Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Sxem 3.1.1 Ölkələrin iqtisadi sistemində transmilli şirkətlərin yeri [220, s.145]



Yüklə 0,71 Mb.
səhifə34/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   30   31   32   33   34   35   36   37   ...   55
279762823 (1)

Sxem 3.1.1 Ölkələrin iqtisadi sistemində transmilli şirkətlərin yeri [220, s.145]

Transaksiya xərcləri nəzəriyyəsinə görə transmilli şirkətlərin əsas üstünlüyü transaksiya xərclərinə qənaət edilməsidir.


Bir qayda olaraqtransmilli şirkətlər bu və ya digər maliyyə-sənaye qrupunun özəyi kimi çıxış edir və müasir iqtisadiyyatın ən yüksək inhisarlaşma formasını ifadə edir. Hal-hazırda maliyyə-sənaye qruplarının yenidən təşkili baş verir. Yenidən təşkilin son məqsədi - iri kapitalın texniki-istehsal və maliyyə imkanlarının möhkəmlənməsi, ticarət-satış mexanizminin təkmilləşdirilməsi, dünya bazarlarında sənayenin rəqabətqabiliyyətinin artırılmasıdır.
İnkişaf etmiş ölkələr həmişə transmilli şirkətlərin statusunun yüksəldilməsində, onların beynəlxalq hüquqi müdafiəsində maraqlıdırlar. Çünki məhz bu şirkətlər onların xarici iqtisadi məkana nüfuz etmələrində aktiv rol oynayır.
Dövlətlər iri şirkətlərin TMŞ-yə çevrilməsində maraqlıdırlar. Bu həmin dövlətin dünya iqtisadiyyatına daha sürətli inteqrasiyasını təmin edir. Qeyd etdiyimiz üstünlüklər geniş bazardan, dünyada sərbəst fəaliyyət göstərməkdən, yeni texnologiyaların tətbiqi imkanın artmasından, dövlət əhəmiyyətli məsələlərin şirkət səviyyəsində həllinin mümkünlüyündən və sair motivlərdən ibarətdir. Bu motivlər şirkətlərin TMŞ kimi təsdiq olunması istəyini daha da gücləndirir. Amma beynəlxalq təşkilatlar şirkətlərin TMŞ kimi BMT-də qeydiyyatdan keçməsi tələblərini günbəgün çətinləşdirirlər.
Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi meyara görə transmilli şirkət yarandığı ölkədən asılı olma­yan, iki və daha çox ölkədə fəaliyyət göstərən özəl, dövlət və ya qarışıq müəssisələrdir. Transmilli şirkətlər qəbul edən dövlətin daxili işlərinə qarışmamalı, xarici mülkiyyəti milliləş­dirməməli, müsadirə etməməli və heç kimə ötürməməlidirlər.Transmilli şirkət sənaye cəhətdən inkişaf etmiş ölkələrin xarici aktivləriolan şirkətlərini, milli trestlərini və konsernlərini birləşdirir.
Transmilliləşmə xaricdə vahid mülkiyyət əsasında filial və ya beynəlxalq istehsal-xidmət, sənaye və maliyyə konsernləri yaradılması prosesidir. Transmilliləş­mə beynəlxalq sahibkarlığın yeni keyfiyyət formasını əks etdirir.
Transmilliləşmə başqa ölkələrdə daha gəlirli ehtiyatlara malık olmaq yolu ilə müəssisənin rəqabətqabiliyyətinin gücləndirilməsinə və səmərəliliyinin yüksəldil­məsinə əlavə imkanlar yaradır. Bu prosesdə qəbul edən ölkənin firmalarının rəqabət potensialı və xarici bazarın perspektivi haqqında maksimum məlumat əldə etməyə imkan verir. Xarici filial məhsullarının alıcılarına yaxınlıq baş verir. Valyuta kurslarındakı fərqdən, vergi siyasətindən və s. bu kimi hökumət maraqlarından öz maraqları üçün istifadəyə şərait yaradır. Transmilliləşmə mənşə ölkəsinə əsas yeni texnologiya və idarəetmə sistemi gətirilməyə şərait yaradır. Bu və ya digər ölkənin bazarında ixrac yolundakı müxtəlif baryerlərin aradan qaldırılmasına və birbaşa investisiyalara yol açır.
Harvard Universitetinin tədqiqat proqramına müvafiq olaraq transmilli şirkətlərə aşağıdakı meyarları tətbiq edirlər:

  • şirkətin ən azı 6 xarici ölkədə qız (törəmə) müəssisəsi olması;

  • bir necə ölkənin qiymətli kağızlar bazarında şirkətin səhmlərinin olması və yerləşdiyi hər dövlətdə onların əldə olunmasının mümkün olması;

  • ali idarəetmə rəhbərliyinin beynəlmiləl tərkibli olması;

  • şirkətin təşkilatı strukturunun və strategiyasının səmərəli həyata keçirilməsi və çox geniş miqyaslı iqtisadi fəaliyyət göstərməsi.

Müasir dünya iqtisadiyyatının vəziyyətini təhlil etməklə deyə bilərik ki, TMŞ-n inkişafı davam edərək gələcək vaxt üçün TMŞ-n kapitalının iqtisadi konsentrasiyasını, onun bazar gücünün artmasını, iqtisadi və siyasi təsirinin artmasını gözləmək olar. Gözləmək olar ki, TMŞ-r dövlətlərlə rəqabət aparar, hətta beynəlxalq hüququn subyektləri belə ola bilər. Dünya bazarında lider olan TMŞ-n siyahısı cədvəl 4.1.1-də verilmişdir.
Cədvəl 3.1.1

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin