Mənbə: Azərbaycan Respublikası Mərkəzi Bankının (Statistik bülleten, №12, 2019, B.); “Azərbaycanın statistik göstəriciləri”, Dövlətstatkom, B., 2019 s.396 materialları əsasında müəllif tərtib etmişdir.WWW.cbar.az annual.reports
2014-cü ildə ölkə xarici ticarətdən 19 milyard dollara yaxın qazansa da, ölkənin ehtiyat aktivləri cəmi 4,2 milyard dollar artmışdır. Bunun da əsas səbəbi ölkə rezidentlərinin qeyri-neft məhsullarının idxalından 7,9 milyard dollar, xidmətlərin göstərilməsindən 6,1 milyard, ilkin gəlirlərdən 2,6 milyard dollar itirməsidir. Azərbaycan Respublikasının bütünlükdə tədiyyə balansının cari əməliyyatlar hesabının saldosu isə 10,4 milyard dollara bərabər olmuşdur ki, bu da 2010-cu illə müqayisədə 1,5 dəfə çoxdur. Bu formada olan coxalma pul kütləsinin 8 dəfədən cox artıması üçün əsas yaratmışdır. Cari əməliyyatlar üzrə balansın müsbət saldosu cari əməliyyatları maliyyələşdirmək üçün xarici valyuta resurslarının cəlb olunmasına ehtiyac olmamasına dəlalət edir. Cari əməliyyatlarla müqayisədə ehtiyat aktivlərinin artımının az olması qeyri-neft məhsullarının idxalı, xidmətlər və gəlirlər hesablarının qeyri-rezidentlərin xeyrinə 16,7 milyard dollar təşkil etməsi ilə izah edilir. Belə ki, gəlirlər formasında qeyri-rezidentlərə 4256 mln.dollar ödənilmiş, rezidentlərə isə ancaq 1674 mln.dollar gəlir daxil olmuşdur (cədvəl 3.2.8). Respublikanın qeyri-rezidentlərnin qazandığı gəlirlər respublikanın rezidentlərinin qazandığı gəlirlərdən çox olanda gəlirlərin saldosu mənfi olur.
Bütün bu yuxarıda deyilənlərin nəticəsində ölkənin ehtiyat aktivlərinin 2014-cü ildə artımı 4194 mln. dollar olmuşdur. Bu da cari əməliyyatların saldosundan 2,5 dəfə azdır.
2014-cü ildə ölkənin strateji valyuta ehtiyatları 9% artaraq 01 yanvar 2015-ci il tarixə 50 milyard dollar həcmində olmuşdur. 2010-cu ildə ehtiyat aktivlərinin artımı 10,5 milyard dollar olmuşdursa, 2014-cü ildə bu göstərici 4,2 milyard dollar təşkil etmişdir. İlin əvvəlindən mərkəzi bank qeyri-neft sektoruna təsir edən digər valyutaların dinamikasını özündə əks etdirən manatın nominal və real effektiv məzənnələrinin monitorinqini keçirmişdir. İqtisadiyyata dəstək vermək məqsədilə Mərkəzi Bank mərhələlərlə uçot dərəcəsini 4,75%-dən 3,5%-dək azalmışdır.
Tədqiqatlar göstərir ki, 2005-ci ilə kimi şirkətlər gəlirlərindən reinvestisiya etməmişlər. Amma bu son respublikada fəaliyyət göstərən şirkətlər gəlirlərindən müəyyən hissəni reinvestisiya etmişlər. 2005-2013-cü illərdə reinvestisiyaların həcmi 5239 mln.dollar təşkil etmişdir.
Tədiyyə balansının cari əməliyyatlar hesabının formalaşmasına təsir edən amillərintəhlili göstərmişdir ki, 2014-cü ildə Azərbaycandan 28260 milyon dollar dəyərində mal ixrac edilmişdir, idxal isə 9332 mln.dollar olmuşdur. Malların ixracının və idxalın müsbət saldosu 18928 mln.dollara bərabər olmuşdur. Mallarla ticarət balansında müsbət saldonun yaranması ancaq neft-qaz sektorundan ixracın hesabına baş vermişdir. 2.2.8 saylı cədvəldəki son 3 il üzrəAzərbaycan Respublikasının tədiyyə balansının tarazlıq göstəricilərini təhlil etsək məlum olur ki,son iki ildə daxilolmalarla ödənişlərin saldosu müsbət olmaqla, həmdə artmışdır. 2018-ci ildə müsbət saldo 2017-ci ildəkindən 3,5 dəfə artmışdır.Yenə də əvvəldə qeyd etdiyimiz kimi xarici ticarət dövriyyəsinin müsbət saldosunun yaranmasında əsas səbəb ixracin neft-qaz ixracı hesabına artmasıdır.
Cədvəl 2.2.9