçirilmişdir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) tərəfindən aparılmış araşdırmaya görə azərbaycandakı ticarət qanunları qənaətbəxş hesab olunmuşdur.
Azərbaycan prezidenti 2002-ci ildə alınan qərarlarla Azərbaycanın xarici sərmayəçilərə qarşı acıq qapı siyasəti yürütdüyünü və əlverişli bir mühitin yaradılmasını çalışdığı görülməkdədir.
Proteksionizm kimi istisnalar xaricində yeni düzənlənməyə görə xarici sərmayəçilər yerli sərmayəçilər ilə eyni haqlara sahibdirlər. Xarici sərmayəçilərlə yaradılan birgə müəssisələr Azərbaycanınhüquqi şəxsi hesab edilir. Bu o deməkdir ki, yerli və xarici sahibkarlara eyni qanunlar tətbq olunur. Amma törəmə şirkətlər və təmsilçilər belə tədbirlərin kənarında qalırlar.
Vergi qanununa edilən əlavə və dəyişikliklərə görə 2004-cü ildən etibarən pul cəriməsinin tətbiq olunması mexanizmi sadələşdirilmişdir. Vergi qanunundakı dəyi­şik­liyə görə il ərzində təkrar olunan qanun təhlillərinə görə tətbiq olunan pul cəri­mələri aradan qaldırılacaqdır. Bu mexanizmin tətbiq edilməsində məqsəd kiçik və orta müəssisələrin yaranmasına mane olan şərtlərin aradan qaldırılmasına yardım etməkdir.
Xarici fiziki və hüquqi şəxslərin qanuni olaraq torpağı özəlləşdirmə hüquqları yoxdur, ancaq icarə hüquqları vardır. İcarədar olmaqla, xarici sərmayəçilərə bir çox digər hüquqlar verilmişdir.
Regional sosial-iqtisadi inkişaf proqramı ilə birlikdə hökumət 2005-ci ildən başlayaraq Dövlət İnvestisiya proqramı çərçivəsində layihələr planlaşdırılır və həyata keçirilir. Görülən işlər, qəbul edilən qanunlar xarici iş adamları üçün şəffaf mühit yaradılmasına istiqamətlənir. Yeni qanunlar xarici sərmayəçilərə gəlir məhdudiy­yətlərini aradan qaldırılır.
“İnvestisiya fəaliyyəti haqqında” qanunun üstün cəhətlərindən biri ölkəyə isteh­sal və xidmət məqsədilə gələn və yeni texnologiya gətirən sahibkarlara vergilərdən güzəşt edilməsidir. Bu isə xidmət və istehsal bölməsinə kapital yatırımını artırır.
Bundan başqa sənaye şəhərlərinin, azad iqtisadi zonaların yaradılmasında xarici sahibkarlara bəzi fərqli yanaşmaların olması əsas məsələlərdir. Azad iqtisadi zona haqqında qanunun qəbulu və həyata keçirilməsi xarici sahibkarlar üçün hüquqi baza yaratmağa imkan vermişdir.
Sərbəst rəqabət şəraitinin yaradılması üçün antimonopoliya məcəlləsinin tətbiqi böyük köməklik edəcəkdir. Eyni zamanda bütün bu tədbirlər Azərbaycanın qeyri-neft sektorunda ixracın həcminin artırılması əsas hədəf kimi götürülmüşdür.
Sahibkarların hüquqi qeydiyyat müddəti də dövlətin nəzarətində olan əsas məsələlərdəndir. Qeydiyyatın müddəti qanunda 10 gün müəyyənləşdirilmişdir. 2002-ci ildə dövlət başçısı tərəfindən verilən fərman ilə sahibkarların qeydiyyat prosedu­rasında bir çox sadələşdirmələr edilmişdir. Bu və ya digər fəaliyyət növü üçün lisenziyaların sayı minimuma endirilmiş, lisenziya üçün dövlət rüsumunun məbləği əhəmiyyətli dərəcədə azaldılmışdır, lisenziyanın müddəti artırılmışdır. Lisenziyalaş­dırılan fəaliyyət növlərinin sayı azaldılaraq 240-dan 30-a endirilmiş, lisenziya müddəti 2 ildən 5 ilə qədər artırılmışdır. Xarici sərmayəçilər xarici və birgə müəssisə yarada bilər, Azərbaycan biznesində işə başlaya bilərlər. Belə müəssisələrdə xaricilər üçün pay məhdudiyyəti və ya limiti yoxdur.
Hüquqi cəhətdən müəssisələr 4 fərqli şəkildə təsnifləndirilir. Qeyri-məhdud məsuliyyətli Tərəfdaşlıq (general partnership) Limitli Şirkətlər, (İnlimited partnership) Məhdud Məsuliyyətli Şirkətlər (Limited itability Company U.C) və anonim şirkət (Joint-stock company İSC) son ikisi daha çox təsis edilən şirkətlərdir. Adətən xaricdə fəaliyyət müddətində xarici sərmayədarlar mülkiyyət hüququnun qorunması və razılaşmalara əməl edilməsi barədə narahat olurlar. Amma bu məsələdə İBRD-nın həyata keçirdiyi işlərə görə Azərbaycan ən yaxşı mühiti olan ölkələr sırasındadır.Özəl sektora dövlətin maliyyə yardımı üçün “Təşəbbüsə kömək fondu” yaradılmışdır. 2005-ci ildə Fondun 250 mlrd. manat dəyərində xüsusi iş adamları üçün maliyyə yardımı edilmişdir və kreditlər ayrılmışdır. Fəaliyyət sisteminin şəffaflığı, standartlarının idarə olunması və yolsuzluqla mücadilə sərmayəçilər və iqtisadiyyata dəstək verən beynəlxalq qurumlar hökumətin hüquq sahəsindəki tənzimləmələrin müvafiq dəyərləndirilməsi ilə və iş həyatına təsir edən qanunların məqsədə istiqamətlənməsi və faydalı olaraq tətbiq edilməsi baş verir. Qanun tənzimləmələrdə bəzi boşluqların olmasına baxmayaraq bu məsələlərdə olan məsafə bazar iqtisadiyyatına yeni addım atan ölkə üçün alqış olunacaq bir bacarıq hesab oluna bilər. 2000-ci ildə dövlət başçısı korrupsiya ilə mübarizə haqqında qanun imzalamışdır. 2001-ci ildə Dövlət xidməti haqqında qanun qəbul edilmişdir. Bu qanun dövlət məmurları üçün davranış qaydalarını müəyyənləşdirmişdir.
Bu qanun dövlət xidmətinin gücləndirilməsinə, korrupsiyaya səbəb ola biləcək amillərin azaldılmasına yönəldilmişdir.
Beynəlxalq tənzimləmə - xarici kapitalın qorunmasına dair qanun ən azından xarici investorlara bərabər hüquqla fəaliyyət şərtlərini müəyyənləşdirməyə xidmət edir. qanundakə tək istisna xarici investorların kapital qoyularaq sahənin əhəmiyyətinin nəzərə alınaraq yerli sahibkarların mənafeyinə etməyəcəyi halda üstün sayılmasıdır. Xarici kapitalın qorunması haqqında qanunun əsas vəzifələrindən biri xarici investorların mülklərinin milliləşdirilməsindən və müsadirə olunmasından qorumaqdır. Yalnız respublikanın beynəlxalq mənafeyi və yerli xalqa qarşı vəzifələri olarsa və ya təbii fəlakət kimi zəruri vəziyyətlərdətəsirli, sürətli və kapitalın həqiqi dəyəri üzərindən təzminatla yuxarıda adları çəkilən işlər görülə bilər.
Milliləşdirmə qərarı Azərbaycan Respublikası Milli Məclisində verilə bilər. Müsadirə qərarı Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə alına bilər. Respubli­ka­mızda belə millilşdirmə qərarı hələ qəbul edilməmişdir. Gəlirlərin transferində zə­manət verilir. Onlar əldə etdikləri pul gəlirlərini və kapital qoyuluşundan əldə etdik­ləri gəlirlərlə bağlı vergiləri ödədikdən sonra xarici banklara transfer edə bilərlər.
Xarici investorlar Azərbaycanda əldə etdikləri gəlirlərlə yenidən sərmayə qoya bilərlər. Azərbaycan banklarına gəlirlərini yerləşdirərək Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi şərtlərlə məzənnə ala bilərlər.
Bütün bu fəaliyyət prosesində anlaşılmazlıqlar da ortaya çıxır.
Beynəlxalq Arbitraj Haqqında qanun 2000-ci ildən tətbiq olunur. Qanunun tələblərinə görə tərəflərin öz arzusu ilə başqa, hansısa bir xarici ölkə məhkəməsinə müraciət oluna bilər. Xarici məhkəmələrin qərarı ölkəyə siyasi sabitliyi pozmadan yerinə yetirilə bilər. Azərbaycan xarici arbitraj haqqında 1958-ci il Nyu-York Anlaşmasını da ratifikasiya etmişdir. Bu,Azərbaycan hökuməti ilə xarici investorların arasında ortaya çıxan çatışmazlıqların Beynəlxalq Arbitraj Məhkəməsinə (BAM-nə) göndərilməsinin mümkünlüyünü əsaslandırır. Azərbaycan hökuməti ilə xarici investorlar arasında mübahisələrin aradan qaldırılması üzrə Beynəlxalq Mərkəzə (İCSİD) müraciət etməyə imkan verir. Azərbaycan Respublikası ilə İCSİD arasında imzalanmış “Bir dövlətlə başqa bir dövlətin vətəndaşı arasında ortaya çıxan investisiya mübahisəsinin aradan qaldırılması üzrə Beynəlxalq Anlaşmanın” həqiqi üzvüdür. Azərbaycan Çin, Fransa, Gürcüstan, Almaniya, İngiltərə, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Moldava, Pakistan, Polşa, türkiyə, Ukrayna, ABŞ və Özbəkistanla ikitərəfli kapital qorunması haqqında razılaşmaya imza atmışdır. Beynəlxalq razılaşmalar Azərbaycanda yer olaraq yaşamasını güvəndə olmalarını təminatı olur.Hökumət başçısının sərəncamı ilə xarici investisiya qoyuluşlarının inkişafı və artırılması məqsədi ilə xüsusi qurum yaradılmışdır.
Azərbaycanda xarici investorların iştirakı ilə yaradılan müəssisələrin, eyni zamanda tam birbaşa investisiyalı xarici müəssisələr nizamnamə kapitalına eyni kapital qoyulmaq üzrə Azərbaycana gətirilən gömrük vergisi və ƏDV-dən faiz olaraq tutula bilər. Bundan sonra qoyulacaq sərmayələrdə, sərmayə malı maşın təchizatçılar bəzi istisnalar xaricində 5% gömrük vergisi tutulmalıdır.
Vergi Nazirliyi tərəfindən aparılan vergi siyasəti və vergilərin toplanması azərbaycanda iki fərqli tip vergi rejiminin olduğu məlumdur. Deyə bilərik ki, Hasilatın Pay Bölgüsü (PSA) müqaviləsi zamanı neft və qaz sahəsində calışan müəsisələr neft konsorsiumu tipli vergi rejiminə məcburdurlar. Bu gün vergi rejimi digər bütün hüquqi satışlar üçün məqbul sayılır. Yerli və xarici investorlardan mənfəət vergisi 24%-dir. Xarici sərmayədarlardan alınan stopaj vergisi gəlirin növünə görə 4%, 6% və ya 10%-dir.
Birdəfəlik gəlir vergisi 0-30% arasında dəyişir. 182 gündən az qalan xarici investorların gəlir vergisi, qeyri-rezidentlərin gəlirləri istisnalıq təşkil edir.
ƏDV 18%-dir. İstehlak vergisi dəyişkəndir. Ərazilər üzrə növünə və olduğu yerə görə fərqli vergi tutulur. Mədən vergisi isə 3-26% arasındadır. Azərbaycan ərazisinə daxil olan xarici vətəndaşlara aid avtomobillər növünə, tutumuna, məsafəsinə görə vergi müəyyənləşdirir. Xarici sərmayəçilərin Azərbaycanda kapital qoyub fəaliyyət göstərə biləcəkləri çox geniş sahələr mövcuddur.
İnteqrasiya proseslərinin gücləndiyi bir şəraitdə transmilli biznes müxtəlif amillərin təsiri altında formalaşır. Belə ki, kapitalın bir ölkədən digər ölkəyə axını baş verir, məhsulun xarici bazara çıxarılmasını və ya gətirilməsini məhdudlaşdıran ticarət və gömrük məhdudiyyətləri meydana çıxır, mal və xidmətlərin istehsalının diversifikasiyası baş verir, əmtəələrin idxalı və ixracının artımı ilə əlaqədar olaraq xarici valyutaya tələb və təklif yüksəlir, investisiya mühitində və ölkənin sosial-iqtisadi inkişafında dəyişikliklər baş verir, inkişaf etməmiş ölkələrlə müqayisədə inkişaf etmiş ölkələrdə valyuta artıqlığı formalaşır və s.
Hazırki dövrdə ölkələrin dünya iqtisadiyyatına inteqrasiyası o dərəcədə yüksəkdir ki, kapitalın hansısa bir ölkədə daha çox toplanması problemi öz mənasını itirir. İnkişaf etmiş ölkələr eyni zamanda kapitalın iri ixracatçıları və idxalatçıları kimi çıxış edirlər. Kapitalın beynəlxaq hərəkətinin əsasını investisiyalar təşkil edir. Transmilli biznesin inkişafı və hüquqi bazası bir çox hallarda birbaşa investisi­yalardan asılıdır. 1990-cı illərdəki liberal­laşmaya baxmayaraq, birbaşa xarici investisiyalar dövlət tənzimlən­məsində bir ənənə kimi saxlanılır. Praktiki olaraq, dünyanın bütün ölkələri birbaşa xarici investisiyalara aktiv olaraq rəğbət bəsləyirlər və investisiya mühitini yaxşılaşdırmağa çalışırlar. Onlar əvvəllər mövcud olan maneələri ləğv edirlər, bazar rəqabətinə geniş imkanlar yaradırlar, milliləşmədən və ekspropriasiyadan zəmanəti möhkəmləndirirlər.
Azərbaycanda transmilli biznesin investisiya təminatının normativ hüquqi tənzimlənməsi kifayət qədər inkişaf etmişdir. İ.e.d., prof. T.Hüseynovun qənaətinə görə müstəqilliyin ilk dövründə iqtisadi strukturun yenidən qurulması investisiya resurslarının məhdudiyyəti şəraitində başlanmışdır. Sonrakı illərdə əsrin müqavi­ləsinin uğurla realizasiya olunması nəticəsində Azərbaycan investisiya idxal edən ölkədən investisiya ixrac edən ölkəyə çevrilmişdir [ 52, s.201].
Sərmayələr şirkətin nor­mal fəaliyyətinin təmin olunması üçün, dəyişməz maliyyə durumu və şirkətlərin gəlirlərinin coxaldılması üçün lazımdır. İnvestisiyalar iqtisadiyyata müxtəlif formalarda istiqamətləndirilir.
E.A.Kuznetsov [158,s.74] hesab edir ki, investisiyalar son nəticədə gəlir və digər effektlər yaradan, material vasitələrinin hərəkət xüsusiyyətlərini öyrənən maliyyə bazarlarının alətləri, real layihələrin idarə edilməsi və vəziyyəti haqqında elmdir. N.İ.Laxmetnina [160, s.8-9] tərəfindən digər bir fərziyyə irəli sürülür ki, investisiya adı altında gəlir və digər faydalı səmərə aldə etmək məqsədilə müxtəlif obyektlərə bütün formalarda kapital qoyuluşu başa düşülür.
S.A.Sirotkin və N.R.Kalçivskaya [208, s.9] müsbət iqtisadi səmərə almaq məqsədilə sahibkarlıq və digər fəaliyyət obyektlərinə qoyulan intellektual dəyərlər müəlliflik hüququ, mülkiyyət hüququ və ya daşınmaz əmlak, istənilən digər daşınan əmlaklar, texnologiyalar, avadanlıqlar, qiymətli kağızlar, əskinazlar, səhmlər, bank qoyuluşları investisiya hesab edilirlər.
TMŞ fəaliyyətində birbaşa xarici investisiyalar əhəmiyyətli rol oynayırlar. BVF tərifinə görə, birbaşa xarici investisiyaların mahiyyəti bir iqtisadi sistemin rezidenti - hüquqi şəxsi tərəfindən digər ölkənin rezidenti, yəni şirkətində uzunmüddətli maraqların əldə edilməsindən ibarətdir. Uzunmüddətli maraqlar birbaşa investor və xarici şirkət arasında uzunmüddətli münasibətlərin və investorun həmin təşkilatın menecmentinə əhəmiyyətli dərəcədə təsirinin olmasını nəzərdə tutur.
V.F.Maksimovun və A.A.Verşininanın fikirlərinə görə [175, s. 7-9] bir çox hallarda dünya maliyyə bazarında beynəlmiləlləşmənin təsiri xüsu­sən hiss edilir. ÜÜM-də real aktiv sektorunun xüsusi çəkisindən maliy­yə sektorunun payı nəzərə çarpa­caq dərəcədə yüksəkdir; maliyyə axın­larının və əməliyyatların həcmi qeyri-maliyyə sektorundakı əməliyyatları üstələyir; inkişaf etmiş ölkələrdə şirkətlərin gəlirinin struk­turunda maliyyə bazarındakı əməliyyatlardan əldə olunan gəlirlər daha əhəmiyyətli yer tutur; bir neçə ölkənin iştirak etdiyi sin­dikatlaşdırılmış sazişlər formasında beynəlxaq kreditləşmə dinamik inkişaf edir; beynəl­xaq səviyyədə inves­torların artan tələblərinə cavab verən yeni maliyyə mexanizmləri yaranır; qiymətli kağız emissiyaları dünya bazarında coxalır; dövlətlərin qarşılıqlı əlaqələrinin coxalması tənzimlənmə işinin uyğunlaşması ilə əlaqəli olaraq, dünya maliyyə təşkilatlarının fəaliyyətinin fərqli meyllərinə adaptasiya olurlar.
Birbaşa xarici investisiyaların tətbiq edilməsinin əhəmiyyəti ondan ibarətdir ki, investorlar həmin investisiyaları həyata keçirən strukturlarla hər şeydən öncə, TMŞ-lə bilavasitə əlaqə­də olurlar. Belə investisiyaların məqsədləri heç də birmənalı deyil. On­­lar çox zaman yalnız ucuz iş qüvvəsinin, xammalın və satış bazarlarının hesabına yüksək gəlir götürməkdən deyil, ümumilikdə bu və ya digər bazarın və ya ölkənin tam və ya qismən inhisarlaşması və dövlətə siyasi təsir arqumentlərinin artırıl­ma­sın­dan iba­rətdir. Buna baxmayaraq, hal-hazırda məhz TMŞ birbaşa xarici investsiya­ların əsas sahibi olaraq çıxış edir. Dünyada baş verən böhranın neqativ təsirinə baxma­ya­raq, birbaşa investisiya axınının miqyası əhəmiyyətli olaraq qalmaqdadır. Eyni za­manda birləşmə və satınalmaların sayına birbaşa investisiyaların təsiri aydın müşayət olunur.
Ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların cəlb olunmasında dövlətin rolu yüksəldilmiş, Azərbaycanda transmilli biznes fəaliyyətinin dövlət tənzimləmə sistemi yaradılmış və xarici transmilli şirkətlərlə səmərəli əməkdaşlıq sistemi qurulmuşdur.
Hazırda Azərbaycanın özü dünyanın əksər ölkələrində sərmayə qoyaraq investisiya yönəldilən ölkədən artıq sərmayəci ölkə kimi tanınmaga başlayıb.
Azərbaycan Respublikası Rusiyaya məxsus kapitalı olan 700-dən cox şirkət fəaliyyətdədir. Ölkəmiz Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dolları sərmayə qoyub. Rusiya dövləti isə Azərbaycan iqtisadiyyatına 3,7 mlrd. dollar investisiya yatırıb. Azərbaycan Respublikası Rusiya Federasiyasının 80-dən cox müəssisəsi ilə ticarət- sahəsində əməkdaşlıq edirlər. Azərbaycan dövləti Rusiyanın Şimali Qafqaz regionuna investisiya qoyuluşu üzrə əsas investor ölkələrdən biridir. Qafqazda Yesentuki şəhərində “İstoçnik” sanatoriya-turizm-müalicə mərkəzi, Qafqazda Krasnodar şəhərində meyvə-tərəvəz konservləri, çay istehsalı zavod- birlikləri, tikinti ücün quru qarışığı istehsalı, Stavropolda olan istixanaların tikintisi Rusiya məkanında olan Azərbaycan şirkətlərinin reallaşdırdığı uğurlu layihələrdəndir. ”SOCAR Polimer” layihəsi və Pirallahı Sənaye Parkında qurlan birgə əczaçılıq müəssisəsi respublikalar arasında əməkdaşlığın önəmli nümunələrindəndir.
Azərbaycanda yaradılan sənaye, neft maşınqayırması, turizm, tranzit sahə­lərində, Rusiya şirkətlərinin sənaye parklarına və aqroparklara sərmayə qoyuluşu, birgə müəssisələrin yaradılması, qeyri-neft məhsullarının Rusiyaya cıxarılması, respublikalararası əməkdaşlığın genişləndirilməsi və s. sahələrdə əməkdaşlıq imkanları genişdir.
Xarici kapitalın respublikamıza marağı ölkədə yüksək əlverişli şəraitin olma­sına, bir balaca ucuz və peşəkar işçi qüvvəsinə, faydalı qazıntılarına, regionda olan münbit coğrafi duruma əsaslanır. Azərbaycan Respublikasında xarici kapitalın cəlb olunmasında maraqlı və həm də stimul­laşdırıcı tərəfdir. Xarici şirkətlərə bu məqsədə uygun vergi güzəştləri təyin edilir. Respublikanın inkişaf etməmiş rayonlarında istehsalın artırılmasının həvəsləndirilməsi tədbirləri, əmlakın müsadirəsinə və qanun­ların tətbiqində ayrıseçkiliyə yol verilir. Transmilli şirkətlər ölkə iqtisadiyyatına yerli sahələrə investisiya qoyurlar, yerli partnyorlarla ümumi layihələrdə iştirak edirlər; yerli işçiləri rəhbər vəzifələrə təmin edirlər, yeni texnologiyalar gətirirlər, əhalinin məşğulluğunun və işçilərin ixtisaslarının artırılmasına yardımçı olurlar.
Xarici kapital qoyuluş­ları ən çox neft-qaz və sənayenin mədənçıxarma (əlvan və qara metallurgiya), nəqliyyat, telekommunikasiya sektorlarına və digər sektorlara istiqamətləndirilir. İnvestisiya mühitini yaxşılaşdır­maqla yanaşı, inves­tisi­yaların stimullaşdırma mexanizmlərini təkmilləşdirmək, xarici maliyyə ehtiyatlarının axını məhdud olduğu üçün onların milli iqtisa­diyyatın inkişafı və gələcək artımı nöqteyi-nəzərdən daha əhəmiyyətli olan sahələrə cəlb olunması tələb olunur.
Ölkənin iri təsərrüfat subyektləri özlərinin xarici bazarlara çıxışlarını onların biz­nesi üçün daha əlverişli şəraiti olan ərazilərə istiqamətləndirirlər. Transmilli biznesdə birbaşa investisiyalardan daha çox regional inteqrasiya ölkələrində istifadə olunur. Məsələn, Avropa Birliyi ölkələrində təsərrüfat subyektləri bir­başa inves­tisiyaları xarici bazara tətbiq etməklə öz fəaliyyət coğrafiyalarını təd­ricən genişlən­dirirlər.
Son 10 ildə Avropa İttifaqı Azərbaycan iqtisadiyyatına 21 milyard dollar investisiya qoymuşdur. 2017-ci ildə investisiyaların ümumi strukturunda Avropa İttifaqı ölkələrinin xüsusi çəkisi 24% olmuşdur. Azərbaycanda 1400-dən çox Avropa kompaniyaları fəaliyyət göstərir. Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət partnyorlarıdır. 2016-cı ildə Azərbaycanın ticarət dövriyyəsinin 35%-i onların payına düşmüşdür. Ticarət dövriyyəsinin 75%-ə qədərini Azərbaycan məhsullarının həmin ölkədə ixracı təşkil edir. İndiyədək Azərbaycan Ukrayna isə Azərbaycana iqtisadiyyatına 25 milyon dollar investisiya yatırıb.
Azərbaycanda Ukrayna kapitallı 116 şirkət fəaliyyət göstərir. SOCAR Ukraynada uğurla fəaliyyət göstərir. Ukraynalı iş adamları sənaye parklarına və aqroparklara daha çox maraq göstərirlər
2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 334 mln.dollar təşkil etmişdir. Onun da 90%-ə qədəri Azərbaycana məhsulların idxalı olmuşdur. 2017-ci ildə ticarət dövriyyəsi iki dəfə artmışdır.
Azərbaycana körfəz ölkələri 1.3 mlrd dollar, Azərbaycan isə öz növbəsində 300 mln. dollarlıq sərmayə qoyub. Respublikada Körfəz dövlətlərindən olan 280 müəssisə fəaliyyətədir. Azərbaycan Körfəz ölkələri ilə 2016-cı ildə 86 milyon dollar, 2017-ci ildə isə səkkiz ay ərzində 40 milyon dollar ticarət dövriyyəsi həyata kecirib.
Xarici satış bazarlarının genişləndirmək, xarici filiallar yaratmaq, əmtəə isteh­salının səmərəliliyini yüksəltmək, xarici ölkələrin (xammal, yüksək ixtisaslı mütəxəs­sislər, infrastruktur) resursların əldə etmək, firma üçün yeni olan aktivlərə sahib ol­maq məqsədilə Azərbaycanın təsərrüfat subyektləri investisiyaları xarici ölkələrə istiqamət­ləndirirlər.
1.3.1 saylı cədvəldə qalan dünyaya Azərbaycanın qoyduğu birbaşa və digər investisi­yalarının dinamikası verilmişdir. Cədvəldən görünür ki, 2011-2018-ci illərdə Azərbaycandan xarici ölkələrə 62,2 milyard dollardan çox investisiya yönəldilmişdir. Onun da 91%-i portfel və digər investisiyalar təşkil etmişdir. Birbaşa investi­si­ya­lar 5512 mln. ABŞ dolları təşkil etmişdir. Azərbaycandan xarici ölkələrə yönəldilən cəmi investisiyaların 8.8%-i birbaşa investisiyaların payına düşür.
Cədvəl 1.3.1

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin