MƏZAD - I
Cuhudu, kazağı, tatarı hazır,
Davulçu Cingənə, davarçı Qədir.
Kiçiçik bazarda dəllal var bu gün,
Adı var hər şeyin, özünə özgün.
Geyilmiş paltarlar, başmaq, şal, papaq,
Zəncirli saatlar, çeşidli qurşaq.
Rəflərdə tozlanmış qalaylı qazan,
Bir otuz sənəlik piyalə, fincan,
Sandıqda yaşlanmış tüllər, atlaslar,
Duvaqlar, daraqlar, süni almaslar.
İçləri sirr dolu iri sandıqlar,
Quş tükü, Şam işi, Çindən yastıqlar.
Hər növdən əntiqə yığılır burda,
Alınır, satılır kiçik bazarda.
Bağırır dəllalcıq, saqqalı heybət:
-Tatara ticarət yaraşır, millət!
Alağın, satağın, qızışsın bazar,
Bir şey de, ay Abid, bir şey de, Qafar!
Alırlar, satırlar əntiqvarları,
Üstündə dua da bir qazancları.
Əldən-ələ keçib köhnəlir müdam,
Bu əski əşyayla gömülür adam.
Döşənib o əski kilimə keçir,
O əski fincandan qəhvəni içir.
Bürünür o atlas yorğana yaxşı,
Əntiqvar yastığa gömülür başı.
Hər gecə o eyni düşləri görür,
O əski falnamə, o əski təbir...
Budapeşt, 27 noyabr 1919.
Dostları ilə paylaş: |