Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Milli biznesdə transmilli şirkətlərin yaradılmasında geniş yayılmış yurisdiksiyalar



Yüklə 0,71 Mb.
səhifə7/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   2   3   4   5   6   7   8   9   10   ...   55
279762823 (1)

Milli biznesdə transmilli şirkətlərin yaradılmasında geniş yayılmış yurisdiksiyalar

Yurisdiksiya

TMŞ tipi

Büdcəyə minimal ödəmə

Xarici gəlirdən vergi tutumu

İkiqat vergidən qurtarmaq üçün müqavilələrdən istifadə imkanları

Nizamnamə fondunun minimal ödənişi

Elan edilmiş nizamnamə fondu

Direktorların minimal sayı

Mühasibat hesabatları

Auditin keçirilməsi

Dövlət orqanlarına hesabatın verilməsi

İllik qeyri-maliyyə ............. ......

Beliz

Beynəlxalq biznes şirkəti

100$

0

-

18

50min dollar

1

-

-

-

-

Ingilis Vircin adası

Beynəlxalq biznes şirkəti

300$

0

-

18

50 min

1

-

-

-

-

O.Cersi

Azad şirkətlər

GBR (Funt sterling)
600

0

-

GBR1

GBR 10min

2

-

-

-

-

Kipr

Beynəlxalq biznes şirkəti




10%

-

5000 Kipr sntu

5000 Kipr suntu

1

-

-

-

-

Lüksembur

Holdinq

02% nizamnamə fondu

0

Bəzi hallarda

31 min avro

31 min avro

1

-

-

-

-

Niderland

MMC

333 NlG(Niderland gulden)

36%

-

18 min avro

40 min avro

1

-

-

-

-

Panama

Qeyri-rezident

150$

0

-

1$

10 min$

3

-

-

-

-

Seyşel adası

Beynəlxalq biznes kompaniyası

100$

0

-

1$

5$

1

-

-

-

-

Mənbə:Журнал «Налоги и налогооблажения, Моксва,« №2,2014,стр. 108
Azad iqtisadi zonalar iyirminci əsrin ikinci yarısından beynəlxalq iqtisadi münasibətlərin mühüm tərkib hissəsi hesab olunur. Ümumdünya təsərrüfatının əlaqələndirilməsi üçün azad iqtisadi zonalar demək olarkı, dünya ticarət dövriyyəsinin aktivləşməsi, mal və sərmayələrin cəlb edilməsi, iqtisadi inteqrasiyanın güclənməsinə görə iqtisadi yüksəlişin sürət amili və bununla eyni vaxda inteqrasiyanın təşkilati formalarından biri kimi çıxış edir. Bir çox hallarda azad ticarət zonasının şərtləri bütün mallar üçün tətbiq olunur.Bəzən isə məhdudiyyətlər olur. Azad ticarət zonası bu zonanı yaradan üzv ölkələrin birində yerləşən idarəetmə aparatı ilə tənzimlənir.
Transmilli biznesin tənzimlənməsinə digər yanaşma üçüncü ölkəyə münasibətdə ticarətin vahid qeyri-tarif tənzimlənməsindən və ümumi gömrük tarifinin tətbiq edilməsindən, milli gömrük tarif qrupunun aradan qaldırılmasından ibarətdir. Bu halda razılaşdırılmış gömrük ittifaqı yaradılır. Bu ittifaq mal və xidmətlərin ticarətini, gömrük rüsumu olmadan, ittifaq daxilində tam azad şəkildə yerləşməsini təşkil edir. Bəzi ölkələr təkcə əmtəə və xidmətlərin sərbəst hərəkəti haqqında deyil, həm də istehsal amillərinin, yəni kapitalın və işçi qüvvəsinin də sərbəst hərəkəti üçün mü­qavilə bağlayırlar. Vahid tarif əsasında dövlətlərarası malların (xidmətlərin) və is­tehsal amillərinin hərəkət azadlığı təmin edilir. Bu halda iqtisadi siyasətin dövlət­lərarası koordinasiyası əhəmiyyətli dərəcədə yüksək təşkilati-idarəetmə səviy­yəsini tələb edir.Bəzi ölkələr iqtisadi birliklər yaradır. Bu birlik daxilində ümumi gömrük tariflərinin, malların (xidmətlərin), istehsal faktorlarının, makroiqtisadi, o cümlədən fiskal siyasətin, əsas aparıcı istehsal sahələrinin uzlaşdırılması təmin edilir.
