Bəxtiyar Tuncay DİJİtal kommuniZM, yeni DÜnya düZƏNİ VƏ BÖYÜk turan ideali



Yüklə 14,92 Mb.
səhifə59/78
tarix01.01.2022
ölçüsü14,92 Mb.
#103305
1   ...   55   56   57   58   59   60   61   62   ...   78
Əbdürrəhman Çələbi Qırım Xoca.

Yarlığın alt tərəfində al-tamğa qoyulmuşdur. Al-tamğanın üst tərəfində “Bismilləhirrəhmənirrəhim”, alt tərəfində “Qolallahummə malik il məlike tuti əl mülk”, sol tərfində “La ilahəilləllah, Mühəmmədən rəsulillah”, sağ tərəfində isə “Məntəşə üs-sultan Məngli Gəray Xan” sözləri yazılmışdır.



Məngli Gəray Xanın 8 oğlundan ən böyüyü olan Mühəmməd Gəray (محمد كراى‎) Xan (1465-1523) 1515-ci ildən 1523-cü ilə qədər Uluq Ulusun xaqanı olmuşdur. Gəncliyində atasının Polşa krallığı və Litva böyük knyazlığına qarşı təşkil etdiyi çoxsaylı hərbi yürüşlərində iştirak edən Mühəmməd Gəray tez bir zamanda I Məngli Gəray Xan tərəfindən kalğa (vəliəhd) təyin edilmiş Akməscid və Karasubazarın idarəçiliyi ona tapşırılmışdı.

Atasının hakimiyyətinin son illərində Polşa, Litva və Moskva üzərinə hərbi yürüşlərə bilavasitə Mühəmməd Gəray başçılıq etməkdə idi. 1505-ci ildə tatar qoşunları Litva torpaqlarına daxil olaraq, indiki Belorusiya ərazisini içlərinə doğru irəliləməyə başladı, Minsk, Novoqrudka, Polotsk və Vitebsk ələ keçirildi. Mühəmməd Gəray Xanın özü Minskin mühasirəsinə şəxsən başçılıq edirdi. Qaradaşları Biti Gəray və Burnaş Gəray isə Slutsk və Novoqrudka əməliyyatlarını idarə edirdilər.

I Mühəmməd Gəray Xandan dövrünüzədək bir yarlıq yetişmişdir. Söhbət onun Polşa kralı I Siqizmunda göndərdiyi 1520-ci il tarixli yarlıqdan gedir.

Qeyd edək ki, 1506-cı ilin 20 oktyabrından etibarən Böyük Litva knyazı, 1507-ci ilin yanvar ayının 24-dən başlayaraq həm də Polşa kralı olan I Siqizmund (1467-1548) başçılıq etdiyi ölkələrin Çingiz Xan dövründən etibarən tatarlara ödədiyi bac-xəracı I Məngli Gəray Xana, daha sonra isə oğlu I Mühəmməd Gəraya ödəmişdir ki, bu da artıq ən azı həmin dövrdən etibarən onun Kırım xanlarını Uluq Ulus (Turan) dövlətinin qanuni varisləri kimi tanıdığını sübut etməkdədir.

Əlbəttə, yarlığın qələmə alındığı 1520-ci ildə Kırımda oturan xaqanlar hələ Uluq Ulusun bütün torpaqlarına tam sahib deyildilər. Amma fakt budur ki, həmin yarlıqda I Mühəmməd Xan özünü artıq “ulu xan”, daha dəqiq desək, “Ulu Ordanuñ ulu xanı”, yəni xaqanı adlandırır. Hökmü altında olan əraziləri belə sıralayır:

Ulu Ordanuñ ulu xanı, Dəşt-i Qıpçaq, barça Moğol padişahı Mühəmməd Gəray Xan.



Sözüm”.

Burada “Moğol” ölkəsinin, yəni Moğolistanın adı diqqət çəkir. Bəri başdan qeyd edək ki, bu ölkənin bugünkü Monqolustanla heç bir əlaqəsi yoxdur.

Dövrün tarixi mənbələrində “Moğol Ulusu” və ya “Məmləkət-i Moğolistan” Qazaxıstanın cənub-şərqini (Balxaş gölündən cənuba), Qırğızıstanı və Şərqi Türküstanı (Uyğurustanı) əhatə etmiş və XIV əsrdə Cağatay Ulusunun parçalanması ilə ortaya çıxmışdı. Şərəfəddin Yəzdi bu ulusu Sır-Dəya ilə İrtış çayları arasındakı geniş ərazidə yerləşdirməkdədir. Onun əsas şəhərləri Kaşqar, Yarkənd, Xotən, Əndican, Ağsu və s. idi. Əhalini başdan başa müxtəlif türk boyları – uysunlar, cəlairlər, sarı uysunlar, albanlar, suanlar, barlaslar, kiyatlar, kanqlılar, kereitlər (gəraylar), uyğurlar, qırğızlar, qazaxlar, tatarlar və s. təşkil edirdi.

Moğol Ulusunun tarixinin ilk dövrləri bir qədər qaranlıqdır. Sadəcə o məlumdur ki, onun ilk xanı Çingiz Xanın nəslindən olan Tuğluq Teymur (1347-1362/1363) olub və o 1347-1348-ci illər arasında, 18 yaşında ikən Ağsuda taxta çıxıb.

Moğolistanın sonrakı xanlarının adları budur:

İlyas Xoca Xan (1362/1363-1365/1366)

Xızır Xoca Xan (1365/1366-1399)

Şami Cahan Xan (1399-1408)

I Mühəmməd Xan (1408-1416)

Şirmühəmməd Xan (1416. 1421-1434/1425)

Nəqşi Cahan Xan (1416-1418)

Sultan Üveys xan (1418-1421, 1425-1428)

Əsən Buğa Xan (1429-1462)

Dost Mühəmməd Xan (1462-1468)

Köbək Sultan Xan (1468-1487)

Yunus Xan (1468-1487)

I Sultan Mahmud Xan (1487-1508)

I Sultan Əhməd Xan (Alaca Xan, 1485-1504)

Mənsur Xan (1501-1543)

Şah Xan (1543-1570)

II Mühəmməd Xan (1570).

Moğolistan Ulusunun təqribən 1519-1520-ci illərdən Kırım xanına tabe olduğu məlumdur ki, bu I Mühəmməd Gəray Xanın Polşa kralı I Siqizmunda göndərdiyi 1520-ci il tarixli yarlıqdan məlumdur. Sözügedən yarlıq Hüseyn Fеуzxanovun arxivində “№ 1” şifrəsi altında qeydə alınmışdır.



Sənəddən belə anlaşılır ki, artıq I Mühəmməd Xanın dövründən Uluq Ulus (Turan) dövlətinin adı dəyişdirilərək “Uluq Orda” // “Ulu Orda” şəklini almışdır.

Dövrümüzədək yetişən, Çingizoğullarına aid olan və ənənəvi olaraq Xaqaniyyə türkcəsində yazılmış olan çoxsaylı yarlıqlardan biri də I Səadət Gəray Xan tərəfindən Tayğıya verilmiş tərxanlıq yarlığıdır.




Yüklə 14,92 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin