Tədiyyə balansının göstəricilərinin təhlili hökumətin bütünlükdə iqtisadi siyasətini, o cümlədən transmilli biznesinin təşkili və idarə edilməsi sisteminin formalaşdırılması, istehsal və xidmət sferasının transmilliləşdirilməsi üçün böyük əhəmiyyəti var. Çünki xarici iqtisadi əlaqələrin səmərəli olub-olmaması məhz tədiyyə balansında əks olunur.
Bu işdə tədiyyə balansında tarazlığın qiymətləndirilməsi aşağıdakı ardıcıllıqla və qaydada həyata keçirilmişdir [52,s.148]:
- cari tədiyyə balansının və ticarət balansının saldosunun qiymətləndirilməsi;
- xidmətlər balansının saldosunun qiymətləndirilməsi;
- kapital qoyuluşlarından əldə olunan gəlirlərin dəyərləndirilməsi, neqativ və pozitiv təsir edən amillərin müəyyən edilməsi ;
- ölkə qarşısında digər ölkələrin öhdəlikləri üzrə ödənişlərin həcminin qiymətləndirilməsi.
2014-cü ilə qədər Azərbaycanın tədiyyə balansının cari əməliyyatlar hesabının saldosu stabil olaraq tədricən artmış və 2014-cü ildə böyük həcmdə müsbət saldo formalaşmışdır. Belə vəziyyət milli valyutanın mövqeyini möhkəmləndirilməsi və ölkənin investisiya idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə maliyyə bazası yaradır. Müsbət saldonun kəsgin artımı isə eyni zamanda inflyasiyanı stimullaşdırdığına görə tədiyyə balansının tarazlığını təmin etmək üçün cari əməliyyatlar hesabının saldosunun müsbət olması dövlət tərəfindən müəyyən hədd daxilində tənzimlənməsi həyata keçirilir. İxracın stimullaşdırılması siyasəti xarici tələbin ödənilməsinə istiqamətləndirildiyinə görə eyni zamanda daxili tələb də nəzərə alınmaqla, sənayenin və kənd təsərrüfatının istehsal strukturunun formalaşdırılması həyata keçirilməlidir. Bir çox ölkələrdə yuxarıda deyilən mənfi təsirləri neytrallaşdırmaq məqsədilə ixracyönümlü siyasətin modernləşdirilmiş variantından istifadə edirlər. Modernizasiya ondan ibarət olur ki, beynəlxalq bazarlarda rəqabət qabiliyyəti olan və idxalı əvəzləyən məhsullar istehsal edilir. Beləliklə, ixracyönümlü idxalı əvəzedən sənayeləşmə siyasətinin həyata keçirilməsi zəruridir.
2014-cü ildə cari əməliyyatlardan və kapital hesabından ölkə rezidentlərinin hesabına daxilolmalar 36 milyard dollar, ödənişlər isə 25,6 milyard dollar təşkil etmişdir. Ancaq bütünlükdə tədiyyə balansının yekunu rezidentlərin xeyrinə cəmisi 4,2 milyard dollara çatmışdır (cədvəl 2.2.1).
Cədvəl 2.2.1