Bəkir Çobanzadə seçİLMİŞ ŞEİRLƏRİ baki-2011 t ürksoy kitabxanası seriyası: 20



Yüklə 0,87 Mb.
səhifə31/45
tarix10.01.2022
ölçüsü0,87 Mb.
#108120
1   ...   27   28   29   30   31   32   33   34   ...   45
QOVĞASIZ TOY GÖRÜLMƏMİŞ
Göy buludsuz, ay bəyaz, oy da, bəyaz,

Dağlar çılpaq, yer donuq, ey gidi yaz.

Şimal yeli uğuldar, göz yaşı tökər,

Qart ağaclar xışıldar, baxtını söyər.

Ayaq şaşqın, gözlər kor, qulaqlar sağır,

İstərsən ana deyə bağır, Xızırı çağır.

Bax belə gecədə yol basar cinlər,

Belə gecə yolçusu çox uzaq gedər.

***

Tüb-Tarxanda toy edir məşhur bir bay,



Sarayında davullar salmış hay-haray.

Toy səsini alıb yayır yel çox uzaq,

-Ay kim, ay! Cıld ol, Şəmma oynayacaq!

-Oğlan, köpək!..

-Mirzəm, “altın topum” yenə?

-Hey, doroqu davay, cənabət!

-Ağlama, balam, hap et, hap et!..

***


Sağır gecə, sərt külək, kimə yarar?

Tülkü hin yolunu hər zaman tapar.

Aydamaq, Əhməd, dostları dağ dibində,

Atdan düşüb uzandılar,

Hər biri bir “halal içki” küpündə

Günəş tapıb canlandılar.

-İç, Əhməd, ürəyindəki igidlik oyansın.

Canrı Mirzə səni əsil igid sansın.

-Adama nə xeyir verər tək araq?

Araq, çörək, qız, çalğı, ana, bal-yağ!

-Onda niyə düşüb qalmışıq burda?

Bizlərə bay toyu daha uyğun da...

Buz tozunu çırpıb gəldilər bay toyuna,

Necə tülkü hinə, canavar qoyuna.

***

-Qadası, get de ki, sağdıca qonaqlar gəlib,



Təzəbəyi çağır, çalğını çıxar, - deyib.

***


-Burda mirzə toyu var, çıxıb getsinlər!

Ayaq yalın tatara gəl indi üz ver.

-Hamısını indicə qovaram çölə!

-Çətindir dil tapmaq bu tatar ilə!

***

Bax, tatar cənginə səbəb verildi,



Biri “mirzəyəm”, o biri “aslanam” dedi.

***


-Çəkilin! deyirəm! Burax, burax!

-Ümməti-Məhəmməd! Bıçaq çəkir, bıçaq!

***

Təpik, yumruq, sonunda piştov, bıçaq,



Qar üstə cansız düşdü bir neçə sağ.

Gəlin qorxub bayıldı, pozuldu toy,

Aslanlar yıxıldı, yox oldu bay.

Bundan xeyli uşaq şikəst doğular,

Çoxunda sağalmaz xəstəlik olar.

***


Bir azdan gəlib çatdı qorodovoy,

-Oy, tatarin, jalko, deyir, oy-oy,

Tatar heç anlarmı jalko, malko?

Bundan da igidlik dərsi aldı o:

Qovğasız toy əzəldən görülməmiş,

“Qovğa igid yetirir” – noqay demiş.


Budapeşt, 27 dekabr 1917.

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin