2018-ci il üzrə dünya bankının işgüzar mühit reytinqi
Ölkələr
|
Biznesin həyata keçirilməsinin rahatlığı
|
Müəssisə yaratmağın asanlığı
|
Tikintiyə icazənin alınması
|
Elektrik sisteminə qoşulma
|
Əmlakın qeydiyyata alınması
|
Kreditin alınması
|
İnvestisiyaların qorunması
|
Vergi tutumu
|
Beynəlxalq ticarət
|
Müqavilənin yerinə yetirilməsinin təminatı
|
Azərbaycan
|
65
|
5
|
127
|
105
|
22
|
118
|
32
|
40
|
83
|
44
|
Türkiyə
|
69
|
79
|
102
|
58
|
54
|
82
|
22
|
128
|
70
|
33
|
Rusiya
|
40
|
26
|
115
|
30
|
9
|
44
|
53
|
45
|
140
|
12
|
Gürcüstan
|
16
|
8
|
8
|
39
|
3
|
7
|
7
|
22
|
54
|
16
|
Mənbə: Dünya bankının hesabatı 2019.
İndi Azərbaycan dünyanın ən iri transmilli şirkətləri ilə tərəfdaşdır. Azərbaycana xarici ölkələrin transmilli şirkətlərini cəlb edən əsas amil ölkənin təbii sərvətlərlə zəngin olması, hasilatın pay bölgüsünə əsaslanan müqavilələrin bağlanmasına üstünlük verilməsi və hasil olan neft-qaz məhsullarının ixracı üçün əlverişli şərtlərin qoyulması və infrastrukturların yaradılmasıdır. Hasilatın pay bölgüsünə əsaslanan müqavilələrin şərtlərinə görə xarici şirkət qoyduğu investisiyaları qazanılmış mənfəət hesabına tam reapatriasiya edir, istismar dövründə qazanılmış mənfəət hesabına və kapital xərclərini mənfəət hesabına ödədikdən sonra Azərbaycana pay nefti və mənfəətdən vergi hesabına ödənişlər edir.
20 sentyabr 1994-cü ildə Azərbaycan hökuməti və altı xarici ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında bağlanan “Əsrin müqaviləsi” Hasilatın Pay Bölgüsü Sazişinə (HPBS) əsaslanır və 30 il müddətinə bağlanmışdır. Birinci müqavilə Azəri-Çıraq-Günəşli müqaviləsi olmuşdur. Bu yataq Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır.Azəri-Çıraq-Günəşli yatağında Britiş Petrolium (BP) 35,8%, AR Dövlət Neft Şirkəti 11,6%, Chevron 11,3%, İNPEX 11%, Statoyl 8,6%, Exson Mobil 8%, TP 6,8%, İTOCU 4,3%, ONGC 2,7% paylara malik olmuşdur. Yatağın əməliyyatçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) adından çıxış edən BP şirkəti qəbul edildi. HPBS ratifikasiyasından sonra ABƏŞ əvvəlcə altı ölkəni (Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı) təmsil edən 11 tərəfdaş şirkətlərdən (BB, Amoka, Yunokal, Lukoyl, Statoyl, Ekson, TRAO, Penzoyl, Mak Dermot, Ramko, Delta) ibarət idi. Bura Britiş Petrolium da daxildir və ən böyük səhmdardır.
Bundan sonra transmilli biznes fəaliyyəti həyata keçirən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti kimi bir iri şirkət formalaşdı.
Müqavilə imzalanan tarixdə iştirakçıların payı ARDNŞ 20%, Statoyl 8,56%, Mak Dermot 2,45%, TRAO 1,85%, Penzoyl 9,81, Ramko 2,08%, Delta Xess 1,68%, BP 17,12%, AMOKO 17,1%, Lukoyl 10%, YUNOKOL 9,52% müəyyən edilmişdir. Hazırda bu paylar aşağıdakı kimidir: ARDNŞ – 10%, Statoyl – 8,56%, TRAO – 6,75%, Penzoyl – 4,82%, Delta Xess – 1,68%, İTOCU – 3,92%, BP/AMOKO – 34,14%, Ekson Mobil – 8%, Yunokol 10,5%. Müqavilə bağlandıqdan sonra sazişin qəbulu və təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanunu qəbul edilmişdir. Başqa sözlə, müqavilə Azərbaycan Respublikası Milli Məclisində ratifikasiya edilmişdir.
İkinci müqavilə Xəzərin Azərbaycan sektorunda Qaradağ və ona bitişik sahələrin kəşfiyyatı və işlənməsi haqqında imzalanmışdır. Müqavilə imzalanan tarixə tərəflərin iştirak payı ACİP 5%, Lukoyl 7,5%, DKDNŞ 7,5%, LİKACİP 50%, Penzoyl 30%. Hazırda bu faizlər ACİP 5%, Lukoyl 7,5%, ARDNŞ 7,5%, LİKACİP 50%, Penzoyl 30% paylar əvvəlki kimi qalıb. Əsas iştirakçı dövlətlər ABŞ, Rusiya, İtaliya, Azərbaycandır. Üçüncü müqavilə Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqındadır. Əsas iştirakçı dövlətlər Böyük Britaniya, Norveç, Türkiyə, Rusiya, Fransa, İtaliya, İran və Azərbaycandır. Əsas şirkətlər OİİK payı 10%, Elf 10%, LUKACİP 5,4%, TRAO 9%, Statoyl 5%, ARDNŞ 10%-dir. Dördüncü müqavilə Əşrəfi, Danulduzu yataqlarında kəşfiyyat və hasilatın pay bölgüsü haqqındadır. Burada əsas iştirakçı ölkələr ABŞ, Böyük Britaniya, Yaponiya, Səudiyyə Ərəbistanı və Azərbaycandır. Əsas şirkətlər İtocu 20%, BP Amoko 30%, Delta Xess 4,5%, ARDNŞ 20%, Yunokol 25,5%.Beşinci müqavilə “Lənkəran-dəniz”və “Talış dəniz” perspektiv strukturlarının daxil olduğu dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqındadır. Əsas tərəfdaş ölkələr Fransa, Almaniya və Azərbaycandır.Əsas şirkətlər Vintersxall 10%, ARDNŞ 25%, Total 55%, OİIK 10%. Sonralar bu müqavilə ləğv olunmuşdur.Altıncı müqavilə Yalama (D-222) müqaviləsidir. Əsas tərəfdaşlar Azərbaycan və Rusiyadır, əsas şirkətlər Lukoyl 60%, ARDNŞ 40%-dir. Yeddinci müqavilə Oğuz müqaviləsidir. Azərbaycan və ABŞ arasında bağlanıb. Mobil şirkətinin 50%, ARDNŞ-in 50% payı var.
Azərbaycanda xarici ölkələrin sərmayəçilərinin neft üzrə fəaliyyət göstərən şirkətlərinin fəaliyyəti respublika səviyyəsində konsorsium tipli müqavilələrlə tənzimlənir. Bu müqavilənin mahiyyəti nədən ibarətdir?
“Xəzər dənizinin Azərbaycana aid olan bölməsində 2017-ci ildə Azəri-Çıraq-Günəşli yatağının dərinliklərinin birgə istismarı haqqında eləcədə hasilatın pay bölgüsü haqqında ARDNŞ-la , BP Eksploreyşn (Kaspian Si) Limited, Şevron Xəzər Ltd, Ekson Azərbaycan Limited, İnpeks Sausvest Kaspian Si Ltd, İtoçu Oyl Eksploreyşn (Azərbaycan) İnk., ONGC Videş Limited, Atatoyl Abşeron AS, Türkiyə Petrolleri A.O. və s.arasında sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qərar qəbul edilmişdir. Diqqətə çatdırırıq ki, 1995-2017-ci illər ərzində Azəri, Şıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatının pay bölgüsü haqqında sazişin icrası prosesində layihə üzrə ümumi xərclərin həcmi 43,5 milyard dollar təşkil etmişdir. Bunlardan da əsaslı xərclər və yerli kapital qoyuluşları 35 milyard dollara yaxın olmuşdur. Layihənin icra olunduğu müddətdə Azərbaycanın payına 130 milyard dollara yaxın mənfəət nefti şəklində gəlir düşmüşdür. Podratçı tərəflər 15 milyard dollara yaxın mənfəət vergisi ödəmişlər.
2017-ci ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənilməsinə dair sazişin müddəti 2050-ci ilə qədər uzadılmışdır. Sazişə uyğun olaraq SOCAR-ın layihədəki iştirak payı 11,65%-dən 25%-ə qaldırılmışdır. Əsrin ortasına qədər AÇQ-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var. Layihədə iştirak edən tərəfdaş şirkətlər ARDNF-ə 3,6 milyard dollar bonus ödəyəcəklər. Bundan əlavə, mənfəət neftinin 75%-i Azərbaycana çatacaq.
Diqqət mərkəzində olan digər layihə “Cənub qaz dəhlizi”dir. Bu layihə bütün seqmentləri üzrə uğurla yerinə yetirilir.
Ümumilikdə 21 ölkədən olan şirkətlərlə 22-dən artıq müqavilə imzalanmışdır. Bu müqavilələrin həyata keçirilməsinə Azərbaycan Dövlət Neft Fondunun neft kontraktlarına nəzarət şöbəsi nəzarət edir. Prof. E.M.Hacızadə Rusiyanın təcrübəsini istinad edərək Dövlət Enerji Müfəttişliyi yaradılmasını əsaslandırmışdır. Onun fikrincə, bu qurum enerji resurslarından səmərəli istifadə sahəsində dövlət siyasətinin hüquqi təminatçısı və təmsilçisi funksiyasını daşıya bilər. [59,s.84]
Hazırda Azərbaycanda İsveçrə kapitallı 71 şirkət fəaliyyət göstərir. Respublikamız bankçılıqda SECO katibliyi və SDC agentliyi ilə cox əhatəli əməkdaşlıq edir. Ümumilikdə SECO katibliyi ilə 38 layihə, SDC agentliyi ilə isə 16 layihə həyata kecirilir. Azərbaycan respublikasına İsveçrə dövləti i 730 milyon dollar sərmayə yatırib, ölkəmiz isə İsveçrəyə 1,2 mlrd. dollar investisiya yatırıb.SOCAR İsveçrədə uğurla fəaliyyət göstərir. 2017-ci ildə Azərbaycanın İsveçrə ilə ticarət dövriyyəsi 40%-dən çox artaraq 240 mln. dollar təşkil etmişdir . 2018-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsi 80%-dən çox artıb. Azərbaycanın fındıq məhsullarının İsveçrəyə ixracına dair ilkin razılaşmalar əldə olunmuşdur. Sumqayıt Kimya Sənaye Parkında inşa olunan İsveçrə inbestisiyası tikinti qatqılarının istehsalat zavodu fəaliyyət göstərir. İsveçrə ilə gələcək əməkdaşlıq istiqamətləri kimi sənaye, kənd təsərrüfatı, əczaçılıq və tibb xidməti, tranzit daşımaları, turizm və s. sahələrdə əlaqələrin genişləndirilməsi gözlənilir.
2018-ci ildə Dövlət Neft Şirkəti ilə Statoji Şirkət arasında “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” və “Qarabağ” neft yatağının işlənməsi ilə əlaqədar sazişlər Milli Məclis tərəfindən təsdiq edilmişdir.
İndiki dövrdə TMŞ-rın fəaliyyətinin tənzimlənməsində birbaşa xarici investisiyaları tənzimləyən milli qanunvericilik sistemləri əsas rol oynayırlar.
Transmilli biznesdə əhəmiyyətli rol oynayan transmilli şirkətlərin inkişaf etməsinə baxmayaraq, hal-hazırda TMŞ vahid hüquqi fəaliyyət normaları hazırlamağa ehtiyac yoxdur. MüasirTMŞ-də, əsasən mərkəzləşmiş idarəetmə sisteminə malik olan müəyyən təşkilati struktur formalaşmışdır.
Azərbaycanın transmilli biznesi inkişaf etdikcə müxtəlif problemlər də ortaya çıxır. TMŞ-in qəbul edən dövlətlərlə yaratdıqları problemlər Azərbaycanda da özünü göstərməyə başladı. Məsələn, TMŞ-lə Azərbaycan Həmkarlar İttifaqıKonfederasiyası arasında baş verən problemlər, Britiş Petroliumla Azərbaycan dövləti arasında baş verən problemlər və s. Transmilli biznesin tənzimlənməsi dünya səviyyəsində çox aktualdır. Alimlər TMŞ-n tənzimlənməsinin hüquqi aspektlərini daha çox araşdırmışdır.
TMŞ-nin inhisarçı olmaları qəbul edən ölkənin iqtisadi problemlərini dərinləşdirir. Ona görə də, TMŞ-rin fəaliyyətinə səmərəli nəzarət təşkil edilməlidir.
Nəzərə almaq lazımdır ki, baş ofisi xaricdə olan transmilli şirkətlər qəbul edən ölkənin millitəhlükəsizliyi üçün təhlükə yaratmaq, köhnə və ekoloji cəhətdən təmiz olmayan texnologiyaları ölkəyə gətirmək, milli biznesi sıxışdırmaq, transfer qiymət sistemindən istifadə etməklə vergi ödənişlərini azaltmaq imkanlarına malik olurlar.
Ölkədə fəaliyyət göstərən xarici transmilli şirkətlər eyni zamanda öz oliqopolist statuslarından istifadə edərək yüksək qiymət siyasəti yürüdə bilirlər. Daha ümumi makroiqtisadi problemlər də yarada bilirlər. Onların beynəlxalq inteqrasiya dərəcəsi nə qədər yüksək olarsa, həmin ölkələrdə beynəlxalq bazar təzyiqi göstərirlər, tsiklik bərabərsizliyi göstərirlər, rəqabət spekulyator manevrlər edirlər.
Transmilli şirkətlər qəbul edən ölkədə bir sıra problem və məhdudiyyətlərlə qarşılaşır. Belə ki, qəbul edən ölkələrdə tənzimləmə ilə yanaşı onlar ətraf mühitin qorunmasına, əmək münasibətlərinə aid olan beynəlxalq razılaşmalara və qaydalara əməl etməlidirlər. Onlar həmçinin öz beynəlxalq rəqiblərinin strategiyalarının təsirlərini də öz üzərlərində hiss edirlər. Ona görə də transmilli şirkətlər hökumət və ictimaiyyət tərəfindən hücumlardan yan keçməkdə maraqlı olurlar. Onlar dil fərqləri ilə bağlı müəyyən çətinliklərlə qarşılaşırlar. Bu da rəhbərliyin əməkdaşlarla və tərəfdaşlarla ünsiyyətini çətinləşdirir. Transmilli şirkətlər mədəni xüsusiyyətlərini, ölkə səviyyəsində idarəetmə stilindəki fərqləri, xidmət ierarxiyasındakı münasibəti, komanda ilə işi, öz razılıq və etirazlarını bildirməyi, ifadəetmə üsulunu, qərar qəbulunda iştirak xüsusiyyətlərini də nəzərə almalıdırlar. TMŞ-i üçün əsas odur ki, qəbul edən ölkə xüsusiyyətləri nə qədər onun üçün gəlir və ya itki yarada bilər. Əksər TMŞ-r öz üstünlüklərin arxalanaraq fəaliyyətə başlayırlar.
Beynəlxalq təcrübə göstərir ki, müasir dövrdə qəbul edən ölkənin zəiflədilməsi TMŞ-n maraqlarına uyğun deyil. Onlar əksər hallarda daha sosial, siyası, iqtisadi stabil ölkələrdə fəaliyyətə üstünlük verirlər. Qəbul edən ölkələrin hökumətləri TMŞ-lərin mənfi təsirlərindən qaçmaq üçün çoxsaylı üsullara istinad edirlər. Beynəlxalq təcrübə göstərir ki,qəbul edən ölkələr ilə xarici transmilli şirkətlər üçün balanslaşdırılmış gəlirə imkan verən səmərəli bir sistemin işlənməsi çox çətindir. TMŞ çox tez və çevik olaraq onlara tətbiq olunan məhdudiyyətlərə cavab verirlər. Bəzən razılaşırlar, bəzən isə hökumətə təsir göstərməyə çalışırlar. Bu səylər nəticə verməsə, öz fəaliyyətlərini başqa əlverişli bir ölkədə davam etdirməyə üstünlük verirlər. Bunun nəticəsi olaraq, əksər inkişaf etməkdə olan ölkələr TMŞ fəaliyyətini tənzimləmək üçün beynəlxalq davranış kodeksinə əməl edirlər.
Azərbaycan neft,qara və əlvan metallurgiya, kimya sənayesi, tikinti materialları sektorlarında xarici ölkə TMŞ-ni qəbul edən ölkə kimi çıxış edir. Təkcə neft sektorunda dünyanın 9 ölkəsinin 14 TMŞ-si (ən iri) fəaliyyət göstərir.
Azərbaycanda xarici ölkələrin milli şirkətlərinin təsərrüfat fəaliyyətinin tənzimlənməsi kifayət qədər inkişaf etmişdir. Transmilli şirkətlərə münasibətdə dövlət siyasətində bəzi təkmilləşdirmələrin aparılmasına ehtiyac duyulur. Məsələn, ölkənin qeyri-neft sənaye sektoruna birbaşa xarici investisiyaların transmilli şirkətləri tərəfindən cəlb olunmasında dövlətin rolunun yüksəldilməsi vacibdir. Qeyri-neft sənaye sektorunda xarici transmilli şirkətlərin fəaliyyətinin dövlət tənzimləmə sistemində stimullaşdırıcı mühit yaratmaq lazımdır. Burada neft sektorunun təcrübəsindən istifadə etmək düzgün olar.
Azərbaycan hökuməti xarici və milli şirkətlərin fəaliyyətini stimullaşdırmaq üçün müvafiq ikitərəfli razılaşmalar əldə edir. Bu razılaşmalar da öz növbəsində ikiqat vergiləri aradan qaldırır, çoxtərəfli və ikitərəfli kapital qoyuluşunun həvəsləndirilməsinə münbit şərait yaradır. Müstəqillik dövründə müxtəlif ölkələrlə investisiyaların qorunması üzrə çoxsaylı razılaşma imzalanmışdır. İnvestisiyalar üzrə çoxtərəfli razılaşmaların bağlanılması, intellektual mülkiyyətin qorunması, dövlət alışlarının dövlətsizləşdirilməsi kimi məsələlər iqtisadi diplomatiyanın vacib aspektlərinə çevrilmişdir.
Azərbaycanda hüquqi tənzimləmə, sosial inkişaf, təhlükəsizliyin təminatı kimi ənənəvi funksiyalarla yanaşı yeni funksiyalar meydana gəlir.Məsələn, dünya bazarında milli şirkətlərin rəqabətqabiliyyətli olması və inkişafının dəstəklənməsi funksiyası, balans maraqlarına əməletmə, ekoloji tarazlığın qorunması və s. Bazar iqtisadi sistemində dövlətlər həqiqətən bir çox ənənəvi funksiyalardan, hər şeydən əvvəl, şirkət və müəssisələrin təsərrüfat fəaliyyətinə birbaşa təsir etməkdən imtina edirlər. Amma qlobal proseslər, dövləti daha mürəkkəb beynəlxalq münasibətlərin formalaşması ilə əlaqəli çoxlu yeni məsələlər həll etməsi ilə qarşı-qarşıya qoyur.
Qəbul edən ölkənin milli qanunvericiliyi,bir qayda olaraq,transmilli şirkətlərin və onların törəmə qurumlarının ölkənin normativ hüquqi aktlarınatabe olmalarını nəzərdə tutur. Əksər hallarda bu təkliflər xarici investorun hüquqi statusunun təyin edilməsinə yönələn investisiya qanunvericiliyidir. Amma transmilli şirkətlərin fəaliyyətinin birtərəfli tənzimlənməsində daha həssas an odur ki, o, özünün təşkilati strukturuna görə dövlətin nəzarətindən çıxmağa qadirdir. Ona görə də transmilli şirkətlərin fəaliyyətinin tənzimlənməsi üçün təkcə qəbul edən ölkənin milli qanunvericiliyi açıq-aşkar kifayət etmir. Tədqiqat göstərir ki, transmilli şirkətlərin beynəlxalq səviyyədə fəaliyyətinin tənzimlənməsi milli və regional səviyyədə tənzimlənməsindən bir sıra üstünlüklərə malikdirlər.Bu, transmilli şirkətlərin beynəlxalq xarakteri ilə izah edilir. Transmilli şirkətlərin sərbəst bir hüquqi modeli yoxdur. Bu da çoxlu səbəblərlə əlaqədardır. Məşhur qərb alimi K.Vaylertin fikrincə, bunun əsas səbəbi transmilli şirkətlərin öz iqtisadi maraqlarına, digər əlamətlərinə və üstünlüklərinə arxalanaraq hüquq standartlarından keçərək sənayecə inkişaf etmiş ölkələrdə yaranırlar. İstehsal yerinin seçimində qəbul edən ölkədən müəyyən güzəştlərin alınması ilə bağlı müvəffəqiyyətli müqavilə bağlayırlar. Daha sonra K.Vaylert qeyd edir ki, transmilli şirkətlər milli hüquq sistemindən tamamilə kənarda da fəaliyyət göstərmir. Onlar seçilmiş istehsal amillərinin hesabına daha əlverişli yerlərdə yerləşə bilirlər. Əldə etdikləri iqtisadi üstünlüklər hesabına digər sənayecə inkişaf etmiş ölkələrin istehsalçılarına təsir göstərə bilirlər. [120,s.18] Mənşə ölkəsi üçün hüquqi və faktiki çətinlik xarici törəmə şirkətdə istehsal proseslərinə nəzarət etməkdir. Hazırki dövrdə beynəlxalq hüquq səviyyəsində transmilli şirkətləri əlaqələndirən, prinsipcə dövlətdən asılı olmayan hüquqi qayda normaları tam olaraq mövcud deyil. Əksinə, dövlət beynəlxalq hüquq üzrə transmilli şirkətlərin vəzifələrinin yerinə yetirilməsinə nəzarət edir. Buna baxmayaraq, transmilli şirkətlərin iqtisadi gücü və dünya siyasətinə təsiri onları beynəlxalq hüququn subyektləri kimi qəbul olunması haqqında hüquqi konsepsiyanın meydana gəlməsini müəyyən etdi. Beynəlxalq hüquq transmilli şirkətlərin bərabərhüquqlu subyekti kimi qəbul edir. Transmilli şirkətlərin dövlətlə və beynəlxalq təşkilatlarla səmərəli optimal qarşılıqlı fəaliyyət formaları hər bir dövlətdə fərdi qaydada müəyyən edilir.
Transmilli şirkətlərin səmərəli hüquqi tənzimlənməsi ücün beynəlxalq hüquq normalarının unifikasiya edilməsi daha perspektivli hesab olunur. Transmilli şirkətlərin beynəlxalq hüquqi subyektliyinin yaranmasının əsas şərti onların hüquqi subyekt olmasını müəyyən edə bilən beynəlxalq hüquq norma mənbələrindəki normaların sayı ola bilər.Bu normaların hazırlanmasının ilkin şərtləri kimi transmilli şirkətlərin müxtəlif sferalarda fəaliyyətinin davranış standartlarında əksini tapan arzuolunan normaları çıxış edə bilər.
Transmilli biznes subyektlərinin maraqları ilə qəbul edən ölkənin milli iqtisadi maraqlarının əlaqələndirilməsinin müxtəlif metodları mövcuddur. Beynəlxalq təcrübədə ən geniş yayılmış metod korporativ sosial məsuliyyət və Forsayt tənzimləmə metodudur. Dövlət və biznes maraqlarını tənzimləyən mövcud metodlar 3.3.1. saylı sxemdə verilmişdir.
Dövlət və biznesin maraqlarına əməl etmək məqsədi ilə transmilli biznesin tənzimlənməsi metodları
Dövlət tənzimlənməsi
Özünütənzimləmə
TMŞ iştirakı ilə koordinasiya
Forsayt
Birgə standartlaşma: korporativ sosial standartlar
Motivasiya metodları
Maneələr
İctimai audit
Dostları ilə paylaş: |