Transmilli biznesin tənzimlənməsi məqsədilə siyasi birlik yaradılır. Birlik daxilində milli hökumətlər öz funksiyalarının əksər hissəsini birliyin idarəetmə orqanlarına verir. Beynəlxalq praktikada transmilli biznes həm transmilli şirkətlərin və digər təsərrüfat subyektlərinin özlərinin normativ hüquqi aktı, həm də fəaliyyət göstərdikləri dövlətin qanunvericilik və digər normativ aktları ilə tənzimlənir.
Amerika Birləşmiş Ştatlarında TMŞ-lər öz filiallarına daha çox müstəqillik verirlər, şirkət strategiyalarında beynəlxalq marketinqin rolu nəzərə alınır. Müəssisələr qəbul edən ölkənin şəraitinə tezliklə adaptasiya olunurlar, beynəlxalq biznesin etikasına ciddi riayət edirlər. Beynəlxalq şirkətlərin menecmentinin əsas problemlərindən biri xarici filial­ların fəaliyyətinə nəzarətdir. Xarici bazarlarda tələbə uyğun olaraq menecerlərə müstəqil qərar qəbul etmək imkanları verilir. Burada milli xüsusiyyətlər nəzərə alınır, yerli hakimiyyət və işgüzar dairələrlə möhkəm işgüzar əlaqələr yaradılır. Xarici filialların yaradılması zamanı amerikan transmilli şirkətləri satış bazarlarının genişləndirilməsi üçün qəbul edən ölkədə hazır məhsulların istehsalını və müxtəlif xidmətlərin göstərilməsini təşkil edir. Xarici filialların payına düşən ixracın həcmiartırılır. Amerikan korporasiyalarının böyük bir hissəsi tərəfindən öz müəssisələrini təbii resurslarla təciz etmək məqsədi ilə tədbirlər həyata keçirilir. Ölkənin TMŞ-ləri yüksək elmi potensialı, tədqiqat mərkəzləri, universitetləri, texnoloji parkları olan ölkələrdə özlərinin xarici müəssisələrini təşkil edirlər [192, s.2]. Baş idarənin xaricdə yerləşən müəssisələrlə münasibətlərinin optimallaşdırılması problemini həll edərkən, amerikan TMŞ xarici filialların fəaliyyətinin idarə edilməsi strukturunu müəyyən edirlər. Bu zaman xarici filialların istehsal etdiyi məhsul nomenklaturasının sayı və onların ərazi yerləşməsi filialların səlahiyyətinə aid edilir: məhsulu geniş differensiasiya olunan TMŞ özünün oxşar məhsullarını dünyanın üç ən iri bazarına ixracını nəzərə almaqla idarəetmə formasını seçir. Amerika TMŞ-nin fəaliyyətinin səmərəliliyi dəyərlər determinantlarının yaradılmasına əsaslanır.İdarə edən TMŞ-lər şirkətin mallarına dəyər əlavə edən strategiyalardan istifadə edərək gəlirliliyi artıra bilirlər. Bu da ona qiymətləri qaldırmağa imkan verə bilir. Onlar mövcud bazarlarda daha çox məhsul satmağa imkan verən və ya daha pers­pektivli bazarlara çıxmaq imkanı verən strategiyalardan istifadə edərək, gəlirləri artıra bilirlər.
Ölkənin daxili bazarını qorumaq və daxili bazarın tələbatını yerli istehsalın hesabına təmin etmək üçün 2018-ci ildən başlayaraq ABŞ hökuməti ölkəyə idxal edilən polada 25 faizlik, alüminiuma isə 10 faizlik uzunmüddətli rüsum tətbiq edir.[67,s.2]
Macarıstan Elmlər Akademiyasının məşhur professoru M.Şiman qeyd edir ki, dövlət və transmilli şirkətlər arasında qarşılıqlı əlaqə neytral, münaqişəli və koordinasiyalı xarakter daşıyır. Transmilli şirkətlərin normativ hüquqi aktları onların fəaliyyət göstərdikləri ölkələrin hüquqi, normativ və spesifik aspektlərinə uyğun tərtib edilir [226, s.37-38].
Ticarətin və xarici investisiyaların sərbəstləşdirilməsi, xarici şirkətlərin xeyrinə daha çox səy göstərilməsi, həm milli, həm də beynəlxalq şirkətlər üçün eyni rejimin tətbiq olunması, ölkələr və transmilli şirkətlər arasında müəyyən münasibətlərin aspektlərini daha çox neytrallaşdırır. Buna görə də bir çox dövlətlər transmilli şir­kətlərin vəzifələri ilə uyğunluq təşkil edən və ya münaqişəli olan məsələlərə rəhbərlik edirlər. Beynəlxalq şirkətlər hər bir konkret dövlət üçün dünya təsərrüfatının nümayəndəsi hesab olunur və muxtariyyətin müxtəlif məhdud qaydalarına malik olurlar. Xüsusilə, onlar qlobal strategiya ilə işləyə və qlobal qərarların qəbul olunması üzrə mərkəz yarada bilir. Amma dövlət daha çox beynəlxalq sistemin siyasi elementidir və bütün şirkətlər onlar tərəfindən müəyyən edilən hüquqi və instutsional çərçivədə fəaliyyət göstərirlər. Bütün bu məsələlər səmərəli işlənmiş uzunmüddətli strategiya, elastik idarəetmə, vacib resurslarla təminat tələb edir. Bir qayda olaraq, məhsul istehsalının balanslaşdırılması, mütəxəssislərin yerli şəraitlə tanış olması, milli qanunvericiliyə əməl edən birgə müəssisədə iştirak etmək istəyinin daha aydın biruzə verilməsi, milli xüsusiyyətlərin öyrənilməsi, idxal-ixrac qaydalarına əməl olunması transmilli şirkətlərin nəzərə almalı olduqları əsas müddəalardır. Bütün bunlar qəbul edən ölkənin rəhbərliyi ilə transmilli şirkətlərin və digər təsərrüfat subyektləri arasında razılaşma yolu ilə əldə olunur.
Transmilli şirkətlər beynəlxalq bazarda ölkələrin rəqabət qabiliyyətinin formalaşması və onların rəqabət üstünlüyünün reallaşmasını təmin edən əsas subyekt hesab olunur. Texniki inkişaf, istehsal, satış, qənaətlilik və risk qəbulu üzrə fəaliyyət və imkanlar onları beynəlxalq bazarda rəqabətin əsas iştirakçıları, həm də bu rəqabət gedişində onları həm qalib, həm də məğlub edir.
Beynəlxalq təcrübəni ümumiləşdirərək, ölkə miqyasında transmilli biznesin tənzimlən­məsini blok-sxem formatında aşağıdakı kimi verilə bilər (şəkil 2.2).Digər ölkənin transmilli biznesinin ölkə ərazisində təşkilinə icazə verməzdən əvvəl milli dövlətmilli şirkətlərlə rəqabətdə olan xarici şirkətin əvvəllər öz məhsulunu milli bazara ixrac edib-etməməsini nəzərə alır. Ona görə də xarici şirkətlər rəqabət aparmaqdansa birgə müəssisə yaradılmasına üstünlük verirlər. Bəzi hallarda yerli şirkəti satın alan xarici şirkət satın aldığı şirkətin rəqabət potensialını yüksəltməyə yox, rəqib istehsalın ləğv edilməsində maraqlı olurlar. Çünki xarici transmilli şirkətlərin konkret bir milli firmanı satın alması onun regional və beynəlxalq bazarda üstünlüyünün güclən­dirilməsinə səbəb olur.
Beynəlxalq təcrübədə hasilatın pay bölgüsü müqaviləsi müxtəlif variantlarda tətbiq edilir: istehsal edilən bütün məhsulun bölüşdürülməsi; mənfəət məhsulunun bölüşdürülməsi və mənfəətin bölüşdürülməsi.



Dövlət

Tənzimlənmə prosesi və etapları

Dövlət tənzimlənməsi

Bazar ziddiyyətlərinin aradan qaldırılması

Tənzimləmə üsulları

Transmilli biznes – tənzimlənmənin obyekti kimi

Dövlət tənzimlənməsinin xüsusi elementləri

Transmilli biznesin aparıcı rolu

Tənzimləmə metodikasının elementləri

Nisbi dövlət tənzimlənməsi

TMŞ və dövlətin biznes maraqlarının üst-üstə düşməməsi

Tənzimləmə vasitələri

Münaqişəli situasiyaların kənarlaşması

Münaqişəli situasiyaların dərinləşməsi

Münaqişələrin kənarlaşmasının forma və metodları

Milli biznesin rəqabətqabiliyyəti­nin sürətlənməsi

Daxili bazarda TMŞ xarici təsiri

Ölkə iqtisadiyyatının vəziyyətinin nəticəsi

Bazar
təsiri

Bazar proseslərinin özünü tənzimləməsi

Transmilli biznes üçün maneələrin aradan qaldırılması

Münaqişəli situasiyalar saxlanılır

Milli biznesin rəqabətqabiliyyəti­nin zəifləməsi


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin