Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


I FƏSİL. AZƏRBAYCANDA TRANSMILLI BIZNESIN TƏNZIMLƏNMƏSININ İQTİSADİ HÜQUQI ASPEKTLƏRI



Yüklə 0,71 Mb.
səhifə4/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   2   3   4   5   6   7   8   9   ...   55
279762823 (1)

I FƏSİL.
AZƏRBAYCANDA TRANSMILLI BIZNESIN TƏNZIMLƏNMƏSININ İQTİSADİ HÜQUQI ASPEKTLƏRI






1.1.Azərbaycanda transmilli biznesin tənzimlənməsinin normativ-hüquqi bazası




1.2.Transmilli biznesin tənzimlənməsinin beynəlxalq təcrübəsi




1.3.Azərbaycanda transmilli biznesin inkişafında investisiya amili


İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.


H.Ə.Əliyev


I FƏSİL. AZƏRBAYCANDA TRANSMİLLİ BİZNESİN TƏNZİMLƏNMƏSİNİN İQTİSADİ -HÜQUQİ ASPEKTLƏRİ


1.1. Azərbaycanda transmilli biznesin tənzimlənməsinin normativ hüquqi bazası
90-cı illərdə sovet dövründən qalan iqtisadi qapalılığı aradan qaldırmaq məq­sədilə Azərbaycan hökuiməti müstəqillik dövründə tədbirlər həyata keçirməyə baş­ladı. İlk növbədə xarici ticarət sahəsində dövlət inhisarı ləğv edildi. Xarici iqtisadi siyasətin əsas istiqaməti kimi xarici iqtisadi fəaliyyətin liberallaşdırılması və bununla da bazar mexanizmlərindən istifadə etmək üçün imkan yaradıldı. Xarici ticarətin və valyuta axınının dövlət tənzimlənməsi sistemi formalaşdırıldı. Bu sistem, bir tərəf­dən, təsərrüfat subyektlərinə sərbəst xarici ticarət əməliyyatları aparmağa, digər tərəfdən, dövlətə idxal-ixrac və valyuta əməliyyatları üzərində nəzarət etməyə imkan verdi. Lakin ilk dövrlərdə respublika bir çox çətinliklərlə üzləşdi. Belə ki, xarici ticarət kadrları çatışmırdı, gömrük və valyuta orqanları, qanunvericilik bazası, müfət­tişlik və digər infrastrukturlar tam formalaşdırılmamışdır. Əgər 1992-1993-cü illərdə respublikada idxala və ixraca müəyyən məhdudiyyətlər qoyulurdusa, 1994-cü ildə xarici ticarət sahəsində dövlət öz strategiyasını dəyişdi və bu funksiyanı dövlət öz üzərinə götürdü. “Xarici ticarətin sərbəstləşdirilməsi haqqında” Azərbaycan Respub­likası Prezidentinin 5 aprel 1994-cü il tarixli fərmanına əsasən respublikanın ixracat potensialının əsasını təşkil edən strateji əhəmiyyətli malların (neft, neft məhsulları, qara və əlvan metallar, alüminium, bir sıra kimya məhsulları, pambıq mahlıcı və s.) respublikadan bütün hüquqi şəxslər tərəfindən sərbəst ixrac olunmasına icazə verildi. Tədricən xarici iqtisadi münasibətlərin infrastrukturu və kadr hazırlı­ğının normativ bazası formalaşdı. Xarici ticarətin lisenziyalaşdırılması, kvotaların qoyulması, müxtəlif qeyri-tarif vasitələrinin tətbiqi sistemi ləğv edildi. İndi təsərrüfat subyektləri bazarları və partnyorları özləri sərbəst seçirlər və əməliyyatların nəticələrinə görə müstəqil cavabdehlik daşıyırlar. [52,s.51].
Beynəlxalq təcrübə göstərir ki, ölkədə xarici şirkətlərin transmilli biznesinin tənzimlənməsi üçün dövlətin seçdiyi yanaşmadan asılı olaraq milli iqtisadiyyata transmilli biznesin təsiri müsbət və ya mənfi ola bilr.Beynəlxalq praktikada milli dövlətlərlə xarici şirkətlər müxtəlif formaya və məzmuna malik olan kontraktlar imzalayır. Onlardan “Məhsulun bölgüsü haqqında müqavilə”, “Hasilatın pay bölgüsü”, “Tik təhvil ver”, “Realizasiya şərtləri” ilə və digər formalardan istifadə olunur.
“Məhsulun bölgüsü haqqında müqavilə” və “Tik təhvil ver” kontraktlarında obyektin tikintisindən başlamış hazır məhsulların istehsalı və nəqlini əhatə edən proseslər nəzərdə tutulur. Ancaq belə kontraktların bəzi nöqsanları da var. Belə ki, onlar əməkdaşlığın əvvəllərində bağlandığına görə sonrakı dövrlərdə bu və ya digər dəyişikliklərin edilməsinin müzakirəsi mümkünsüz olur.
Azərbaycanda təbii sərvət yataqlarının xarici şirkətlərlə birgə işlənilməsi “Hasilatın pay bölgüsü sazişi”nə əsaslanır. Xarici kompaniya podrad və subpodrat təşkilatı statusunda çıxış edir. Özünün xidmətlər və icra etdiyi işlərin müqabilində istehsal edilən məhsuldan pay alır. Məhsulun pay bölgüsü müqaviləsinin milli dövlət üçün üstünlüyü ondan ibarətdir ki, o, xarici şirkətin həyata keçirdiyi əməliyyatlara nəzarətin yüksək səviyyədə qurulmasına imkan verir. Azərbaycanın neft-qaz, əlvan metallar, dəmir filizi yataqlarını birgə istismar etmək üçün xarici şirkətlərlə çoxsaylı hasilatın pay bölgüsü müqaviləsi imzalanmışdır. Bu kontraktlara əsasən xarici şirkət öz vəsaitləri hesabına kontraktda nəzərdə tutulan işləri yerinə yetirir.
Xarici şirkət təkcə qoyduğu investisiyalara görə iqtisadi səmərə əldə etmir. O, istehsal olunmuş məhsulun satışından əldə edilən mənfəətdən əvvəlcədən müqavilədə təsbit edilmiş faizlə pay alır.
“Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq xarici şirkətlərlə birgə müəssisə, habelə xarici müəssisə də yaradıla bilər. Bu halda birgə və xarici müəssisələr Azərbaycan Respublikasının hüquqi şəxsləri statusuna malik olurlar. Onların təşkilati-hüquqi formaları (səhmdar cəmiyyət, məhdud məsuliyyətli cəmiyyət və s.) müxtəlif ola bilər. Xarici tərəfdaşlar öz paylarını həm nağd pul, həm də məhsul formasında ölkədən çıxara bilərlər.
Qəbul edən ölkənin bir xeyri də ondan ibarətdir ki, xarici ölkələrin qabaqcıl texnologiyaları, texnikası, müasir idarəetmə təcrübəsi ölkəyə gətirilir, idxalı əvəzedən məhsullar istehsal edilir, ixrac potensialı yüksəlir.
Müstəqillik illərində Azərbaycanda çoxsaylı birgə və xarici müəssisələr yaradılmışdır. 1.1.1. saylı cədvəldən göründüyü kimi 2016-cı ildə ölkə üzrə sənaye məhsulunun (neft-qaz sektoru daxil olmaqla) 67 faizə qədəri birgə və xarici müəssisələrdə istehsal edilmişdir. 2018-ci ildə bu göstərici 2016-ci illə müqayisədə işçilərin sayı qismən azalsa da, məhsul istehsalı 12 milyard manat artmışdır. Orada işləyənlərin orta aylıq əmək haqqı 3464 man. olmaqla, sənaye üzrə orta göstəricidən 3,7 dəfə yüksək olmuşdur. Birgə və xarici müəssisələrin sayı 2015-ci illə müqayisədə 1,2 dəfədən çox artmışdır. Birgə və xarici müəssisələrin makroiqtisadi göstəricilərinin intensiv yüksəlməsi Azərbaycanda transmilli biznes üçün əlverişli mühitin olmasını əks etdirir.
Cədvəl 1.1.1.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin