Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev



Yüklə 0,71 Mb.
səhifə9/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
279762823 (1)

Liberallaşma tədbirlərinin sayı

Mövqe

1991

1995

1997

2000

İnvestisiya rejimlərinə dəyişiklik edən ölkələrin sayı

35

64

76

69

Dəyişikliklərin sayı,
o cümlədən

82


112


151


150


- liberallaşma və ya birbaşa xarici sərmayələrin stimullaşdırılması

80

106

135

147

- birbaşa xarici sərmayələrə nəzarətin gücləndirilməsi

2

6

16

3

Mənbə: World Inoesment Report 2001 – United Nations Conference on Trade and Development, United Nation, NY and Geneva, 2001, p.6

İqtisadçıların əksəriyyəti, o cümlədən M.Kastels [149, s.69] dəqiq nəzərə çarpan liberallaşma meyllərini və istehsal faktorlarının hərəkəti yolunda yaranmış maneə­lə­rin götürülməsini informasiya-texnoloji inqilabın inkişafı ilə əlaqələndirirlər. 1970-ci illərdə vahid sistem kimi yaranan yeni texnologiyaların əlçatanlığı 1980-ci illərdə sənaye cəhətdən inkişaf etmiş ölkələrdə sosial-iqtisadi restrukturlaşma prosesinin əsas özülü olmuşdur. 1980-ci illərdə “böyük yeddilər”ə daxil olan ölkələrin iri kor­porasiya və hökumətlərinin başçılıq etdiyi bazarların əks-nizamlanması və liberal­laş­ması uğrunda hərəkat yeni telekommunikasiya şəbəkələrinin və informasiya sistem­lərinin geniş yayılmasına səbəb oldu. Bu isə öz növbəsində dünyada istehsalın və ticarətin seqmentləşmiş ixtisaslaşması üçün də zəmin yaratdı. Səmərəli idarəetmə sistemi sərmayə rejimlərinin liberallaşması əsasında istehsalın transmilliləşdirilməsi layihələrinə ölkələri daha fəal qoşulmağa stimullaşdırdı.


Müxtəlif ölkələrin qanunvericiliyinin fərqliliyi, dövlətlərin və təsərrüfat subyektlərininarasında müba­hisələrin və ciddi problemlərin yaranmasının qaçılmaz olduğunu nəzərə alaraq, beynəlxalq iqtisadi münasibətlərin tənzimlənməsinin vahid universal mexaniz­minin yaradılmasına tələbat yaranmışdır. Bu da müxtəlif üsulların və metodların (tarifləri, qiymətləri, vergi, kredit, mal və xidmət) tətbiqi ilə bazarın, sahib­karlıq fəaliyyətinin tənzimlənməsini zəruri etmişdir.
Transmilli bizneslə bağlı məsələlərin həllinin baza şərtləri BMT nizamna­məsində də əks olunmuşdur. Nizamnamənin 55-ci maddəsində deyilir ki, xalqların özünütəminetməsinə Birləşmiş Millətlər Təşkilatı kömək edir.
Dövlətlərarası tənzimləməyə beynəlxalq təşkilatların təsir mexanizmi mövcud beynəlxalq hüquq sistemi əsasında qurulur.Beynəlxalq hüquq transmilli biznesdə birgə funksiyaların yaradılmasına imkan verir. Beynəlxalq hüquq normalarının köməyi ilə dövlətlər müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin həyata keçirilmə­sin­də ümumi qəbul edilmiş standartlar müəyyən edir. Beynəlxalq hüququn tənzimləyici funksiyası dövlətlər tərəfindən qəti olaraq qəbul edilmiş qaydaların qəbul edilməsində özünü göstərir. Beynəlxalq hüquq dövlətləri müəyyən davranış qaydalarına əməl etməyə məcbur edən normaları özündə əks etdirir. Beynəlxalq hüquqda dövlətlərin maraqlarını və beynəlxalq hüquq­larını qanuni qoruyan mexanizmlər mövcuddur.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin