Azərbaycandan xarici iqtisadiyyata investisiyalar (mln.ABŞ dolları)
Sıra sayı
|
İnvestisiyaların formaları
|
2002-2005
|
2011-2018
|
Məbləğ
|
%-lə
|
Məbləğ
|
%-lə
|
1.
|
İnvestisiyalar, cəmi
|
3751
|
100
|
62223
|
100
|
|
-birbaşa investisiyalar
|
3685
|
98.2
|
5512
|
8.8
|
|
- portfel və digər investisiyalar
|
66
|
1.8
|
56711
|
91.1
|
Mənbə:Dövlətstatkom və Mərkəzi Bankın tərtib etdiyi tədiyyə balansının informasiyaları əsasında iddiaçı tərtib etmişdir. https://www.stat.gov.az/source/system_nat_accounts/
Qeyd: Azərbaycandan investisiya ixracı 2001-ci ildən başlanmışdır.
Azərbaycandan 2018-ci ildə xaricə 1760,9 mln. ABŞ dolları, Azərbaycana isə 4109 mln ABŞ dolları həcmində investisiya qoyulmuşdur. (Bax: əlavə1,cədvəl 2.3.7) Bütünlükdə investisiyalar transmilli biznesdə mühüm funksiyalar yerinə yetirir. Belə ki, Azərbaycandan investisiyaların 80 faizi bilavasitə mal və xidmətlərin ticarət əməliyyatları ilə bağlı olmuşdur.
Birbaşa xarici investisiya haqqında Azərbaycanda olan qanunvericilik, respublikada olan investisiya təblğatı və investisiyaların mühafizə olunması ilə əlaqəli 48-dən artıq sazişin bağlanması xarici sərmayəcilərə bir sıra üstünlüklər verir. Bu üstünlüklərin qanunauyğun olaraq tənzimlənməsi investisiya iqlimini daha da əlverişli edir. Azərbaycanın model sazişləri BMT Ticarət və İnkişaf Komissiyası ilə birlikdə hazırlanır və müvafiq təkmilləşdirmələr aparır. Bunun nəticəsidir ki, Azərbaycan 48 investisiya sazişi imzalamışdır. Ölkəyə 111 milyard dollar xarici investisiya cəlb edilməsinə baxmayaraq, Azərbaycan indiyədək böyük həcmli investisiya mübahisələrindən qaynaqlanan cərimələr ilə qarşılaşmamışdır. Bu, Azərbaycanın etibarlı tərədaş olduğunun göstəricisidir. Eyni zamanda bu, Azərbaycanda formalaşmış investisiya iqliminin hazırkı tələblərə uyğun olmasının göstəricisidir. Ancaq gələcək çağırışları nəzərə alaraq bu istiqamətdə təkmilləşdirmələr aparılması nəzərdə tutulur. 2018-ci ildə ümumilikdə Azərbaycanda 8 mindən çox xarici şirkət fəaliyyət göstərmişdir.
Transmilli biznesdə birbaşa xarici investisiyalar mühüm yer tutur. 2.3.2 saylı cədvəldə respublika üzrə bu göstəricilər ətraflı verilmişdir.Cədvəldən görünür ki, 2011-2018-ci illərdə ölkə iqtisadiyyatına qoyulan xarici investisiyalar 52 mlrd. ABŞ dolları, o cümlədən birbaşa investisiyalar 31,2 milyard dollar, maliyyə kreditləri 13,6 mlrd. dollar təşkil etmişdir. Birbaşa investisiyalar ümumi investisiyaların 60 faizə qədərinə bərabərdir ki, bu müsbət qiymətləndirilir. Birbaşa investisiyaların isə 83 faizi neft sektoruna qoyulmuşdur. Qeyri-neft sektorunun payına cəmi 5,2 milyard dollar düşmüşdür. Bu da onu göstərir ki, xarici investorlar indiyə qədər qeyri-neft sektoruna az maraq göstərmişlər. Neft sektoruna investisiya qoyuluşu 26 mlrd. ABŞ dolları və ya bütün investisiyalardan yarıdan çoxu (54%) təşkil etmişdir.
Xarici ölkələr arasında 2018-ci ilin göstəricilərinə görə daha aktiv investor kimi Türkiyə və Böyük Britaniya, ABŞ, Norveç, Yaponiya çıxış etmişdir. Hazırda Türkiyəyə tətbiq olunan birbaşa xarici sərmayənin təxmini olaraq 51 faizi Azərbaycan investorları tərəfindən qoyulur. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına qoylan sərmayələr ümumilikdə 20 milyard dollardır. Son doqquz ildə bunun 12,6 milyard dollarlıq hissəsi müxtəlif layihələrə yatırılıb .[66,s.2]
BXİ axınının dünya üzrə həcmi 2012-ci ildə kəskin azalmadan sonra inkişaf etmiş ölkələrdə yeniləndi, onların dünya investisiya axınında payı aşağı səviyyədə - 39% olaraq qaldı. Bu göstərici isə 2007-ci ildəki pik göstəricidən (57%) xeyli aşağı idi. Beləliklə, inkişaf etməkdə olan ölkələr BXİ-nin daxil olmasının həcminə görəinkişaf etmiş ölkələri qabaqlayır. Artıq iki il olar ki, bu miqdar 200 mlrd.dollar təşkil edir. [33,s.141] 2018-cı ildə respublikada müxtəlif iqtisadi fəaliyyət növləri ilə məşğul olan 2837 xarici və birgə müəssisə mövcud olmuşdur (cədvəl 2.3.5). Bu müəssisələr üzrə cəmi yüklənmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin həcmi 31.6 milyard manat olmuşdur. Onlardan 254 müəssisə (178-i xarici mülkiyyət, 76-ı isə birgə mülkiyyət olmaqla) sənaye müəssisələri olmuşdur. Bütün ölkə üzrə xarici və birgə müəssisələrdə işləyən 89.3 min işçinin 24 min nəfəri və ya 27%-i sənaye müəssisələrində çalışır. Bütün görülən işlərin dəyərinin, yəni 21.0 mlrd.manatı və ya 70%-i sənaye sahəsində fəaliyyət göstərən xarici və birgə müəssisələrin payına düşür. Sənaye məhsulu 2018-ci ildə 26,4 mlrd.manat olmuşdur. 2018-ci ildə xarici investisiyalı müəssisələrin işinin əsas göstəricilərinə görə bunun 23,4 mlrd. manatı, yəni 90%-ə qədəri xarici investisiyalı müəssisələrin payına düşür.2.3.8 saylı cədvəldən görünür ki, 2011-2018-ci illərdə xarici investorlar ölkə üzrə əsas kapitala 18,8 milyard manat investisiya qoymuşlar. Onun da əsas hissədi, yəni 96 faizi xam neft və təbii qaz hasilatına yönəldilmişdir.
Cədvəl 1.3.2
Dostları ilə paylaş: |