Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


İstifadə edilmiş ədəbiyyat siyahısı



Yüklə 0,71 Mb.
səhifə3/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   2   3   4   5   6   7   8   9   ...   55
279762823 (1)

İstifadə edilmiş ədəbiyyat siyahısı




Əlavələr


Giriş
XXI əsrdə müasir transmilli biznes eyni zamanda iki istiqamətdə inkişaf edir. Transmilli biznes dünya iqtisadiyyatının uğurlu inkişafı şəraitində qlobal miqyasda, böhranlı vəziyyətlərdə isə ikitərəfli, həm qlobal, həm də lokal miqyasda baş verir. Ölkənin digər ölkələrlə qarşılıqlı fəaliyyətindən və iqtisadi yaxınlaşmasından transmilli bizneslə məşğul olan iri inteqrasiya olunmuş regional təsərrüfat subyektləri formalaşır. Onlar dünya iqtisadiyyatında nisbətən müstəqil mərkəzlərə çevrilirlər.
Transmilli biznesin formalaşması ümumi prinsiplərə əsaslansalar da, bu proses müxtəlif ölkələrdə özünəməxsus bir formada baş verir. Transmilli biznes müxtəlif ölkələrdə iqtisadiyyatın strukturundan, sosial-iqtisadi inkişaf səviyyəsindən, təşkilati-idarəetmə strukturundan, milli-etnik xüsusiyyətlərdən, dövlətin inkişaf səviyyəsindən asılı olaraq fərqlənir. Eyni zamanda sürətli inkişaf edən, təmərküzləşən iri milli şirkətlərin TMŞ kimi reytinqlərdə yer tutmalarına zəmin yaratmaq, bunu əsaslandırmaq dövlətin və iqtisad elminin marağında olan məsələlərdəndir. Azərbaycan 1994-cü ilin sentyabrından “Əsrin müqaviləsi”ni imzaladıqdan sonra “Qarabağ”, “Dan ulduzu”, “Əşrəfi”yataqlarında neft hasilatının pay bölgüsü (HPB) müqavilələrini imzalayıb. İndiyə kimi bu istiqamətdə 22-dən artıq müqavilə bağlanılmışdır.
BP, Amoko, Petroyl, Yunikal kimi ən iri TMŞ-lər Azərbaycanın neft yataqlarında pay sahibi oldular. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 70%-ə qədəri neft sənayesinə qoyulur. Bunun 80%-i isə xarici TMŞ-lər tərəfindən qoyulur. Bu göstərici TMŞ-in Azərbaycan iqtisadiyyatında böyük rola malik olduğunu göstərir. TMŞ-in Azərbaycan iqtisadiyyatında müsbət və mənfi təsirləri var ki, onları da araşdırmaq tələb olunur. Ölkədən investisiya resurslarının çıxarılması və kapital axınının artması meylləri transmilli biznesin bir növü kimi hökumət səviyyəsində tənzimləməni tələb edir. Bu məqsədlə transmilli biznesin həm ölkə üzrə tənzimlənməsi, həm də sahə üzrə tənzimlənməsi çox vacib olur. Bu məqsədlə ölkənin tədiyə balansının və milli hesablar sisteminin qalan dünya ilə iqtisadi əlaqələr hesabi təhlil edilməli, transmilli biznesin istehsal bazası araşdırılmalıdır. Buradan da transmilli biznesə müxtəlif nəzəri-metodoloji yanaşmalar və ölkə səviyyəsində praktiki məsələlərin həllinin zəruriliyi meydana çıxır. Bunlar da konkret ölkədə transmilli biznesin mövcud durumunu, onun təşkilati-idarəetmə sistemini, qanunvericilik bazasını və istehsal potensialını elmi araşdırma predmetinə çevirməyi zəruri edir.
Beynəlxalq miqyasda transmilli biznes sektorunda fəaliyyət göstərən əsas təsərrüfat subyekti transmilli şir­kət­lərdir. Bu tədqiqatı aktual edən digər cəhət ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq miqyasda qəbul edilmiş qaydada transmilli şirkət statuslu biznes subyekti yoxdur. Bunun səbəblərini araşdırmaq elmi və praktiki əhəmiyyət kəsb edir. Problemə yanaşmada dəqiq metodologiyanın seçilməsidə fərqli nöqteyi-nəzərlərin araşdırılmasını zəruri edir.
Azərbaycan alimləri beynəlxalq biznesə, transmilli şirkətlərə, beynəlxalq iqtisadi münasibətlərə, qlobal iqtisadiyyata inteqrasiyaya həsr olunmuş əsərlər yazmışlar. Bu əsərlərin predmetindən fərqli olaraq, bu tədqiqatda bilavasitə Azərbaycanda xarici və yerli şirkətlərin transmilli biznesləri ilə bağlı olan problemlər araşdırılır.
Transmilli biznesin nəzəriyyəsi və praktiki problemlərinə aid tədqiqatlar aparıl­masına baxmayaraq, müasir nəzəriyyədə transmilli biznesin tənzimləmə mexanizmi və iqtisadi-hüquqi aspektləri mübahisə predmeti olaraq qalır.





Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin