Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Transmilli biznesin tənzimlənməsinin beynəlxalq təcrübəsi



Yüklə 0,71 Mb.
səhifə6/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   2   3   4   5   6   7   8   9   ...   55
279762823 (1)

1.2. Transmilli biznesin tənzimlənməsinin beynəlxalq təcrübəsi
Müxtəlif ölkələrdə transmilli biznes müxtəlif mexanizmlərlə tənzimlənir. Beynəlxalq iqtisadi münasibətlər sistemində məşhur iqtisadçı alim A.Kireyev tənzimlənmənin ən çox yayılmış 6 yanaşmasını diqqətə çatdırır. [142, s.365-385] Bu yanaşmaları ümumiləşdirərək 1.2.1 saylı cədvəldə əks etdirmişik. Ölkələr arasında bağlanan müqavilələrdə transmilli biznesin tənzimlənməsinə maneə olan səbəblərin aradan qaldırılması həyata keçirilir. Xarici iqtisadi əlaqələr liberallaşdırılır. Əmtəə və xidmətlərin ölkələrarası sərbəst hərəkət zonaları müəyyən edilir. Bu proseslərin tənzimlənməsini həyata keçirən təşkilat strukturu yaradılır.
Cədvəl 1.2.1
Transmilli biznesin tənzimlənməsi sistemi

  • Qarşılıqlı ticarətdə tariflərin və digər baryerlərin azaldılması.

  • Üçüncü ölkəyə münasibətdə milli tariflərin saxlanması.

  • Dövlətlərarası idarəetmə orqanları yaradılmır.

I. Preferensial ticarət razılaşması.



II. Sərhəd rayonlarında və ayrı-ayrı ölkələrdə azad ticarət zonaları.

III. İki və daha çox dövlətlər arasında gömrük ittifaqı.

  • Qarşılıqlı ticarətdə tarif və qeyri-tarif baryerlərin aradan qaldırılması.

  • Ölkələrarası mal və xidmət axınında sərbəstlik.

  • Dövlətlərarası kiçik nümayəndəlik.

  • Üçüncü ölkəyə münasibətdə vahid tarif və qeyri-tarif tənzimlənməsi.

  • Nazirlər və nümayəndəliklər səviyyəsində dövlətlərarası şura.




  • İstehsal amillərinin hərəkət sərbəstliyi.

  • Dövlətlərin, nazirliklərin, nümayəndəliklərin başçılarının görüşü.
















IV. Dövlət qrupları arasında ümumi bazar.

V. İki və çoxtərəfli razılaşma əsasında iqtisadi birlik.

VI. Müxtəlif sosial-iqtisadi inkişaf səviyyəli ölkələr arasında siyasi birlik

  • İqtisadi siyasətin ahəngdarlığı.

  • Milli tənzimləmə funksiyalı dövlətlərarası orqan.

Mənbə: Cədvəli iqtisadi ədəbiyyat əsasında iddiaçı tərtib etmişdir.[92s.908 ]
1.2.1 saylı cədvəldən göründüyü kimi transmilli biznesin formalaşmasında azad ticarət zonalarının yaradılmasından geniş istifadə edilir. Bu zaman məhdudiyyətlər və üçüncü ölkəyə münasibətdə milli gömrük tarifləri saxlanılır, gömrük tarifləri ilə tamamilə aradan qaldırılır.
Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizasiyası haqqında 18 may 1973-cü il tarixli Kloto Konvensiyasının sənədlərinə əsasən “azad zona” (və ya “zona franko”) anlayışı ölkənin ərazisinin elə hissəsini bildirir ki, bu yerdə əmtəələr milli gömrükdən və eləcədə sadə gömrük nəzarətindən, gömrük yığımından vergilərdən kənarda qalır. Azad iqtisadi zonaları əmtəələrin ölkənin gömrük sahəsindən kənar olduğu hesab edilən, özünəxas xüsusiyyətləri olan xarici ticarət sahəsi (anklavı) kimi əsaslandırılan Kloto Konvensiyasının bağlanması ilə azad iqtisadi zonalar dünyanın əsas dövlətlərində geniş vüsət almaga başladı.
Mahiyyətcə azad iqtisadi zonalar milli iqtisadiyyatın başqa bir ərazisində tətbiq olunmayan güzəşt və motivasiya sisteminin tətbiq olunduğu sahəsidir. Ümumilikdə desək, azad iqtisadi zona müəyyən dərəcədə xüsusi əlamətləri olan coğrafi məkandır.
Cədvəl 1.2.2

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin