Baki – 2021 Elmi redaktor: adiU-nun “İqtisadiyyat və idarəetmə “ kafedrasının müdiri: I e. d.,professor Y. Kəlbiyev


Şəkil 2.3.1. Transmilli biznesdə biznes və dövlət maraqlarının təminatının əsas istiqamətlərinin blok-sxemi



Yüklə 0,71 Mb.
səhifə31/55
tarix12.09.2022
ölçüsü0,71 Mb.
#117744
1   ...   27   28   29   30   31   32   33   34   ...   55
279762823 (1)

Şəkil 2.3.1. Transmilli biznesdə biznes və dövlət maraqlarının təminatının əsas istiqamətlərinin blok-sxemi
Qeyd: Blok-sxem iddiacı tərəfindən tərtib edilmişdir[99,s.109]

Forsayt milli iqtisadi maraqların həyata keçməsi istiqamətində transmilli biznesin özünü tənzimləməsi metodudur. Forsayt gələcəyi görməyə, onu öncədən müəyyən etməyə istiqa­mət­lənir, gələcəyi gözləmək yox, onu yaratmaq zəruriyyətinin dərk edilməsinə əsaslanır. Bu üsulda bir çox proqnozlaşma metodlarından (Delfi, böhran texnologiya, ssenarili yanaşma, texnoloji yol xəritəsi, ekspert panelinin formalaşması və s.) istifadə edilir.


Azərbaycanda son illər transmilli biznesin tənzimlənməsi məqsədi ilə 48 olkə ilə investisiyaların qarşılıqlı qorunması haqqında razılaşma imzalanmışdır. 2015-ci ildə BMT-də investisiyaların qorunması haqqında saziş imzalandı.Bu layihəni YUNKTAD-la birgə hazırlamışlar. Xarici investisiyaların qorunması haqqında qanun qəbul edilmişdir. Dünya bankının ekspertləri ilə “Xarici iqtisadi zonalar haqqında” qanun layihəsi hazırlamışlar. Lisenziyalaşma sisteminin sadələşdirilməsi istiqa­mətində tədbirlər həyata keçirilmişdir. Azərbaycanda Dünya Bankınin xarici investisiyalar üzrə məsləhət xitməti yaradılmışdır. Vergi və Gömrük Məcəllələrində müəyyən dəyişikliklər edilmişdir.
Azərbaycanda fəaliyyət göstərən TMŞ-lərin əksəriyyəti ilə Həmkarlar İttifaqı Konfederasiyasi müqavilələr bağlamışdır.
Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 235-ci maddəsinə uyğun olaraq “Hasilatın pay bölgüsü haqqında”, “Əsas boru kəməri haqqında” sazişlərin və bu qəbildən olan digər beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ödənişləri həmin sazişlərin müddəalarına uyğun olaraq tətbiq edilir.
“İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” 2009-cu ildə qanun təsdiq olunmuşdur. Bu qanuna əsasən Azərbaycan Respub­likasının hüdudlarından ixrac məqsədləri üçün neft-qaz fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin vergi, gömrük, valyuta və işçi qüvvəsindən istifadə rejimləri tənzim­lənir. Respublikanın digər hüquqi şəxslərindən fərqli olaraq, yuxa­rıda göstərilən əməliyyatlarla məşğul olan şəxslər mənfəət vergisini sabit dərəcə ilə ödəyirlər. Bu dərəcə də onların yarandığı vaxtda mövcud olan dərəcə hesab edilir. Vergilər Nazirliyi ilə müqavilə bağlandıqdan sonra Vergi Məcəlləsində edilən dəyişikliklər onlara şamil edilmir. Xarici podratçılar və subpodratçılar Azərbay­candan idxal etdikləri mallara (işlərə və xidmətlərə) görə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad olunurlar.Podratçı və subpodratçı təşkilatların cəlb etdikləri işçilərin sayının 80 faizdən az olmayan hissəsi Azərbaycan Respublikasının vətəndaşı olmalıdır. Onların da əmək ödənişləri respublikanın qanunvericiliyinə uyğun həyata keçirilməlidir. Xarici vətəndaşlarla əmək ödənişləri “Əmək miq­rasiyası haqqında” qanuna müvafiq olaraq tənzimlənir.Podratçı və subpodratçı təşkilatlar Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun olaraq Azərbaycanda və xarici ölkələrdə manat ilə və valyuta ilə bank hesabları aça və onlardan istifadə edə bilərlər. Milli valyutada əldə edilmiş vəsaitləri xarici valyutaya çevirmək, ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş vergi və digər məcburi ödənişlər üzrə öhdəliklərini yerinə yetirdikdən sonra öz vəsaitlərini xarici valyutada Azərbaycan Respublikasından sərbəst kənara köçürmək və istifadə etmək hüququna malikdirlər. Onu da qeyd edək ki, Çin Xalq Respublikasında xarici investorlara pul vəsaitlərinin çıxarılmasına icazə verilmir. Ancaq məhsulu apara bilərlər.
Neft sektorunu çıxmaq şərtilə xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsinin ümumi səviyyəsi aşağıdır. Qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sənayedə və aqrar sektorlarda xarici investorlar üçün daha cəlbedici mühit yaratmaqdan ibarətdir. Bu situasiyada əsas rol dövlət orqanlarının üzərinə düşür. Bu məqsədə nail olmağın istiqamətlərindən biri birbaşa investisiyaların əsas ötürücüləri olan TMŞ-lərin formalaşdırılmasıdır. Bu məqsədlə düzgün olar ki, ilk növbədə ölkə üçün TMŞ-in yaranması üçün səmərəli olan sahələr tərəfindən müəyyən edilsin. Eyni zamanda iqtisadiyyatın bəzi sahələrində xarici TMŞ-in fəaliyyətinin məhdudlaşdırıl­ması düzgün olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin sosial-iqtisadi inkişafın yekununa həsr edilmiş Nazirlər Kabinetinin iclasında demişdir: “Şəffaflıq iqtisadi və maliyyə sahəsində təmin olunmalıdır. Yaradılmış şəffaflıq qeyri-neft sektoruna xarici investisiyaların daha böyük həcmlə qoyuluşuna imkan verəcəkdir. Bu sektorda xarici investisiyaların lazımi səviyyədə olmamasının əsas səbəbi qeyri-şəffaf vəziyyətdir” (“Azərbaycan” qəzeti, 10.07.2018).




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin