Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


-2019-cu illərdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrindən gəlir göstəricisi (daxil olmalarla ödənişlərin saldosu)



Yüklə 0,71 Mb.
səhifə28/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   24   25   26   27   28   29   30   31   ...   55
279762823 (1)

2013-2019-cu illərdə Azərbaycan Respublikasının xarici iqtisadi əlaqələrindən gəlir göstəricisi (daxil olmalarla ödənişlərin saldosu)




Göstəricilər

2013

2018

2019

Mln.doll.

%-lə

Mln.doll.

%-lə

Mln.doll.

%-lə




Cari əməliyyatlar və kapital hesabı

12305

100

6051

10

4365

100




Neft-qaz sektoru

22145

180

12469

173

11500

438




Digər sektorlar

-9840

-80

-6818

-73

-7126

338

1.

Xarici ticarət balansı

20620

100

9841

100

8532

100




Neft-qaz sektoru

28836

140

17430

133

16136

202




Digər sektorlar

-8216

-40

-7589

-33

-7603

102

2.

Xidmətlər balansı

-4189

100

-2062

100

-2616

100




Neft-qaz sektoru

-2565

-61

-1712

67

-1839

92




Digər sektorlar

-1624

-39

-350

33

-776

8

3.

Gəlirlər

-4121

100

-2460

100

-2061

100




Neft-qaz sektoru

-4127

-100

-2849

120

-2805

105




Digər sektorlar

6

0.0

389

20

744

5

4.

Cari transfertlər

7

100

174

100

-

-

Mənbə: AR Mərkəzi Bankının intersaytının materialları əsasında müəllif tərtib etmişdir.
www.cbar.az/page-39/annual-reports


Qeyri-neft sektoru üzrə ticarət balansı 6,3 milyard dollar həcmində mənfi olmuşur. Milli valyuta məzənnəsinin 2015-ci ilə kimi idxal prosesləri üçün yaxşı olması idxalın coxalmasını motivasiya etmişdir. Bu idxal mallarına ərzaqlar texnoloji məhsullar, xammallar, müxtəlif dərmanlar və s. daxildir. İdxalın maliyyələşdirilməsi üçün xarici kreditlərin istər dövlət və istərsə də özəl qurumlar tərəfindən cəlb edilməsinə dövlət tərəfindən məhdudiyyətlər də qoyulmur. Eyni zamanda ixracın stimullaşdırılması siyasəti də həyata keçirilir.
Xidmətlər balansında proseslər qeyri-rezidentlərin xeyrinə baş vermişdir. 2014-cü ildə qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdikləri xidmətlərin həcmi Azərbaycan rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi xidmətlərə nisbətən 2,4 dəfə və ya 6090 mln.dollar çox olmuşdur. Belə hal xidmətlərə görə mənfi saldo ilə sonlanmışdır. Bu, o deməkdir ki, xidmətlər üzrə ölkə rezidentlərinin hesabına da­­xil olan vəsaitlər cəmisi 4297 milyon dollara yaxın, qeyri-rezidentlərə ödənişlərin məb­ləği isə 10387 milyon dollar olmuşdur. Mənfi saldo ən çox tikinti xidmətləri üz­rə (-3863 mln.dollar) əsasən neft-qaz sektorunda yaranmışdır (67%). İstehsalın bu sektorunda tikinti-quraşdırma işlərini xarici ölkələrin rezidentləri həyata keçirmişlər.
Tədiyyə balansında formalaşan mühüm meyllərdən biri də ondan ibarətdir ki, 2000-2014-cü illərdə cari əməliyyatlar hesabının mühüm tərkib hissəsi olan “Gəlir­lər” maddəsi əmək ödənişlərindən, qiymətli kağızlardan (portfel investisiyası), birbaşa investisiyalardan və kreditlərdən istifadəyə görə əldə edilən gəlirlər, “Mülkiy­yətdən gəlirlər” üzrə də mənfi saldo formalaşmışdır.
2005-ci ildə Azərbaycan rezidentlərinin xarici ölkələrin iqtisadiyyatına qoyduq­ları investisiyalara və əmək ödənişlərinə görə gəlirləri cəmi 202 mln.dollar, xarici ölkələrin Azərbaycandakı rezidentlərinin gəlirləri isə 1848 mln.dollar olmuşdur. Bu gəlirlərin də əsas hissəsi neft-qaz sektoruna qoyulan birbaşa investisiyalardan əldə edilmişdir. Beləliklə, 2005-ci ildə tədiyyə balansının “gəlirlər” maddəsi üzrə saldo 1646 mln.dollar, 2013-cü ildə 4121 mln.dollar, 2014-cü ildə 2582 mln.dollar, 2017-ci ildə 1760 mln.dollar məbləğində qeyri-rezidentlərin xeyrinə olmuşdur. 3.2.10 saylı cədvəldə gəlirlərin tərkibi və kimə məxsus olması 2010-2018-ci illərin misalında əks etdirilmişdir.
Cədvəl 2.2.10
Xarici-iqtisadi əlaqələrdən ilkin gəlirlərin rezident və qeyri-rezidentlər arasında bölüşdürülməsi

Göstəricilər

2010

2013

2018

Mln.dollar

%-lə

Mln.dollar

%-lə

Mln.dollar

%-lə

Gəlirlər, cəmi

4819

100

6179

100

4330

100

O cümlədən:
Rezidentlər (daxilolmalar)



676



14



1029



17



1631



28

-qeyri-rezidentlər (ödəmələr)

4163

86

5150

83

4090

72

Ondan: investisiya gəlirlərinin repatriasiyası (əsasən xam neft şəklində)

3082

64

4100

66

-2126

52.3

Əmək haqqı

114

2

223

4

544

4.8

Xarici kreditlərə görə ödənilən faizlər

212

4

419

7

459

9.3

Mənbə: AR Mərkəzi Bankı, “Azərbaycan Respublikasının tədiyyə balansı”, internet saytı - Mərkəzi Bankın illik hesabatları əsasında müəllif tərtib etmişdir.


Gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi ildən ilə artaraq, 2013-cü ildə 6179 mln., 2018-ci ildə isə azalaraq 4330 mln. ABŞ dollarına bərabər olmuşdur. 2013-2018-ci illərdə ümumi gəlirlərin 70-80%-i Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil etmişdir. Qeyri-rezidentlərin gəlirlərinin əsas hissəsini Azərbaycan beynəlxalq Əməliyyat Şirkətinin xarici investisiyalarının payına düşən gəlirlərinin repatriasiyası (73% xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqqı və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (neft-qaz sektoru da daxil olmaqla) təşkil edir. Bütünlükdə, 2013-2018-ci illərdə qeyri-rezidentlərə ödənişlərin 80%-ə qədəri neft-qaz sektorunun payına düşmüşdür. Həmin ödənişlərin 70%-dən çoxu isə investisiya gəlirləri olmuşdur. Burada qeyd edək ki, faydalı qa­zıntı yataqlarının xarici investorlarla birgə işlənməsində Azərbaycanda geniş tətbiq olunan hasilatın pay bölgüsü zamanı qanunvericiliklə xarici investorlar həm öz in­vesti­siyalarını repatriasiya etmək, həm də mənfəətin bölgüsündə öz paylarına mütə­nasib iştirak etmək hüququna malik olurlar. Yerli investorların ancaq və ancaq mən­fəə­tin bölgüsündə iştirak etmək hüququ vardır. Özü də xaricilər qoyduqları inves­tisiyaları repatriasiya etdikdən və istismar xərclərini çıxdıqdan sonra qalan mənfəət iştirakçılar arasında, qeyri-rezidentlər daxil olmaqla bölüşdürülə bilər. Beləliklə, bu mexanizmin tətbiqini ədalətli hesab etmək düzgün deyil. Çünki o, yerli və xarici investorlara bərabər şərait yaratmır.
Rezidentlərə daxil olan gəlirlər də artır. Belə ki, 2010-cu ildə bu göstərici 676 mln. dollardan 2013-cü ildə 1674 mln. dollara çatmış, 2018-ci ildə isə azalaraq 1285 mln.dollar olmuşdur. Ancaq 2013-cü ildə ölkə rezidentlərin payına ümumi gəlirlərin 17 faizi, 2018-ci ildə 28 faizi düşmüşdür.
2011-ci ildə gəlirlər Dövlət Neft Fondunun xaricdə yerləşdirilmiş vəsaitlərinə (50%), Mərkəzi Bankın sərəncamında olan xaricdəki valyuta ehtiyatlarına (6%) hesablanmış və kommersiya banklarının xaricdə yerləşdirilmiş aktivlərinə hesab­lanmış faizlər üzrə gəlirlərdən ibarətdir. İqtisadi ədəbiyyatda göstərilir ki, xarici iqtisadi əlaqələrdən daxil olan gəlirlər kifayət qədər olmalıdır ki, dövlətin mərkəz­ləşdirilmiş idxalını və xarici borcları üzrə ödənişləri təmin etsin.
2005-2018-ci illərin tədiyyə balanslarının təhlili göstərir ki, bütün bu dövr ər­zində xarici iqtisadi əlaqələrdən gəlirlər saldosu qeyri-rezidentlərin xeyrinə olmuşdur. Bu rəqəm 2010-cu ildə 3467 mln.dollar, 2013-cü ildə 2581 mln.dollar, 2018-ci ildə 1760 mln. dollar olmuşdur. Dövlət statistikasına əsasən deyə bilərik ki, qiymətli kağızlardan qeyri, bütün digər gəlir mənbələrinə görə yekun göstərici qeyri-rezidentlər ücün əlverişli olmuşdur.
Cari əməliyyatlar hesabının sonuncu tərkib hissəsi olan maddə “Cari transfert­lərdir” (yeni təlimata görə “təkrar gəlirlər”). 2014-cü ildə cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 3426 mln.dollar məbləğində qiy­mət­ləndirilmişdir. Bu məbləğin 52%-ni ölkəyə daxilolmalar təşkil edir. Belə ki, xarici ölkələrdən daxil olan pul baratlarının, humanitar malların, texniki və digər yardım­ların ümumi dəyəri 2005-ci ildəki 625 mln.dollar məbləğindən artaraq 2014-cü ildə 1800 mln.dollar, 2017-ci ildə 1113 mln.dollar səviyyəsinə çatmışdır. Belə ki daxil olan vəsaitin cox hissəsi, demək olar 95%-i xarici dövlətlərdən köçürülən pul ödə­mələridir. Yerdə qalan 2,8%- i ölkəyə daxil olan humanitar mallar,onların dəyəri və 2,2%-i isə bütün başqa daxilolmalar. Ölkədən çıxarılan cari transfertlərin məbləği 2017-ci ildə 2005-ci illə müqayisədə 2,8 dəfə artaraq 404 mln.dollara çat­mışdır. 2005-2018-ci illərdə cari transfertlərin saldosu Azərbaycan rezident­lərinin xeyrinə olmuşdur. Ancaq cari transfertlər üzrə əməliyyatların müsbət saldosu 2005-ci ilə nisbətən 2,8 dəfə azalaraq 174 mln. dollar (ÜDM-in 0,3%-nə) bərabər olmuşdur.
Tədiyyə balansından görünür ki, 2017-ci ildə Azərbaycan 14 mlrd.dollara ya­xın neft-qaz məhsulları ixrac edib, 1,3 mlrd.dollar məbləğində neft-qaz məh­sul­la­ra idxal edib. Azərbaycandan qeyri-neft məhsullarının ixracı 1,5 mlrd.dollar, idxal isə 7,7 mlrd.dollar olub. Beləliklə, 2017-ci ildə neft-qaz sektorundan 12,3 mlrd.dol­lar müsbət saldo, qeyri-neft sektorundan 6,2 mlrd.dollar mənfi saldo for­malaşıb. Bu, o deməkdir ki, neft sektorundan əldə olunan gəlirlər, qeyri-neft məh­sullarının xaricdən alınmasına xərclənir. 2017-ci ildə Azərbaycan 8,1 mlrd.dol­larlıq xidmət idxal edib. Bunun 2,6 mlrd.dolları turizm xidmətlərinə, 2,5 mlrd.dolları tikinti xidmətinə, 1 mlrd.dollar nəqliyyat xidmətinə yönəlib. Bütünlükdə xidmət­lərdən Azərbaycana daxil olan vəsaitlər 47 mlrd.dollar olub. Bu məbləğin 228 mln.dolları ARDNŞ-n xaricdəki fəaliyyətindən alınan gəlirlərdir.
Ölkənin aktivləri 2014-cü ildəki 11,7 mlrd.dollardan 2015-ci ildə 13,7 mlrd. dollara qədər artmışdır. Bu artım ölkədən xaricə yönəldilmiş birbaşa və digər investisiyaların hesabına formalaşmışdır.
2015-ci ildə birbaşa investisiya kimi ölkədən gedən vəsait 32,59 mlrd.dollar olub. Bunun 1,8 mlrd.dolları xaricdəki neft-qaz layihəsindəki investisiya öhdəlikləri ilə bağlı olub. Azərbaycana birbaşa investisiya formasında 1,9 mlrd.dollar cəlb olun­muşdur ki, bunun 3,2 mlrd.dolları xarici ölkələrin neft-qaz şirkətlərindən daxil olub.
Tədiyyə balansının təhlili göstərir ki, 2015-ci il ölkə üçün ən gərgin il olub. Ölkə səviyyəsində xarici investisiyaların azalması və ölkədən kənara kapital axını­nın artması transmilli biznesin hökumət səviyyəsində daha dəqiq tənzim­lənməsini zəruri edir. Ölkə üzrə tənzimləmə ilə yanaşı, sahə üzrə tənzimləmədə çox vacibdir.
Transmilli biznesin iqtisadi nəticələrini həmçinin Dövlətstatkomun tərtib etdiyi resurslar balansı da əks etdirir.
2.2.11 saylı cədvəldən görünür ki, 2018-ci ildə Azərbaycanda məcmu təklif 109,8 mlrd.manat olmuşdur. Təklifin 22 faizi idxalın hesabına formalaşmışdır. Məcmu tələbin isə ancaq 74 faizini daxili tələb təşkil etmişdir.
Cədvəl 2.2.11

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin