Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Xarici ticarətin indeks göstəricilərində istifadə olunan model parametrləri



Yüklə 0,71 Mb.
səhifə20/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   16   17   18   19   20   21   22   23   ...   55
279762823 (1)

Xarici ticarətin indeks göstəricilərində istifadə olunan model parametrləri




Modelləşdirilmiş indeks vahidlərinin adları

2005

2018

2005-2017

Modelin parametrləri (determinasiya əmsalı)

1

Ixrac kvotasının indeksi

0.328

0,250

0,078

0,244

2

Idxal kvotasının indeksi

0.318

0,140

0,178

0,041

3

Xarici ticarət kvotasının indeksi

0.524

0,390

0,134

0,267

4

Ixrscın ümumi dəyərində sahə ixracının miqdarı

0.928

0,930

0,063

0,069







2009

2018

2009-2018




5

Sahə istehsalının ixrac kvotasının indeksi

0.639

0,641

0,002

0,643

6

Sənaye sahəsinin struktur ixtisaslaşması indeksi

0.100

0,931

-0,831

0,305

7

Sahənin nisbi ixtisaslaşması

2,796

1,541

1,255

0,733

Mənbə: Cədvəl iddiaçı tərəfindən tərtib edilmişdir.[240,s.1293]
2.1.15 saylı cədvəldən göründüyü kimi ixrac kvotası 2012-2018-ci illərdə 0.328-dən-0,250-ə qədər dəyişmişdir. Hesablama nəticəsində aldıgımız göstərici isə 0,244-dür. Deməli, bu göstərici modelin parametrinə (determinasiya əmsalı) uygundur . İdxal kvotası faktiki olaraq 0.318-dən - 0,140-a qədər dəyişmişdir, yəni azalmışdır, amma hesablama nəticəsində aldıgımız göstəricidən (0,041) nəzərə carpacaq dərəcədə yüksəkdir. Xarici ticarət kvotasının indeksi 0.524-dən 0,390-na qədər dəyişmişdir, hesabladıgımız determinasiya əmsalı isə 0,267-ə bərabərdir. Deter­minasiya əmsalından belə kənarlaşma idxalın göstəricilərindəki kənarlaş­malardan yaranmışdır. Xarici ticarət kvotasındakı ixracın ümumi dəyərində sahə ixracının miqdarı 0.928-dən 0,930əqədər dəyişmişdir. Hesablama nəticəsində aldığımız determinasiya əmsalı isə 0,069-a bərabərdir. Kənarlaşma coxdur. Sənaye sahəsinin struktur ixtisaslaşması indeksi (2009-2017), sahənin nisbi ixtisaslaşması (2009-2017) indeksi hesablama göstəricisindən cox fərqləndiyinə görə səmərəli hesab olunmur.
Əlavə 5-də qrafik 2.1.1-də xarici ticarət sahəsində transmilli biznesin indeks göstəricilərinin modelləşdirilməsinin əsas nəticələri əks olunmuşdur.
Bu indekslərin modelləşməsi ilə bərabər ixrac, idxal və xarici ticarət xüsusi çəkisinin proqnoz göstəriciləridə hesablanmışdır. (Əlavə 1; Cədvəl 2.1.16; 2.1.17; 2.1.18; 2.1.19)
2.1.16-saylı cədvəl göstəricilərdən aydın olur ki, 2005-2018-ci illər üzrə ixracın xüsusi çəkisinin orta göstəricisi 34,9 % təşkil etmişdir. Belə yüksək artıma 2008-ci ildə olan 9,7% ixrac kvotasının təsiri az deyil. Artım tempi həmin il üçün 3,70% olmuşdur. Ümumi ixrac kvotasının orta artım tempi 1,06 % olmuşdur. 2019-2022-ci illər üçün bu göstəricini, yəni ixrac kvotasının artım tempini əvvəlki illərin ixrac kvotasının orta qiymətinə vurmaqla müəyyən etsək bu göstəricilər uyğun olaraq 34,5%, 34,1%, 33,7% civarında dəyişir. Göründüyü kimi ixracın xüsusi çəkisinin yüksələn artımı Azərbaycan Respublika­sının ixracının artmasını, yəni onun xarici ticarət dövriyyəsinin müsbət saldosundan xəbər verir. Amma qeyd olunduğu kimi, uğurlu tənzimləmə üçün bu göstərici 30-40% arasında saxlanılmalıdır. Gələcək illərdə isə ixracın xüsusi çəkisinin bu göstəricidaha yüksək ola bilər. Çünki Azərbaycan hökuməti ixracyönümlü siyasəti həyata keçirir. Əvvəllər qeyd edildiyi kimi, ixracın xüsusi çəkisinin artım tempində əvvəlki illərdə xüsusən 2008-ci ildəki göstərici, ahəngdarlığn pozulmasına, güclü sıçrayışa səbəb olmuşdur. Ümumilikdə ixrac prosesinin artım tempinin tənzimlənməməsi, ahəngdarlığın təmin olunmaması uzunmüddətli proqnozların mənasız olmasına səbəb olur, reallıqdan uzaqlaşır.
2.1.17-saylı cədvəldəgələcək 2019-2021-ci illər üçün idxalın xüsusi çəkisinin proqnozu verilmişdir. 2005-2018-ci illər üzrə idxal kvotası faizlərinin orta qiymətləndirilməsi göstəricisi 14,5%-dir, idxalın artım tempi isə 1,13-dür. 2019, 2021-ci illər üçün proqnoz göstəricisini uyğun olaraq 16,03%, 18,5%, 20,09% kimi müəyyən edilir. Dünya praktikasında isə, qeyd etdiyimiz kimi, idxal kvotasının normal halda 20% olmasını məqbul sayırlar.
2.1.18-saylı cədvəldə Azərbaycan Respublikasında xarici ticarət kvotasının qısamüd­dətli proqnoz qiymətləndirilməsini də əks etdirmişik. Göstəricilərin proqnoz qiymətləndiril­mə­sini aparmaq üçün 2005-2018-ci illər üzrə AR xarici ticarət kvotası (%-lə) faizlərinin orta qiymətı tərəfimizdən hesablanmış, daha sonra orta ixrac kvotası(ixracın xüsusi cəkisi)göstəricisi hesablanmışdır. Orta ixrac kvotası göstəricisi 2005-2018-ci illər üzrə 52,7%, orta artım tempi isə 1,0 olmuşdur. 2019, 2020, 2021-ci illərdə bu göstərici 52,78%, 52,7%, 52,2% gözlənilə bilər.
Xarici ticarətin ÜDM-da xüsusi cəkisinin optimal həddi isə 60-70% olmalıdır. Deməli, Azərbaycan respublikasının transmilli biznesinin səmərəli tənzimlənməsi ücün ixrac və idxal arasındakı nisbətintənzimlənməsi zəruridir.
Xarici ticarətdə makroiqtisadi proseslərin proqnozlaşması və təhlili zamanı istehsal funksiyası ilə modelləşmədə parametr kimi bütün istiqamətlər üzrə indeks­lərdən istifadə etmək məqsədəuygundur. Metodik zəmanət ayrıca indeks vahidlərinin nəzərə çarpmayan kicik aslılığına əsaslanmışdır. Modelləşmənin nəticələri göstərir ki, bütün təqdim edilən indeks vahidlərinin hamısından, onların məcmusundan istifadə etmək mümkündür. Amma ixrac yönümlü iqtisadiyyatın spesifikası transmilli biznesə təsir edən xarici amillərin yaratdığı problemlərinin hissəvi kənarlaşdırılmasını təmin edən fiziki həcm indekslərindən istifadəyə üstünlük verir. Belə ki, 2005-2011-ci illər ərzində iqtisadi artım intensiv olmuşdur. 2005-ci ildə iqtisadiyyatın stabilləşməsi nə­ti­cəsində maksimal artım müşahidə olunmuşdur. Xari­ci ticarətin özəlliklərinin aşkar­lanması, ixrac-idxal kvotalarının optimal nisbətinin formalaşması transmilli biznesin tənzimlənməsinin əsas perspektiv istiqamətlərindən biri olması faktını təsdiq edir.
Beynəlxalq təcrübə göstərir ki, transmilli biznesin inkişafı məqsədi ilə ölkələr arasında mal və xidmətlərin hərəkətində məh­dudiyyətlərazaldılmalı, iqtisadi-hüquqi siyasətdə ölkələr arasında razılaşmalar əldə edilməli, iqtisadiyyatın və onun innova­siya elementlərinin birgə maliyyələşməsinin proqressiv formaları əsasında elm və texnikada, istehsalda beynəlxalq koope­rasiya və ixtisaslaşma dərinləşdirilməli, birgə normativ hüquqi akrların və standartların işlənməsi, inteqrasiya proseslərinin idarə­etmə orqanlarının qarşılıqlı inkişafında proqram məqsədli tənzimlənmənin tətbiq edilməsi tələb olunur.
Apardığımız araşdırmalar göstərir ki, Azərbaycanda transmilli biznesin inkişafı üçün əlverişli real ehtiyatlar mövcuddur. Onların sırasında respublikanın sosial-iqtisadi inkişaf potensialının yüksək olmasını, Avropa-Asiya ölkələri arasında nəqliyyat-tranzit mərkəzinə çevrilməsini, informasiya-kommunikasiya texnologiya­sının müasir sisteminin yaradılmasını, daxili ticarətin inkişafını, azad iqtisadi zonanın yaradılmasını və sairələri göstərmək olar.
Transmilli biznesin genişlənməsində daxili ticarət də əhəmiyyətli rol oynayır və onun bu prosesə təsiri yüksəkdir. 2018-ci ildə respublikada pərakəndə ticarət dövriyyəsi 37,0 mlrd. manat təşkil etmişdir (Əlavə 2: Cədvəl 2.1.27). Onun da 50%-ə qədəri ərzaq mallarının payına düşür. Qeyri-ərzaq mallarının satışı 18,6 mlrd. manat olmuşdur. Ərzaq malları ilə müqayisədə qeyri-ərzaq mallarının yüksək artım tempi əhalinin həyat səviyyəsinin yüksəlməsini göstərir.Pərakəndə ticarət dövriyyəsinin artım templəri kifayət qədər yüksək və stabildir.Son illər respublikada ticarətin elektron ticarət forması da müvəffə­qiy­yət­lə inkişaf edir. 2018-ci ildə elektron ticarət dövriyyəsi 2,6 mln. man. təşkil etmişdir.
Azərbaycan respublikası iqtisadiyyatın qlobal rəqabət qabiliyyəti üzrə 144 dövlət icində 38-ci yerdə, MDB ölkələri arasında isə 6 ildir ki, liderdir. Dünya İqtisadi Forumunun «Qlobal Rəqabətlilik Hesabatı»na əsasən makroiqtisadi mühitin sabitliyi üzrə Azərbaycan dünyada 9-cu yerdədir (Əlavə 2;Cədvəl 2.1.21.;2.1.22; 2.1.23:).



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin