Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


I yanaşma- rəqabət gündəlik anlaşma forması, yəni hər hansı bir işdə ən yaxşı nəticənin əldə olunması ücün qarşıdurma kimi başa düşülür. II yanaşma-



Yüklə 0,71 Mb.
səhifə33/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   29   30   31   32   33   34   35   36   ...   55
279762823 (1)

I yanaşma- rəqabət gündəlik anlaşma forması, yəni hər hansı bir işdə ən yaxşı nəticənin əldə olunması ücün qarşıdurma kimi başa düşülür.
II yanaşma- rəqabəti tələb və təklifin tarazlaşdırılmasına imkan verən bazar mexaniziminin kriteriyası kimi müəyyən edirlər, bu, klassik iqtisadi nəzəriyyə üçün xarakterikdir. III yanaşma - rəqabətə sahə bazarlarının tipini müəyyən edən meyar kimi baxılır. Bu yanaşma müasir mikroiqtisadi nəzəriyyəyə əsaslanır. Bu halda rəqabətə bazarın xassəsi kimi baxılır. Belə bir anlayış bazarın morfologiyası nəzəriyyəsinin inkişafı ilə əlaqədar meydana gəlmişdir. Bazarda rəqabətin təkmilləşmə dərəcəsindən asılı olaraq müxtəlif bazar tiplərini fərqləndirirlər ki, onların hər biri üçün iqtisadi subyektlərin müəyyən davranışları xarakterikdir.
Fikirimizcə, müəssisənin rəqabət qabiliyyətinə (TMŞ daxil olmaqla) əm­təə­nin rəqabət qabiliyyətliliyi, ölkələrin rəqabət qabiliyyətliliyi, sahələrin rəqabət qabiliyyətliliyi kimi kateqoriyaların qarşılıqlı əlaqəsində baxılması vacibdir.
İndiyə qədər transmilli şirkətlərin fəaliyyətini tənzimləyən bir sıra sənədlər qəbul edilmişdir. Belə ki, 1976-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən beynəlxalq investisiyalar və çoxmillətli müəssisələr haqqında deklorasiya qəbul edilmişdir. Sənəddə kartellər və rəqabət haqqında milli hüququn müvafiq qaydaları, çoxmillətli müəssisələr üçün rəhbərlik prinsipləri əks etdirilir. Sənədə əməl olunması könüllü xarakter daşıyır. AB ölkələri, Sakit okean və Karib hövzəsi ölkələri və Afrika ölkələri arasında əməkdaşlıq haqqında Lomey və AB və ərəb dövlətləri Liqası arasında qarşılıqlı inkişaf və investisiyaların qorunması konvensiyası planı qəbul edilmişdir. And müqaviləsi ölkələrinin xarici investisiyalar kodeksində iştirakçı ölkələr üçün məcburi sayılan və qəbul edən ölkələrin qanunlarına transmilli şirkətlərin tabe olması konsepsiyasıəks olunmuşdur. Transmilli şirkətlər tərəfindən texnologiyaların ötürülməsi haqqında beynəlxalq kodeks mövcuddur.Bu razılaş­ma­la­rın yerinə yetirilməsinə transmilli şirkətlərin fəaliyyəti ilə birbaşa, və ya dolayı əla­qəli olan müxtəlif beynəlxalq təşkilatlar nəzarət edirlər. Eyni zamanda transmilli şirkətlərin fəaliyyəti ilə məşğul olan TMŞ üzrə BMT komissiyası yara­dılmışdır. O, çoxmillətli müəssisələr və sosial siyasətə aid olan prinsiplər haqqında üçtərəfli deklorasiyanın yerinə yetirilməsinə nəzarət edir. Beynəlxalq Əmək Təşkilatı nəzdində Çoxmillətli Müəssisələr üzrə Komitə, investisiyalar üzrə mübahisələrin tənzimlən­məsi, xüsusilə beynəlxalq ticarət hüququ ilə məşğul olan BMT komissiyası fəaliyyət göstərir.
Beləliklə, transmilli şirkətlər fəaliyyət sahəsi üzrə beynəlmiləl olan nəhəng sənaye-maliyyə birlikləridir. Onlar dünya miqyasında mərkəzləşdirilmiş planlaşdırma və idarə­etmə prinsipi əsasında qurulurlar. Bu şirkətlər dünya ticarətindən, investisiya və texnologiya mübadiləsindən, istehsalat və elmi-texniki əməkdaşlıqdan və işçi qüvvəsinin miqra­si­yası prosesindən aktiv iştirak edirlər. Bütün bunlar, beynəlxalq əmək bölgü­sü­nün obyektiv meyllərindən səmərəli şəkildə istifadə etməyə, istehsalın beynəl­mi­ləlləşdirilməsi prosesini gücləndirməyə və beynəlxalq əmək bölgüsündə yeni yanaş­maların əmələ gəlməsinə imkan verir.
Beynəlxalq miqyasda transmilli şirkətlərin yaradılmasında və fəaliyyətinin tənzimlənməsində istifadə oluna bilən bir neçə normativ aktlar mövcuddur. Belə ki, 1976-cı ildə İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatı tərəfindən “Çoxmillətli şirkətlər haqqında”, 1977-ci ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən “Çoxmilli müəssisələrə münasibətdə prinsiplər və sosial siyasət haqqında”, Birləşmiş Millətlər Təşkilatı 1983-cü ildə “Transmilli Şirkətlərin davranış kodeksi haqqında” və 1998-ci ildə isə “Transmilli şirkət haqqında konvensiya”ları qəbul etmişdir. 1997-ci ildə MDB-yə daxil olan dövlətlər tərəfindən onların ərazisində fəaliyyət göstərən transmilli şirkətlərdə sosial-əmək münasibətlərinin tənzimlənməsi haqqında razılaşma əldə edilmişdir. Bunlardan başqa transmilli şirkətlər üzrə BMT-nin Mərkəzi, Komissiyası, Beynəlxalq İnvestisiya Mərkəzi və s. beynəlxalq təşkilatlar fəaliyyət göstərirlər.
1998-ci il mart ayının 6-da “Transmilli şirkətlər haqqında” konvensiya MDB-yə daxil olan ölkə başçıları şurası tərəfindən qəbul olunmuşdur. Azərbaycan, Belarusiya, Tacikistan, Moldava, gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Ukrayna və Qırğızıstan Respublikalarının başçıları tərəfindən imzalanmışdır. Bu ittifaqın üzvləri istehsal kooperasiyalarının inkişafı və dəstəklənməsinə uğurlu əlverişli şərtlərin təmin edilməsi məqsədi ilə bu konvensiyanı qəbul etmişlər. Birliyin iştirakçı dövlətləri aktiv sənaye siyasəti, inteqrasiya və investisiyaların cəlb olunması üçün bu konvensiyanı qəbul etmişlər. Bu konvensiya 3 hissədən 19 maddədən ibarət olaraq qəbul edilmişdir.
Birinci hissədə 3 maddə müəyyənləşdirilmişdir. Birinci maddə TMŞ fəaliyyətinin hüquqi əsasları, ikinci maddədə TMŞ anlayışına, üçüncü maddədə isə TMŞ-nin iştirakçıları müəyyənləşdirilib.
TMŞ-n fəaliyyətinin hüquqi əsasları maddəsində göstərilir ki, bu konvensiya TMŞ-n yaradılması və fəaliyyəti sahəsində ümumi əsasları müəyyən edir. Bu komvensiya ilə tənzimlənməyən münasibətlər tərəflər arasında ikitərəfli razılaşmalar, eləcə də milli qanunvericiliklə tənzimlənir. TMŞ-nin formalaşmasında hər bir tərəf onun ərazisində yerləşmiş hüquqi şəxsin əmlakının qorunmasının vacibliyi baxımından çıxış edir. Tərəflər razılaşırlar ki, TMŞ tərəflərin qanunvericiliyinin tələblərinə uyğun olaraq həm yaradılır, həm də fəaliyyət göstərir.
Konvensiyada göstərilir ki, TMŞ iki və ikidən artıq tərəfin əmlakının operativ idarə edilməsi və ya xüsusi təsərrüfat fəaliyyəti olan hüquqi şəxslərdir.
İkinci maddədə göstərilir ki, hazırki konvensiyada “TMŞ” anlayışı özündə xarici iştirakçılarla yerli konsernləri, holdinqləri, birgə müəssisələri, o cümlədən müxtəlif transmilli strukturları birləşdirir. TMŞ qarşı tərəfin ərazisində onun (qarşı tərəfin) qanunvericiliyi ilə qadağan olunmayan istənilən fəaliyyətlə məşğul ola bilər. Konvensiyaya görə TMŞ-ın iştirakçıları istənilən təşkilati-hüquqi formalı hüquqi şəxslər ola bilər (o cümlədən üçüncü ölkədən). Dövlət unitar və bələdiyyə müəssisələri də TMŞ-nin iştirakçıları ola bilərlər.
Konvensiyanın ikinci hissəsində TMŞ-n formalaşması və fəaliyyəti 10 maddə ilə əsaslandırılıb. Dördüncü maddəyə görə TMŞ könüllü olaraq dövlətlərarası razılaşma əsasında yaradılır. Bu, tərəflərin qanunvericiliyinə zidd olmamalıdır. TMŞ-nin qeydiyyata alınması dövlətlərin qanunvericilik ilə müəyyən edilir. Qeydiyyat müəyyən müəssisə üzrə şəhadətnamə verilməsi ilə təsdiq edilir. Şəhadətnamədə TMŞ-nin təşkilati hüquqi forması, “Transmilli şirkət” söz birləşməsi yazılır. Qeydiyyat dedikdə TMŞ-nin təşkilati layihəsi başa düşülür. TMŞ-nin təşkilati layihəsinə tərəflərin səlahiyyətli hökumət orqanlarına təqdim etdikləri sənədlər toplusu daxildir. Təşkilati layihədə TMŞ-nin məqsəd və vəzifələri, eyni zamanda onun qeydiyyata alınması haqqında qərar qəbulu üçün lazım olan digər məlumatlar daxildir. Tərəflər TMŞ-nin fəaliyyəti dedikdə onun iştirakçıları və baş müəssisə başa düşülür. Tərəflər paritet əsasda TMŞ-nin fəaliyyəti və yaradılmasının stimullaşmasına istiqamətlənən tədbirləri tərəflərin qanunvericiliyinə zidd olmayan qərarlar qəbul edirlər.
TMŞ-nin fəaliyyətinə nəzarət və onların cavabdehliyi qeydiyyat ölkəsinin qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Qeydiyyat ölkəsinin səlahiyyətli dövlət orqanı TMŞ-nin fəaliyyətinin yoxlanılması üçün bu dövlətin qanun­vericiliyinə uyğun olaraq auditor yoxlaması təyin edə bilər. Gəlirlərə və istehsal olunan məhsullara mülkiyyət hüququ tərəflərin qanun­vericiliyi ilə müəyyən edilir. Vergi ödəmələri qəbul edən ölkənin dövlət qanun­vericiliyinə müvafiq olaraq həyata keçirilməlidir.
12-ci maddədə TMŞ-də sosial əmək münasibətlərinin təkmilləşməsinin hüquqi əsasları göstərilir. Bu konvensiyanın fəaliyyət müddəti onun qüvvəyə mindiyi gündən 10 il olur. 10 il başa çatdıqdan sonra avtomatik olaraq onun müddəti 5 il artır (əgər tərəflər yeni qərar qəbul etməzlərsə). Konvensiyaya müvafiq qaydada digər dövlətlər qoşula bilərlər. Konvensiyada tərəflərin mübahisəli məsələlərinin həllinin hüquqi aspektləri də verilir. Əsasən maraqlı tərəflər danışıqlar yolu ilə, həm də MDB dövlətlərinin iqtisadi məhkəməsinə də baxıla bilər. TMŞ-r qəbul edən ölkənin maliyyə, iqtisadi və sosial proseslərinin, siyasi vəziyyətinin, investisiya mühitinin inkişafına müsbət təsir edirlər.TMŞ-r müasir texnologiyalara və sahə istiqamətinə görə xarakterizə olunurlar. Milli iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrdə məhz transmilli biznes tərəfindən hazır məhsulların ölkəyə gətirilməsi bir sıra iqtisadi problemlərin həllində yardımçı ola bilir. Hazırki şəraitdə iqtisadi strukturun yenidən qurulmasının və transmilli biznesin səmərəliliyinin əsas mənbəyi kimi transmilli şirkətlər çıxış edir. Transmilli şirkətlər ölkələrin iqtisadi inkişafında həlledici rola malikdirlər. Ölkənin iqtisadi sistemində transmilli şirkətlərin yeri və idarə edilməsi 3.1.1 saylı sxemdəəks etdirilmişdir. İnstitusional strukturun bu forması təkcə istehsal və tədavül xərclərini deyil, həm də transaksiya xərclərini də minimum həddə çatdırır.

Beynəlxalq biznes

Xarici transmilli şirkətlər

Dövlətin xarici-iqtisadi sistemi

Ölkənin sosial-iqtisadi sistemi

İdarəetmə strukturu

Bazar tənzimlənməsi

Firmadaxili idarəetmə

Milli
tənzimləmə

İnstitusional tarazlıq

Transmilli şirkətlər

Bazarın ayrıca subyektləri (TMŞ-siz)



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin