Göstəricilər
|
Aylar
|
İllik
|
I
|
II
|
III
|
IV
|
V
|
VI
|
VII
|
VIII
|
IX
|
X
|
XI
|
XII
|
Ümumi radiasiya, kkal/sm2-ilə
|
5,5
|
6,8
|
9,8
|
12,1
|
13,8
|
17,4
|
17,4
|
16,3
|
12,1
|
8,6
|
5,9
|
4,8
|
130,5
|
Radiasiya balansı, kkal/sm2-ilə
|
0,4
|
1,8
|
4,1
|
5,4
|
6,2
|
8,0
|
7,3
|
6,7
|
4,9
|
2,5
|
1,1
|
0,0
|
48,4
|
Orta temperatur,
°C-ilə
|
1,0
|
2,8
|
7,0
|
12,1
|
18,2
|
22,2
|
25,3
|
24,8
|
20,2
|
14,5
|
8,3
|
3,0
|
13,3
|
Mütləq minimum temperatur
°C-ilə
|
-21
|
-18
|
-14
|
-5
|
2
|
5
|
11
|
9
|
2
|
-5
|
-15
|
-15
|
-21
|
Mütləq maksimum
temperatur
|
24
|
28
|
32
|
35
|
36
|
41
|
41
|
40
|
39
|
36
|
30
|
26
|
41
|
Nisbi rütubət 1%-lə
|
72
|
71
|
75
|
65
|
64
|
56
|
51
|
53
|
66
|
71
|
77
|
74
|
66
|
Yağıntı, mm-ilə
|
16
|
21
|
33
|
55
|
89
|
77
|
36
|
27
|
37
|
37
|
24
|
14
|
467
|
Mümkün
buxarlanma
|
29
|
33
|
45
|
68
|
95
|
131
|
170
|
156
|
100
|
65
|
38
|
37
|
966
|
Qeyd: cədvəl qismən ixtisarla verilir.
Çinar rütubətsevən, quraqlığa, istiyə və şaxtaya davamlı, torpağa az tələbkar, tez böyüyən, geniş çətirli, dekorativ bitkidir. Bu xüsusiyyəti onun geniş ərazilərdə əkilməsinə şərait yaradır. Yaşlı ağacların çətiri bəzən 900-1000 m2 sahə tutur, kölgəsi çox sərin olur.
Tozağacı rus xalqının, ağcaqayın litvalılar üçün rəmzi məna daşıyan ağac olduğu kimi, azərbaycanlılar da tarixən çinarı müqəddəs hesab etmişlər və bitki aləmi üçün «Şah» ağac adlandırılmış və rəmzi məna seçməklə ona xüsusi rəğbət bəsləmişlər.
Bəsitçay dövlət qoruğunun meşə tipləri. Burada meşələrin ərazicə məhdud olması, meşəbitmə şəraitinin eyniliyi geniş meşə tiplərinin formalaşmasına imkan vermir. Buna baxmayaraq Bəsitçay qoruğunda aşağıdakı meşə tiplərini ayırmaq mümkündür:
Quru varlı Çinar-qarağac meşə tipi - D1
Nəmiş varlı Çinar-adi qoz meşə tipi – D2
Quru varlı çinar - qarağac meşə tipi. Bəsitçay qoruğunda çay sahili meşələrin Şərq çinarı meşəsinə qovuşduğu quru yamaclarda formalaşır. Ağaclığın tərkibi 10Ç+ qarağac, dağdağan, bəzən tərkibdə tək-tək saqqızağacına, göyrüşə (çox az) və ətraf meşədə gürcü ağcaqayınına təsadüf olunur. Çinarların boyu 30-35 m, diametri 100-120 sm, bəzən diametri 60-80 sm olan nüsxələr də qeydə alınıb. Tərkibində dağdağan (Celtis glabrata Stev.), qarağac (Ulmus araxinaTakht. və Ulmus suberosa Moench.) növləri bitir.
Kollardan qaratikan (Paliurus spina christi), nar (Punica granatum), murdarça (Rhamnus cathartica), dərgül (Rosa corymbifera və Rosa spinosissima), böyürtkən (Rubus caesius) və s. qeydə alınmışdır.
Ot örtüyü dəyişkəndir və müxtəlif növlərdən ibarətdir. Dağ döşündə qaraqınıq (Origanum vulgare), çobantoxmağı (Dactylis glomerata), göyçiçək (Centaurea ovina), süpürgəgülü (Xeranthemum squarrosum) və s. bitir.
Nəmiş varlı çinar-adi qoz meşə tipi. Çay vadisində allüvial torpaqlarda formalaşıb. Ağaclığın tərkibi 8Ç 2QZ + qovaq + dağdağan. Tərkibdə bəzən qovaq ağacları qoz ağaclarına nisbətən çoxluq təşkil edir.
Çinarın və qozun boyu 35-40 m, diametri 100-120 sm, qoz ağacları çinara nisbətən nazikdir və diametri 60 (80 sm) arasında dəyişir. Açıqlıqda bitən qoz ağaclarının boyu qısa, diametri isə yoğun olur. Meşə kənarlarında dağdağan, qarağac və göyrüş bitir. Çinarda olduğu kimi adi qozunda Azərbaycanda yayılması barədə tədqiqatçılar arasında müxtəlif şərhlər, yanaşmalar mövcuddur. Azərbaycanda adi qoz meşələrinin mənşəyini mədəni əkin və yabanılaşmış olduğu göstərilir [8]. İ.V.Palibin, A.A.Məmmədov, Q.M.Qasımov və s. adi qozun üçüncü dövrdə Cənubi Qafqazda geniş ərazi tutduğunu təsdiq edirlər [5]. Sonralar iqlimin kəskin dəyişməsi adi qozun da arealının qısalmasına təsir göstərmişdir.
Bir çox alimlər adi qozun Azərbaycanda təbii halda yayılmasını göstərirlər [5, 11, 13].
NƏTİCƏ
Tədqiqatımıza əsasən adi qozun təbii halda bitdiyi məlum olmuşdur. Belə ki, Azərbaycan toponimində qozun müxtəlif bölgələrdə adi-qoz, cövüz, cəviz, girdəran və s. kimi adlandırılması da göstərilir ki, qoz ağacları vaxtı ilə təbii meşələr yaratmışdır. Böyük və Kiçik Qafqazda, Talış meşələrində, Alazan-Əyriçay vadisində və s. bölgələrdə, geniş meşələrdə adi qoz meşələri mövcuddur [2].
Azərbaycanda 24664 ha təbii qoz meşəliyi vardır. Bəsitçay vadisində də çinarla birgə qoz meşələrinin olması vaxtilə adi qozun təbii meşəsinin geniş ərazidə bitdiyini göstərir [12,13].
Bəsitçay qoruğunda ağaclığın doluluğu 0,6-0,8 arasında dəyişir. Çinar və qoz birinci yarusu tutur, boniteti I və II-dir. Meşənin tərkibində qovaqda bəzən I mərtəbəyə çatır və kiçik sahədə çinar-qovaq meşə tipi yaradır. II mərtəbədə dağdağan, göyrüş və çox az miqdarda ağcaqayın bitir. Çay kənarında tək-tək söyüd ağacları vardır. Kol və ot örtüyü əvvəlki tipdə olduğundan daha seyrəkdir, az halda alçaya və yemişan kollarına rast gəlinir. Ot örtüyündə qırtıc, cincilim, gicitkan, otvarı gəndəlaş, zəncirotu, ziyilotu, ətirşah, çobantopuzu və s. vardır.
Qoruğa aid verilmiş məlumatlar 1990-cı illərə kimi toplanmış materiallar əsasında verilib.
ƏDƏBİYYAT
1. Əliyev H.Ə., Həsənov X.N. Təbiətin keşiyində. “Maarif” nəşr., Bakı,1993, 310 s.
2. Əsədov K.S.Meşələrin sərvəti. Bakı, Azərnəşr, 1981, 88 s.
3. Hacıyev Q.Ə., Rəhimov Ə.R. Azərbaycan SSR inzibati rayonlarının iqlim səciyyəsi. Bakı,
1977, 270 s.
4. İbrahimov T.O. Azərbaycan qoruqlarının landşaftı.. Bakı, “Mars-Print”, 2010, 336 s.
5. Məmmədov Q.S., Xəlilov M.Y. Azərbaycan meşələri. Bakı, “Elm”, 2002, 472 s.
6. Бабаханов В.А. Платан восточный и его выращивание в поливных условиях Азербайджана.
Автореф. диссерт, Баку, 1969, 82 стр.
7. Воробьев Д.В. Методика лесотипологических исследований. Киев, 1967, 340 стр.
8. Гроссгейм А.А. Реликты Восточного Закавказья. Изд. АзФАН ССР, 1940
9. Кирпичников М.И., Ахундов К.Ф. Платановая роща в Южном Карабахе. Известия АН
Азерб.ССР, № 11, 1949
10. Махатадзе Л.Б. Платановая роща по реке Цав в Армянской ССР. Т.V, №10, 1952
11. Прилипко Л.И.Лесная растительность Азербайджана. Баку, Изд. АН Азерб.ССР, 1954, 488
стр.
12. Сафаров И.С.Важнейшие древесные третичные реликты Азербайджана. Баку, Изд. АН
Азерб.ССР, 1962, 310 стр.
13. Сафаров И.С. Платан восточный и орех грецкий и их значение в озеленении и
лесонасаждении. Азернешр, Баку, 1981, 59 стр.
14. Сукачев В.Н. Методическое указание к изучению типов леса. М., изд.АН СССР, 1961
13. Шелковников А.Б.Заметки о новейших фаунистических и флористических находках в
Армении. Тифлис, 1930
Асадов К.С., Сафарова Э.П., Алиева Г.К.
ЭКОЛОГИЧЕСКИЕ УСЛОВИЯ БАСУТЧАЙСКОГО
ГОСУДАРСТВЕННОГО ПРИРОДНОГО ЗАПОВЕДНИКА.
В статье приводится история, экологические условия, тип леса и растительный покров заповедника. Здесь основной состав леса образуют платан восточный (Platanus orientalis L.), орех обыкновенный (Juglans regia L.), каркас (Celtis glabrata Stev.) , карагач (Ulmus araxina Takht.) и др. Изучены сухой богатый платаново-карагачевый и влажный богатый платаново-ореховый лесной тип заповедника. Каждый лесной тип имеет свое растительное сообщество - фитоценоз.
Ключевые слова: Басутчай, заповедник, лес, экологические условия, состав древостоя, травяной покров
Asadov K.S., Safarova E.P., Alieva G.K.
THE ECOLOGICAL CONDITIONS OF BASITCHAY STATE
NATURAL RESERVE
In the article the formation history, ecological conditions, types of forests and vegetation cover of the reserve is given. , The main part of the forest of mentioned reserve forms Platanus orientalis L., Juglans regia L., Celtis glabrata Stev., Ulmus araxina Takht. and etc. The dry dry-rich Platanus-Ulmus and moist-rich Platanus-Juglans forest types of the reserve were studied. Each forest types has its own plant community - phytocoenosis.
Keywords: Basitchay, nature reserve, forest, ecological conditions, the forest composition, grass cover
Redaksiyaya daxil olma tarixi: 12.06.2014
Dostları ilə paylaş: |